Beş yüz nəfər Dağıstanda Azərbaycanla sərhədin açılmasını gözləyir
Beş yüz nəfərə yaxın Azərbaycan vətəndaşı Rusiya ərazisində, Dağıstanda vətənə gedəcəkləri günü gözləyir. Sərhəddəki düşərgə sakinlərinin çoxunun pulu qurtarıb və onlar lazımi şeyləri ala bilmirlər.
Moskva vilayətində Azərbayanlıların Milli-Mədəni Muxtariyyətinin nümayəndəsi Afiq Allahverdiyev «Кавказский узел» nəşrinə bildirib ki, Azərbaycan vətəndaşlarının vətənə qayıtması bu ölkə ərazisində karantin düşərgəsinin dolu olması səbəbilə dayandırılıb.
- Dərbənddə ilişib qalan Azərbaycan vətəndaşları çadır şəhərciyində yerləşdiriləcək
- Karantində narkomaniya. Pandemiya dövründə Abxaziyada narkotiklərlə mübarizənin xüsusiyyətləri
Rusiya ərazisində quru sərhədi ilə qayıdan hər kəs bu düşərgədə 14 günlük karantin müddətini keçməlidir.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının vətənə göndərilməsinə Qarabağ müharibəsinin nəticələri və Azərbaycanda koronavirusa yoluxma hallarının artması da mane olub.
Amma Rusiyada qalan Azərbaycan vətəndaşlarının təyyarə ilə vətənəuçmaq imkanları var, çünki Azərbaycan bəzi istiqamətlərdə hava əlaqəsini bağlamayıb.
Koronavirus səbəbilə sərhədlərin bağlanması nəticəsində vətəninə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Dağıstanın Qullar kəndi yaxınlığında müvəqqəti yerləşmə məntəqəsi açılıb. Düşərgə sakinləri və yeni gələn azərbaycanlılar çərşənbə günləri qruplarla evlərinə göndərilirdi, amma sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayandan sonra ancaq bir dəfə – oktyabrın 20-də Azərbaycan vətəndaşlarından ibarət qrup vətənə yollana bilib.
Dağıstandakı düşərgənin sakinləri sərhədin açılması müddətinin uzadılmasından, o cümlədən də evə göndərilən qrupların formalaşdırılması zamanı siyahıların qüsurlu tərtib edibləsindən şikayətlənirlər – Afiq Allahverdiyev əlavə edib.
Sərhədləin açılmasını gözləyən təxminən 500 nəfərdən bir hissəsi Qaytaq rayonundakı “Oqonyok” düşərgəsində, bir hissəsi isə Dağıstanın şəhər və kəndlərində yerləşib – Dağıstanın milli siyasət nazirinin birinci müavini Harun Davıdob bildirib. Davıdovun sözərinə görə, Azəbaycanla sərhədin nə zaman açılacağı hələ məlum deyil.
Azərbaycan vətəndaşı Naif danışıb ki, müvəqqəti saxlama məntəqəsində, “Oqonyok” düşərgəsində məskunlaşıb. Onun sözlərinə görə, düşərgədə yüzlərlə insan yerləşib, onların çoxu artıq bir aydan çoxdur ki, vətənə qayıdacaqları günü gözləyir. “Şəxsən mən artıq bir aydan çoxdur ki buradayam, amma burada hələ üç-dörd ay əvvəl burada ilişib qalan insanlar da var”, – o, “Kavkazskiy uzel” müxbirinə bildirib.
Müvəqqəti düşərgə sakinlərinin çoxunun pulu qurtarıb və onlar siqaret və digər lazımlı şeyləri ala bilmirlər – Naif danışıb. Bununla belə düşərgədə qidalanmanın təşkili ilə bağlı heç bir şikayət yoxdur – o vurğulayıb və qeyd edib ki, ailəsi Azərbaycanda onun yolunu gözləyir.