Qazaxıstanda nə baş verir? – Etirazlar, toqquşmalar, istefalar. Foto, video
Qazaxıstanda etirazlar
Qazaxıstan misilsiz kütləvi etiraz dalğasına bürünüb. Ölkədə ba verənlər haqda səhih məlumat almaq çətindir – yanvarın 5-də bütün ölkə ərazisində internet kəsilib. Məlumdur ki, bir neçə böyük şəhəri əhatə edən etiraz qazın qiymətinin qaldırılmasına görə başlayıb. Amma hakimiyyətin qiyəti yenidən salmağa razılaşması da, hökumətin istefası da vəziyyəti sakitləşdirmədi. Etirazçıların güc strukturları ilə toqquşmaları davam edir. Eyni zamanda ölkə hakimiyyətində mühüm dəyişikliklər baş verir.
Yanvarın 5-i axşam məlumdur ki, ölkənin bir çox şəhərlərində kütləvi etirazlar, o cümlədən də etirazçıların güc strukturları ilətoqquşmaları yaşandı. Olan bilgiyə görə, toqquşmalardan ən çox keçmiş paytaxt Almatı ziyan çəkib – burada etirazçılar akimat (meriya) binasını tutub və yandırıblar, həmçinin prezidentin yerli administrasiyasını ələ keçirməyə cəhd ediblər.
Almatı komündantının sözlərinə görə, yanvarın 5-ə keçən gecə şəhərdə polis və təcili yardım maşınları da olmaqla 120 avtomobil yandırılıb, 120 mağaza və köşk, 180 ictimai iaşə müəssisəsi dağıdılıb, 500 mülki şəxs xəsarət alıb.
Şəbəkələrdə nümayişçilərin polisləri və əsgərləri tərksilah etdiklərini əks etdirən videolar yayılıb.
“Nastoyaşeye vremya” telekanalınin verdiyi məlumata görə, etirazçılar Almatı aeroportunu ələ keçiriblər, əməkdaşları evakuasiyası aparılır.
- Siyasi böhran və Rusiya meyilli əhval. Gürcüstandakı vəziyyət ukraynalı jurnalistlərin gözü ilə
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
Almatə və bir sıra digər şəhərlərdə hakimiyyət fövqəladə vəziyyət və komündant saatı elan edib. Ölkədə internet işləmir, bəzi telekanallar yayımı dayandırıb. Müstəqil media saytlarına Qazaxıstanda giriş yoxdur.
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev yanvarın 5-də xalqa müraciət edib – Qırğızıstanın müstəqil “Kloop” nəşri bildirir. Müraciətində o bildirib ki, əvvəllər Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhhlükəsizlik Şurasının başına artıq özü keçib.
Bu, mühüm siyasi dəyişikliklərdən xəbər verə bilər. Ölkəni 30 il müddətində idarə edən Nazarbayev 2019-cu ildə istefaya gedib. Amma “Elbaşı” – “millət atası” titulunu, bir çox vəzifələrdə sadiq insanları və böyük siyasi nüfuzunu saxlayıb. Birinci prezidentin hakimiyyət orqanlarında indiyə qədər tutduğu yeganə formal vəzifə Təhlükəsizlik Şurasının rəhbəri postudur.
Öz qərarı haqda bildirdiyi zaman Qazaxıstanın hazırkı prezidenti bəyan edib ki, “vətəndaşların təhlükəsizliyini və sakitliyini qorumağa, Qazaxıstanın bütövlüyünün qayğısına qalmağa borcludur”.
O, etirazçıları dəqiq düşünülmüş plan üzrə mütəşəkkil hərəkət edən “sui-qəsdçilər” adlandırıb.
“Buna görə də dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri maksimum sərt davranmaq niyyətindədir”, – o bildirib.
O həmçinin Qazaxıstanın siyasi transformasiyası üzrə yeni təkliflərlə çıxış edəcəyini vəd edib.
