Rusiya: kim və niyə 5G-dən qorxur?
Virusların yayılması, beynin şüalanması və total nəzarət – beşinci nəsil rabitə şəbəkələrinə qarşı çıxanların fikrincə, hakimiyyət 5G qüllələrindən bu məqsədlər üçün istifadə edir. 5G dəhşətləri haqda Youtube-dakı videolar milyonlarla baxış toplayır, şüalanmanın qarşısını almağa çağıran sosial şəbəkə qruplarının isə on minlərlə üzvü var. Coda Story 5G ilə mübarizənin Rusiyada kütləvi xarakter almasından bəhs edir.
Materialın tam versiyası Coda saytında
Pis qüllələr
“Mən qaçıram, qışda xizəklə sürüşürəm, hər gün canımı bərkidirəm və ümumiyyətlə xəstələnmirəm”, – Nijni Taqildən 50 yaşlı Aleksey Fedyunin danışır. – “Mənim addımların sayını, orta nəbzi və sairə göstərən saatım var. Mən bir sürətlə düz sahil boyu qaçanda nəbzim hardasa 140 olur. Birdən [bir yerdən] qaçaraq keçirəm və mənim nəbzim qəfil 170 nə qədərə qalxır. Xeyir ola? Axı mən sürətimi artırmıram. Başımı çevirirəm – bu qüllə dayanıb”.
Fedyunun dəmiryolunda maşinist işləyir. Qəribə qüvvələr Alekseyin diqqətini yazda çəkib. YouTube-da videolara baxandan sonra əmin olub ki, qüllələr insanlara mənfi təsir göstərirlər. Onun sözlərinə görə, qüllələrin heç bir xeyri də yoxdur – internet daha tez işləməyə başlamayıb.
•Koronavirus: miflər epidemiyanın özündən daha tez yayılır
•Rusiyanın təbliğat desantı Belarusu ələ keçirib
•Feyklərlə necə mübarizə aparmalı və ya faktçekinq nəyə lazımdır?
Oxşar əlamətləri – baş ağrısı, nəbzin sürətlənməsi, təzyiq, halsızlıq – bir çox 5G əleyhdarları özündə müşahidə edir. Onlar qəti şəkildə əmindirlər ki, yeni texnologiyaların gəlişi onlara yaxşı heç nə gətirmir.
Bütün yazı moskvalı Natalya Çernixovskaya YouTube-da ingilisdilli bloqerlərin heç bir pandemiya olmadığı, şəhərlərin qapadılmasının 5G qüllələrinin qoyulması ilə şübhəli şəkildə üst-üstə düşdüyü haqda danışdıqları videolara baxaraq keçirib. YouTube-da onlarla bu cür oxşar ssenari ilə çəkilmiş videonu rus dilində də tapmaq mümkündür.
Çernixovskaya ixtisasca tərcüməçidir. O və onun “SSRİ vətəndaşları” hərəkatından (Sovet İttifaqının dağıldığını və Rusiya hakimiyyətinin legitimliyini qəbul etməyən insanlar özlərini belə adlandırırlar) həmfikirləri maskaları “ağızlıq” dlandırırlar və koronavirus pandemiyasına inanmırlar.
“Vətəndaşlardan” biri ona danışıb ki, özünütəcrid insanları evlərə qapadıb, Moskvada test rejimində “hansısa şüalanma” aparmaq üçün lazımdır. O əlavə edib ki, baş ağrısı hiss edir və o bu vəziyyətdə olan yeganə adam deyil.
“Mən bu haqda öz abunəçilərimə yazmaq qərarına gəldim və çoxları mənə yazdı ki, onların da başı ağrıyır”, – Natalya xatırlayır. – “O vaxt mənim də başım ağrıyırdı, həm də qəribə dalğalarla… Gah dayanır, gah bərkiyirdi”.
Çernixovskaya belə nəticəyə gəlib ki, bunun günahı mobil rabitə qüllələrindədir: onlara yaxınlaşanda başağrıları başlayır. Bundan başqa, onlar güclü uğultu yaradırdı. Belə qüllələrdən biri Natalyanın 16 yaşlı qızı ilə yaşadığı evin həyətində aşkarlanıb.
Bundan qəzəblənən Çernixova video çəkib və abunəçilərinə izah edib ki, hakimiyyətin eksperimenti ucbatından moskvalıları “bişirirlər”, şüalanma ilə bağlı Rusiya İstehlaka Nəzarət (“Rospotrebnadzor”) ququmuna müraciət etmək lazımdır. Video-çarx 220 mindən çox baxış qazanıb.
