Regionlar böhrana qarşı etiraz edir
Bu həftə Azərbaycanın regionları qiymətlərin qalxması və böhranın digər fəsadlarına cavab verdi. Ölkənin rayonlarında nümayiş və polislə qarşıdurmaya çevrilən narazılıq dalğası artır.
Noyabrın 12-də Lənkəranda Liman şəhər sakinləri Bakı-Astara yolunu bağladılar. İnsanlar ərzaqın bahalaşması, işsizlik və cinayət hallarının artmasından şikayət edirdi.
Siyəzəndə yerli sakinlərin bildirdiyinə görə, yerli əhalinin polislə ciddi qarşıdurması baş verdi, saxlanılan və yaralananlar var. Nümayişçilərin tələbləri elə həminkidir – qiymətlərin qalxmasının dayandırılması və onlar üçün iş yerlərinin təşkili.
Füzuli rayonunda isə Bala Bəhmənli kəndində etiraz aksiyaları keçirildi. İnsanlar burada da inflyasiya və aşağı həyat səviyyəsindən şikayət edirdilər.
Ağcabədidə 200 nəfərə yaxın adam Ağdaş-Bərdə yolunu bağladılar. Sonra polis nümayişçiləri dağıtdı, daha sonra yeli hakimiyyət orqanlarının nümayəndələri narazılarla görüş keçirib, insanları sakitləşdirdilər və problemlərini həll edəcəklərini vəd etdilər.
Beyləqan və Ağsuda da hadisələr eyni ssenari ilə cərəyan edirdi.
Ümumilikdə bütün iğtişaşların səbəbi eyniydi: devalvasiyadan sonra həyat səviyyəsinin kəskin şəkildə düşməsi, qiymətlərin bir yarım dəfə artması, kriminogen vəziyyətin ağırlaşması, iş yerlərində ixtisarlarla bağlı işsizlik. Elə nəticə də eyniydi: nümayişlər ya güc metodları ilə dağıdıldı, ya da narazıları yerli hakimiyyət orqanları sakitləşdirməli oldu.
Bütün mitinqlərin çox saylı dəlillərə görə, qeyri-mütəşəkkil şəkildə baş tutmasına və siyasi xarakter daşımadığına baxmayaraq, “hər ehtimala qarşı iki müxalifətçi saxlanıldı: Azərbaycan Xalq Cəbhəsi Partiyasının Lənkəran şöbəsinin başçısı Nazim Həsənli və “Müsavat Partiyası fəalı İman Əliyev, hər ikisi də Lənkəran rayonunun Liman şəhərində tutulub. İman Əliyevin həmkarları bildirir ki, o KİV-i iğtişaşlar barədə məlumatlandırırdı ki, bu da onun saxlanılmasına səbəb oldu.
Hökumət və iqtidar yönlü KİV tərəfindən hadisələrin işıqlandırılması ənənəvi şəkildə aparıldı, yəni bəzi məmurlar iştişaşların baş verməsi faktını, bəziləri isə nümayişçilərin dağıdılması və ya yaralıların olması faktını inkar edirdi. Bəziləri isə belə bir versiya irəli sürdü ki, iştişaşlar cari ilin yanvar ayından spirtli içkilərin nəğd satışına qadağa qoyulması ilə bağlıdır. Yeni ödəniş sisteminə – bank kartlarına keçid sənədlərin dəyişdirilməsini tələb etdi, nəticədə də mağazalardan spirtli içkilər yox oldu.
Yanvarın 12-də yeni qanunun qüvvəyə minməsi qeyri-müəyyən vaxta qədər dayandırılıb. Bu cür qayğının region sakinlərini sakitləşdirib-sakitləşdirməyəcəyini zaman göstərəcək.
Məqalənin hazırlanmasında “Кавказский узел saytının və BBC-nin Azərbaycan xidmətinin materiallarından istifadə edilib.