Rusiya Abxaziya ordusunu yenidən təchiz edəcək. Bütün təfərrüatlar və kontekst
Prezident Putin Abxaziya Silahlı Qüvvələrinin yenidən təchiz olunması haqda göstəriş verib. Amma bunun üçün nə qədər məbləğin ayrılacağı və layihənin konkret nəyi nəzərdə tutduğu məlum deyil.
Abxaziyada bildirirlər ki, bu qərar Gürcüstanın NATO-ya daxil olması şərtlərinin fəal şəkildə müzakirə edilməsi, o cümlədən də Gürcüstan-Osetiya münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə birbaşa əlaqəsi yoxdur.
•Almaniya modeli: Gürcüstsn necə sürətlə NATO-ya daxil ola bilər?
•Gürcüstan-Osetiya münaqişə zonasında gərginləşmə: nə baş verir və nə nə gözləmək lazımdır?
Abxaziyada deyirlər ki, modernləşdirmə haqda qərar 2014-cü ildə “Rusiya Federasiyası və Abxaziya Respublikası arasında müttəfiqlik və strateji tərəfdaşlıq haqda Saziş”dən doğub. Bu sənədin bəndlərində biri Moskvanın Abxaziya Silahlı Qüvvələrini modernləşdirmək öhdəliyini nəzərdə tutur.
Gürcüstan Abxaziyanı öz tərkib hissəsi hesab edir. Qərb ölkələri və beynəlxaq ictimaiyyətin əksərriyəti onu bunda dəstəkləyir. Abxaziyanın özü isə 1994-cü ildən, gürcü-abxaz münaqişəsinin hərbi fazası bitəndən sonra özünü müstəqil sayır. Rusiya 2008-ci ildə Abxaziyanın müstəqilliyini tanıyıb.
Gürcüstan Moskvanı Abxaziyanın işğalında ittiham edir, Rusiya bu ittihamı rədd edir.
Əhalisinin rəsmi sayı 242 min nəfər olan Abxaziya ordusunun şəxsi heyəti 2100-2200 nəfərdən ibarətdir.
İndiyə qədər Abxaziya Silahlı Qüvvələrinin sərəncamında 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsi zamanı istifadə olunan köhnə sovet hərbi texnikası qalmaqdadır.
Bu texnika mənəvi və fiziki cəhətdən köhnəlib, amma Abxaziyanın silahlı qüvvələri öz imkanları hesabına yenidən təchiz etməsi imkanı hətta uzaq perspektivdə də mümkün görünmürdü.
•Rusiyanın Abxaziyaya dəmir yollarının bərpası üçün krediti – fırıldaq, yoxsa yox?
•Gürcüstan: “O meydanda biz osetinlərlə futbol oynayırdıq”. Parçalanmış kənddən reportaj
Rusiyanın yardımı ordunun modernləşdirilməsi üçün yeganə variantdır.
İslahat Abxaziya ordusunun müasir hərbi texnika ilə təchizatını, Rusiya ordusu ilə idarəetmə standarlarının unifikasiyasını, hərbçilərə sosial təminatların verilməsini nəzərdə tutur.
Hələlik Moskvanın bu məqsəd üçün ayıracağı məbləğ bəlli deyil. Abxaziya Müdafiə Nazirliyinin məlumatına görə, məbləğ bundan sonrakı məsləhətləşmələr əsnasında müəyyən ediləcək.
“Belə götürəndə Abxaziya Silahlı Qüvvələri dinc zamanda gücləndirilmiş motoatıcı alaydan ibarətdir. Buna görə də belə bir ordunun modernləşdirilməsinə çəkiləcək xərc nisbətən çox olmayacaq və Rusiyanın hərbi büdcəsinə böyük yük düşməyəcək.
Amma bu addımın geo-siyasi vacibliyi bütün mümkün xərcləri üstələyir”, – “Qazeta.Ru” nəşrinə RF SQ Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Valeri Zaparenko deyib.
Abxaziya ərazisində Rusiya hərbi bazası haqda
Məhz Rusiya Abxaziyanın müdafiə və təhlükəsizlik qabiliyyətinə görə cavabdehdir.
Abxaziya ərazisində Rusiyanın 7-ci hərbi bazası yerləşdirilib.
Ümumilikdə onun potensialı Abxaziya SQ-nin ümumi potensialını üstələyir. Rusiya hərbçiləri bildirirlər ki, hərbi hissənin potensialı Gürcüstan Silahlı Qüvvələrinin döyüş və say tərkibi ilə müqayisə ediləcək durumdadır.
2015-ci ildə Abxaziya Baş Qərargahına rusiyalı general Anatoli Xrulev rəhbərlik edirdi, bundan az sonra isə Dövlət Duması RF və Abxaziya qoşunlarının birləşmiş qruplaşması haqda qətnamə qəbul etdi.
Onun tərkibinə Rusiya tərəfindən Abxaziya ərazisində yerləşdirilmiş birləşmiş Rusiya hərbi bazası, Abxaziya tərəfindən isə iki ayrı-ayrı motoatıcı batalyon, artilleriya və aviasiya qrupları, o cümlədən də ayrıca xüsusi təyinatlı dəstə daxil edildi.
Birləşmiş qrup üzərində komandanlıq Rusiya hərbi bazasının komandirinə həvalə edildi.
Rusiyanın Abxaziyaya göstərdiyi yardım haqda qısaca
•Abxaziya əhalisinin azı 80 faizi Rusiya pasportuna malikdir.
•Rusiya rəsmi şəkildə Abxaziya təqaüdçülərinin pensiyasına Rusiya standartlarına uyğun əlavə ödəniş edir.
•RF-də Abxaziyaya hər ill gedən yardımın ümumi həcmi 300 milyon dollar civarında dəyərləndirilir, amma rəsmi və dəqiq informasiya heç vaxt açıqlanmır və heç bir zaman dərc olunmayıb.
•Abxaziya şirkətlərinin praktiki olaraq bütün məhsulu ya daxili bazara, ya da Rusiyaya gedir.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır