Qoridə 8 yaşlı qızın amansızca qətli
Oktyabrın 25-də axşam Qori rayon məhkəməsinin həyətində 8 yaşlı qızın meyiti tapılıb. Qızın ailəsi iddia edir ki, onun bədənində zorakılıq əlamətləri olub.
• 19 yaşlı çoban həmişəlik məhbəsə düşə bilər. Əgər amerikalı ailəni onun qətl etdiyi sübut olunsa
2010-cu il təvəllüdlü Nana Beriaşvili elə həmin günün birinci yarısında yoxa çıxıb.
Artıq axşam ailəsi və polisin axtardığı qızın şəkilləri xəbər buraxılışları və sosial şəbəkələrdə yayılıb.
Facebook paylaşımındakı mətn: “8 yaşlı Naniko Beriaşvili günorta saatlarında Qoridə yoxa çıxıb. 5 nömrəli məktəbdə dərnəyə yollanıb, amma ora gedib çıxmayıb. Əgər kimsə onu görübsə, xahiş edirəm, polisə məlumat versin”.
Qız günün birinci yarısı evdən çıxıb, sonra ondan xəbər almaq mümkün olmayıb. O rəqs dərnəyinə getməli idi, amma məşğələdə iştirak etməyib.
Yerli sakinlər də polislə birlikdə bütün günü qızı axtarıb. Onun meyitini axşam, Liaxvi çayı sahilində yerləşən rayon məhkəməsinin həyətində tapıblar.
Şahidlərin dediyinə görə, onun bədənində zorakılıq izləri varmış, ayaqları məftillə bağlı, başında isə polietilen torba olub. Yerli sakinlər deyirlər ki, axtarışlar zamanı onlar məhkəmənin həyətini bir neçə dəfə yoxlayıblar, amma cəsədi tapmayıblar. Onlar qızın başqa yerdə öldürülüb, daha sonra ora daşındığından şübhələnirlər.
Mərhumun ailə üzvlərinin sözlərinə görə onun izləri evdən 100 metr aralıda itir:
“O yüz metrdən artıq yol getməyib”, – uşağın babası Xviça Beriaşvili Rustavi-2 kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qızın çıxmalı olduğu yolda iki mağaza var və ikisi də kamera ilə təchiz olunub. Xvica Beriaşvili deyir ki, evdən çıxan uşaq bir yöndə gedib, meyit isə başqa bir yöndə tapılıb.
«Uşaq yuxarı doğru gedib, onun cəsədi aşağı tərəfdə necə tapıla bilər?»
Xvica Beriaşvili deyir ki, 4 saat əvvəl özü məhkəmə həyətini axtarıb, amma cəsəd orada olmayıb. O güman edir ki, uşağı başqa yerdə öldürüb, sonra məhkəmənin həyətinə atıblar:
“Onu qətlə yetiriblər, yoxsa niyə orada paket var idi və niyə ayaqları bağlanmışdı? Mən gördüm ki, o paketlə dolanıb yanında məftil var idi. Artıq heç nə görə bilmədim, məni oradan uzaqlaşdırdılar… Əgər istintaq olmasa biz magistralı bağlayacağıq. Bütün Qori ayağa qalxacaq”, – o deyib.
Ailənin baş verənlərlə bağlı heç bir versiyası yoxdur. Onlar işi 24 saat ərzində araşdırmağı tələb edirlər, əks halda çox sayda insanın iştirak edəcəyi çıxışlarla hədələyirlər.
გორში მოკლული 8 წლის გოგოს ბაბუის კომენტარი
გორში მოკლული 8 წლის გოგოს ბაბუის, ხვიჩა ბერიაშვილის კომენტარი.
Posted by რადიო თავისუფლება on ხუთშაბათი, 25 ოქტომბერი, 2018
Daxili İşlər Nazirliyi azyaşlının ağırlaşdırcı hallarda qəsdən öldürülməsi ittihamı ilə cinayət işi qaldırıb. İstintaq işini daxili işlər nazrinin birinci müavini Kaxa Sabanadze aparır.
Dünən axşam Sabanadze jurnalistlərə açıqlamasında istintaqın hələlik versiyalar haqda danışa bilməyəcəyini deyib:
“Bu mərhələdə mən versiyaları şərh edə bilmərəm, biz bütün istiqamətlərdə işləyirik. İstintaq başlayıb və biz hadisə yerini detallı şəkildə incələyirik, nə isə məlum olduqda, biz açıqlama verəcəyik”, – o deyib.
Bütün gecə Qorinin prozektura şöbəsində qızın cəsədinin ekspertizası aparılıb. Qızın cəsədinin tapıldığı Qori məhkəməsinin həyətində isə kriminalist-mütəxəsislər çalışıb.
Həmçinin bütün gecə Qori rayon məhkəməsinin önü, daha sonra prozektura şöbəsinin qarşısı izdihamlı olub. İnsanlar baş verən hadisədən sarsılıb və istintaqın tez aparılmasını tələb edirlər.