Qızıl futbolçular
2014-cü ilin yekunlarına görə AFFA ( Azərbaycan Futbol Federasiyasi Assosiasiyası) başda SOCAR olmaqla sponsorlardan 22.7 milyon (21,6 milyon dollar) manat alıb. SOCAR rəsmilərinin bildirdiyinə görə, federasiyanın hesabına şirkət adından 14 milyon (13,3 milyon dollar) manat köçürülüb.
Onlar müvəffəqiyyət səviyyəsinə görə sondan ilk yerləri tuturlar.
FİFA-nin sentyabr ayı üçün yaydığı reytinq cədvəlində Azərbaycan millisi 110-cu pillədədir. (Cədvəldə 208 komanda sıralanıb)
2015-ci ildə Azərbaycanda futbolun inkişafına dəstək dövlət proqramı başa çatır. SOCAR-ın təmsilçiliyində dövlət 2014-cü ildə milli komandalara 9,6 milyon manat ( təxminən 9 milyon dollar) pul ayırmışdır. Uşaq – yeniyetmə futbolu və uşaq komandalarının təşkil olunması üçün 2,1 manat (19 milyon dollar) sərf edilmişdir.
AFFA-nın sədri Rövnəq Abdullayev hələ bu ilin mart ayında bildirmişdi ki, proqram çərçivəsində bir çox layihələr “uğurla başa çatmışdır.
AFFA-nin texniki direktoru Bernhard Lippert bildirir ki, dövlət proqramı sayəsində uşaq futbol klubları yaradılıb, reqionlarda futbol dirçəldilib və yerli məşqçilərin səviyyəsi yüksəldilib.
Əgər kağız üzərindəki milyonlar xərclənən hesabatları kənara qoysaq, proqramın əsas iki vəzifəsi olan uşaq futbolunun inkişafı və region futbolunun yaradılması məsələləri həqiqətənmi uğurla başa çatıb? Proqram tərəfindən qarşıya qoyulmuş məhz bu iki məqsəd gənc insanları kütləvi şəkildə futbola cəlb etməyə və bununla da daha çox istedadı üzə çıxarmağa imkan yaradacaqdı.
“Avropanın idman direktorlarının Azərbaycan primyer liqasının klublarına cəlb etmək layihəsi
10 mütəxəssis gəldi. Hər biri ayda 5-8 min dollar arası maaş aldı. ( Azərbaycanda orta aylıq əmək haqqı 423 dollardır). Layihə bir ildən az mövcud oldu. Bernhard Lippertin bildirdiyinə görə, hələlik bu layihə dayandırılıb.
“Berlin futbol məktəbi layihəsi
Berlində futbol məktəbini AFFA hansı məqsədlə yaratmışdı və bundan Azərbaycana nə kimi xeyir gələcəkdi, suallarına cavab tapmaq çətindir. Məktəb 2009-cu ildə yaradılıb və mövcud olduğu müddətdə məktəbə hər il 160 min manat pul ayrılıb. 6 il ərzində demək olar ki, bir milyon manatdan çox vəsait sərf olunub, lakin bu illər ərzində məktəbdən bir nəfər də olsun perspektivli futbolçu çıxmayıb. Layihənin uğursuzluğunu hətta AFFA-nin prezidenti Rövnəq Abdullayev də etiraf edib.
Ağdamın “Qarabağ futbol komandasının oyunçusu İlqar Qurbanov 2000-2004-cü illərdə gənclərdən ibarət komandasında “top qovduğu Türkiyənin “Fənərbaxça klubunun maddi texniki bazası haqqında danışanda deyir ki, burada təkcə uşaqların məşq etməsi üçün 6-7 meydança var.
“Orada ümümtəhsil məktəbi var və dərslərdən sonra uşaqlar məşq edirlər. Hər bir komandanın işi ən xırda detalına qədər yoxlanılır. Bütün bunlar ona görə edilir ki, 16-17 yaşına çatan futbolçu böyük futbola düşəndə özünü itirməsin. Azərbaycanda isə uşaq- yeniyetmə futbolu demək olar ki, yoxdur.“
İstisna hal kimi yalnız öz futbol akademiyasını yaratmağı bacaran “Qəbələ-ni göstərmək olar. Akademiyanın 30 məşqçisi, 10 meydançası, müxtəlif yaşda olan 250 futbolçusu 12 komandada məşq edir. Komandanın özünün 4000 nəfərlik stadionu var.
Futbol icmalçısı, Rüstəm Piriyev bildirir ki, ümümilikdə lahiyə nəticəsində futbol infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşib. Bakıda 4 (“Bayıl Arena, “ Bakcel Arena, “Binə Arena, Dalğa Arena) reqionlarda isə bir neçə futbol meydançaları istifadəyə verilib. İlin sonuna kimi, UEFA-nin dəstəyi ilə Mərdəkan qəsəbəsində idman bazası fəaliyyətə başlayacaq. 2009-cu ildə Bakıda futbol akademiyası yaradılıb və eyni zamanda AFFA-nin yeni binasının açılışı olub.
Bakıdakı yeni “Dalğa Arena stadionu
Yalnız, futboldakı nəticəni qiymətləndirmək elə də çətin deyil- ya yüksək mərtəbələr qazanıb futbol ulduzu olursan, ya da olmursan.
“Milli komanda üçün heç olmasa 11 normal futbolçu yetişirmədilər, bunun yerinə xariciləri “özümüzünküləşdirmək -lə məşqul oldular,- Sport7.az saytının jurnalisti Amal Abuşov bildirir. “Bu da onu deməyə əsas verir ki, 10 illik dövlət proqramı kağız üzərində qalıb.
UEFA-nın Azərbaycan üzrə müxbiri Abbas Zahidinin öz təklif var: “ Yerli idarəetmə orqanlarının nəzdində futbol komandaları yaratmaq və adı çəkilən orqanları yerli büdcədən klublara vəsait ayırmağa məcbur etmək. Həmçinin, yalnız bu komandalar üçün ikinci divizyon yaratmaq da lazımdır. Həmin klubların nəqliyyat xərclərinin azaldılması üçün onları reqionlar üzrə bölmək olar. Bu sistemdən Rumıniyada uğurla istifadə edilir- Rumiıniya yığması FİFA-nın reytinqində 7-ci sırada yerləşib.
Artıq bildirilib ki, futbolun inkişafı üçün yeni dövlət proqramı hazırdır. Gözləyək görək, bura nə kimi tədbirlər daxil olacaq.