Azərbaycanda üç ölüm və sutkalıq yoluxma hallarının rekord həddi
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusundan üç ölüm faktı qeydə alınıb və 143 yeni yoluxma halı aşkarlanıb. Bu, virusun ölkədə yayılmasının bütün müddəti ərzində ən yüksək sutkalıq göstəricidir.
Daha 44 nəfər sağalaraq xəstəxanadan evə yazılıb.
Beləliklə, hazırkı ana qədər Azərbaycanda koronavirusa, ümumilikdə, 2422 nəfər yoluxub. Bunlardan 31 nəfəri ölüb, 1620 nəfəri isə artıq sağalıb.
Təxminən aprelin ortalarından mayın əvvəlinə kimi yeni yoluxmaların sayı, əksinə, hər gün azalırdı, sağalanların sayı isə artırdı.
Nazirlər Kabineti yanında operativ qərargahın nümayəndəsi Ramil Bayramovun sözlərinə görə, ölkə sərt karantin rejimindən çıxdıqca yoluxmanın ikinci dalğasını gözləmək lazımdır.
Azərbaycanda karantin rejimi mayın 1-də başa çatır, lakin o, artıq xeyli yumşaldılıb: az qala bütün mağazalar açılıb, regionlarda vətəndaşların hərəkət məhdudiyyəti aradan qaldırılıb, mayın 9-dan isə Bakıda metropoliten fəaliyyətini bərpa edib.