“Nə olursa olsun mən paytaxtda qalacam. Xalqla birlikdə olmaq mənim konstitusion borcumdur. Biz birlikdə Qazaxıstan tarixindəki bu qara zolaqdan keçəcəyik. Ondan güclü çıxacağıq”, – Tokayev bildirib.
Etirazlar boş yerə başlamayıb
Kütləvi çıxışların katalizatoru sırf məişət məsələsi – maye qazın qiymətinin yüksəlməsi olub.
Son bir neçə ildə Qazaxıstan sakinləri sürətlə yoxsullaşırdı, amma ölkənin qərbində, xüsusən də Janaozendə bu, xüsusilə hiss olunurdu. Neft və qaz şəhəri yaşamaq üçün çox narahat yer olsa da (ya dəhşətli istidir, ya da dəhşətli soyuq və demək olar ki həmişə ilikləri inlədən külək əsir), statistik yüksək orta maaşlara görə rifahı yüksək şəhər hesab edilir – Rusiyanın müstəqil “Новая газета” nəşri yazır.
Amma reallıqda sakinlərin əksəriyyətinin maaşı çox vaxt heç 300 dollara (təxminən 130 min tenqe) çatmır. Demək olar ki, bütün avtomobil sürənlər nisbətən ucuz olduğu üçün qaz yanacağından istifadə edir. Ucuz idi. Günlərin birində 1 litrin qiymətini 60 tenqedən (14 sent) 120 tenqeyə qaldırana qədər.
İlk etirazlar Janaozendə başlayıb, amma yanvarın 2-də axşama doğru artıq bütün Mantistausk vilayəti etirazlara qoşulub. Ən başdan sayları çox olmayan – bütün region üzrə uzağı 2-3 min nəfər – etirazçıların tələbi sırf iqtisadi idi və etirazın maksimum lokallaşması üçün dərhal bu tələbə reaksiya vermək yetərli idi.
Amma regional hakimiyyət son ana qədər vəziyyəti görməzdən gəldi, prezident Qasım-Comərd Tokayev isə ancaq gecənin gec saatlarında Twitter–dən reaksiya verdi: “Hökumətə Janaozendəki vəziyyətin hüquqi müstəvidə iqtisadi məqsədyönlülüyü nəzərə alınaraq dərhal nəzərdən keçirilməsi tapşırığını verdim”.
Öz xalqı ilə ünsiyyət zamanı Twitter diplomatiyası uğursuzluğa düçar oldu: səhəri gün etirazçıların sayı bir neçə dəfə artdı.
Təcili şəkildə Manqistausk vilayəti üçün qiymətlər yenidən endirildi – maye qazın litri 85 tenqeyə qədər ucuzlaşdırıldı: “biznesin sosial məsuliyyəti” çərçivəsində “QazMunayQaz” şirkəti hesabına. Amma artıq gec idi: insanlar bu güzəşti ələ salınmaq kimi qəbul etdilər və daha da qəzəbləndilər. Üstəlik, digər regionlar qaynamağa başladı: axı qiymət ancaq Manqistau üçün endirildi.
Artıq yanvarın 4-də Manqistausk vilayətinin ardınca qonşu Atırausk regionu da ayağa qalxıb. Həmin gün Uralsk və Aktobe də etirazlara qoşulub.
Ən əsası şüarlar dəyişdi: bütün regionlar hökumətin və prezident Tokayevin istefasını, ən önəmlisi isə birinci prezident Nursultan Nazarbayevin siyasətdən tamam getməsini tələb etməyə başladı. Etirazçıların fikrincə, Nazarbayevin ailəsi hələ də ölkə siyasətinə və iqtisadiyyatına həlledici təsir göstərir.
“Şal, ket!” (“Qoca, get!”) şüarı sürətlə ilkin “Qaz elu!” (“Qaz 50-yə!”) şüarını əvəzlədi.