Çernixovskaya yüzlərlə şərh alıb – insanların çoxu onların da 5G qüllələrinə qarşı olduqlarını və “Avropada çoxdan bu qüllələrin yandırıldığını, burda isə kimin yüksək internetli kompüterinin, mobil telefonunun və ya televizorunun daha yaxşı olması ilə ğyündüyünü” yazıblar.
Pandemiya dövründə qüllələrlə mübarizə daha da kəskinləşib və internet hüdudlarını aşıb. Mayın sonunda Dağıstanın Novıy Çirkey kəndinin sakinləri video-müraciət çəkiblər və şüalanmadan canlarını qurtarmaq üçün yaxınlıqdakı qülləni yandıracaqlarını bildiriblər. Rostov şəhərində sakinlər onların icazəsi olmadan quraşdırılan qülləni mühasirəyə alıb, koronavirusa yoluxmaqdan qorxduqları üçün avadanlıqları ona qoşmağa imkan verməyiblər.
Moskvanın Perovo rayonunda yerli sakinlər çox səs çıxardığını, üfiqin qarşısını kəsdiyini və əhvala pis təsir etdiyini bildirdikləri mobil rabitə qülləsinin sökülməsi üçün imza toplamağa başlayıblar. Serpuxov sakinləri evlərinin yaxınlığındakı bütün qüllələrin sökülməsi üçün təşəbbüs qrupu yaradıblar.
Qərbin təsiri
Qüllələrlə mübarizə ideyası Rusiyaya Qərbdən gəlib. Bu mübarizənin əsas ideoloqlarından biri, tanınmış britaniyalı konspiroloq Devid Hayk (bəşəriyyəti idarə edən reptiloidlər nəzəriyyəsinin banisi) pandemiya zamanı izləyicilərini əmin edirdi ki, koronavirus qüllələr vasitəsilə yayılır, karantini isə insanları kasıb, dövlətdən asılı eləmmək üçün düşünüblər.
YouTube və Facebook rəhbərlikləri hələ may ayında 5G texnologiyasının koronavirus pandemiyası ilə əlaqəsi haqda iddialarla mübarizə aparmaq qərarına gəlib və Haykın səhifələri bloklanıb, amma onun videoları 30 milyondan çox baxış toplaya bilib.
Bundan başqa, britaniyalı izləyicilər onun ideyalarından ruhlanaraq müharibə meydanına çıxıblar: ancaq pasxa bayramları müddətində ölkədə mobil rabitə qüllələrinin yandırılmasına 22 cəhd edilib.
Apreldə Britaniyanın Uckfield FM radiostansiyası səs-küylü veriliş yayımlayıb. Verilişdə tibb bacısı kimi təqdim olunan qonaq bildirib ki, 5G insanların ciyərlərindən havanı sovurub çıxarır.
Hakimiyyət müdaxilə etməli olub və radiostansiyaya xəbərdarlıq edib – amma verilişin audioyazısı ingilisdilli Facebook-u dolaşmağa imkan tapıb.
5G — nədir?
“5G sadəcə mobil rabitə protokolunun yeni nəslidir, prinsipcə əvvəlki dördündən sürətindən başqa heç nə ilə fərqlənmir”, – “RosKomSvoboda” ictimai təşkilatının texniki direktoru Stanislav Şakirov izah edib.
“Veb-saytlar ildən ilə daha ağırlaşır, getdikcə daha yaxşı keyfiyyətli videolar paylaşılır və rahat istifadə üçün devayslar və baza stansiyası arasında daha sürətli əlaqə tələb olunur. 5G-ə keçid Rusiya üçün lazımlı hadisədir. Bunu eləməsək, qalan bütün dünyada internet bizdən daha sürətli olacaq”.
Moskvada cəmi üç 5G qülləsi var – Moskva meriyasının saytında qeyd olunub ki, paytaxtda üç pilot zona yaranıb və orada mobil operatorlar yeni rabitə standartlarını testdən keçirirlər. Şəhərdə 5G şəbəkəsinin kommersiya məqsədli istifadəsinə 2022-2023-cü ildə başlamaq planlaşdırılıb. Bütün Rusiyanın yeni nəsil mobil rabitə ilə təmin olunmasından ümumiyyətlə söhbət getmir: bunun üçün lazım olan tezliklər hərbçilərin və Roskosmosun sərəncamındadır.