“Rusiya ilə yox” – Gürcüstan XİN Türkiyənin 3+3 regional formatına qarşı
Gürcüstan Ərdoğanın təklif etdiyi 3+3 formatından imtina edib
Oktyabrın 9-da Gürcüstan XİN Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci Qarabağ müharibəsindən sonra Qafqazda stabilliyin möhkəmləndirilməsi vasisəsi kimi təklif etdiyi 3+3 regional siyasi formatında ölkənin iştirakından birmənalı şəkildə imtina edib.
Rusiya Abxaziya və Cənubi Osetiya regionlarının işğalına son qoyayana və Gürcüstanın ərazi bütövlüyünü tanımağa qayıdana qədər Tbilisi Rusiyanın daxil olduğu heç bir formatda iştirak imkanını nəzərdən keçirmir – ölkə XİN-i bir daha bildirib.
- İkinci Qarabağ müharibəsindən bir il sonra – əsas hadisələr bir videoda
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması: perspektivlər və təhlükələr
Prezident Ərdoğanın təklif etdiyi format altı ölkənin – Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İranın iştirakı ilə platformanı nəzərdə tutur. Altı hökumətin nümayəndələri bərabərhüquqlu iştirakçı olaraq regionda sülhün bərqərar olmasından tutmuş ticari və tranzit imkanlarının inkişafına qədər bütün mühüm məsələləri operativ və keyfiyyətli həll edə bilərdilər.
Ötən gün, oktyabrın 8-də Gürcüstanın xarici işlər naziri David Zalkaliaşvili İctimai Televiziyaya müsahibəsində məsələnin bir qədər fərqli traktovkasını təklif edib.
“Gürcüstan 3+3 platformasinda hansısa formada iştirak etməlidir ki, regiondakı imkanlarını itirməsin, baxmayaraq ki, Rusiya ilə əməkdaşlıq çox çətin olacaq. Hərçənd, əlbəttə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü qırmızı cizgidir”, – nazir deyib.
Onun bu sözlərinə ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli tənqidlə cavab verib və Twitter hesabında yazıb: “Çox mürəkkəbdir?” – ? Rusiya [Gürcüstana] təcavüz edib və onu işğal edib. Sizin dostlarınız bizin bunu “imkansız” adlandırmağınızı gözləyərdi.
“Very hard”? Russia invaded and occupied you. Your friends would have preferred to hear you say, “impossible.” https://t.co/7oFRpoCi8S
— Ian Kelly (@ikelly731) October 8, 2021
Gürcüstanın XİN-i bu gün bildirib ki, nazirin şərhi doğru anlaşılmayıb və əslində Zalkaliaşvili Gürcüstanın bu cür formatda iştirak edəcəyini deməyib.
Birinci dəfə Tbilisi 3+3 formatında iştirakdan Türkiyə prezidenti ilk dəfə 2020-ci ilin dekabrında ikinci Qarabağ müharibəsi bitəndən sonra bu ideyanı irəli sürdüyü zaman imtina edib.
Daha sonra Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsü 2021-ci ilin iyununda yenidən səsləndirib. “Qafqazda sülh və sakitliyə nail olsaq, regionun bütün ölkələri, o cümlədən də Ermənistan, həmçinin bütün dünya qazanacaq”, – Ərdoğan deyib.
Platformada iştirakdan imtina edən Gürcüstan XİN-i bildirib ki, bununla belə ölkə regionda mühüm rol oynayır, Asiya və Avropa arasında əlaqələrin yaradılması üzrə strateji vacib layihələrdə iştirak da bura daxildir.
Gürcüstan üçün onun iqtisadi və siyasi müstəqilliyinə töhfə verən layihələr vacibdir – XİN bildirib.
Həmçinin qeud olunub ki, Gürcüstanın baş naziri BMT-nin Baş Assambleyasına dinc qonşuluqla bağlı qarşılıqlı hörmət və bərabərliyə əsaslanan yeni təşəbbüs təqdim edib.