Yanvarın 4-ü axşama doğru hakimiyyət qazın qiymətini 50 tenqeyə salmağa razılaşdı – amm yenə də sadəcə Manqistausk vilayəti üçün. Bu məqamdan etibarən hakimiyyətin istənilən addımı və ya bəyanatı sırf bəhanə kimi qəbul olunmağa başladı, etiraz isə tamamən iqtisadilikdən çıxdı.
“İndi insanlar anlayırlar ki, məsələ sadəcə qazın qiymətində deyil (bu artıq nəticədir), onlar məsələni Qazaxıstanda siyasi rejimin dəyişdirilməsi formasında qoyurlar: Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılsın, prezident Qasım-Comərd Tokayev könüllü şəkildə vəzifəsindən getsin”, – Uralskda etirazlarda iştirak edən jurnalist və fəal Lukpan Əhmədyarov “Novaya qazeta”ya deyib. – “Qazaxıstanda yerli hakimiyyət orqanlarına, parlamentə, o cümlədən də müvafiq olaraq ölkə rəhbərliyinə normal ədalətli seçki təşkil edəcək keçid hökumətinin formalaşdırılması üçün”.
Bu arada etirazlar genişlənib və cənub regionları da analoji tələblərlə küçələrə çıxıblar. Almatıda böyük etirazçı qrup fotmalaşıb və məhz orada maksimuma qədər radikallaşıb. Yürüş sürətlə iğtişaşlara keçib. Güc strukturları gözyaşardıcı qaz və işıq-səs qranatlarından istifadə ediblər, cavabında etirazçılar bir neçə polis maşınını yandırıblar və akimatı ələ keçiriblər (amma tezliklə geri qaytarılıb).
Həmin bu məqamda ölkə prezidenti Qasım-Comərd Tokayev etirazçılara video-müraciət ünvanlayıb.
“Hakimiyyət süqut etməyəcək”, – etirazçıları “ağıllı” olmağa çağıraraq və etirazçıların istəklərinin “nəzərə alınacağını” vəd edərək o, hədələyici şəkildə bildirib.
Yanvarın 5-nə keçən gecədən Manqistausk vilayətində və Almatıda iki həftəlik fövqəladə vəziyyət elan edilib. Almatıda mərkəzi meydana hərbi texnika çıxarılıb, şəhərdə rabitə ilə bağlı böyük problemlər var. Yanvarın 5-i səhərə yaxın Uralskda da insanların etirazı dağıdılıb – yenə də işıq-səs qumbaraları tətbiq edilib, çox sayda insan saxlanılıb.
Yanvarın 5-i səhər Tokayev gələcək addımların müəyyən edilməsi ilə bağlı təcili iclas çağırıb. Prezident nümayişkaranə şəkildə kabinet üzvlərini danlayıb və bütün hökuməti istefaya gpndərib, həmçinin dövlət katibini və Milli Təhlükəsizlik Komitəsi rəhbərinin birinci müavini (yeri gəlmişkən o, Nazarbayevin bacısı oğlu Samat Abiş idi: bir vaxtlar onu Elbaşının gələcək varislərindən biri adlandırırdılar) dəyişib. Yanacaq qiymətlərinə və həyatəhəmiyyətli ərzaqlara dövlət nizamlaması tətbiq edilib, kommunal xidmətlərin qiymətinin artırılması qadağan olunub.
Amma deyəsən, indi etirazçılara bu da azdır: bir sıra şəhərlərdə etirazlar davam edir, hakimiyyət və cəmiyyət arasındakı münasibətlər isə tamam korlanıb. Səhər tezdən Almatıda vətəndaşlarla güc strukturları arasında böyük toqquşmalar davam edib, yenə maşınlar yandırılıb və hərbi texnika ələ keçirilib. Aktobedə isə polis, əksinə, mitinqçilərə qarşı güc tətbiq etməkdən imtina edib, bundan sonra etirazçılar akimata hücum edib. Sistem laxlamağa başlayıb.
Qazaxıstanda niyə üsyan qalxdı?
“Qazaxıstan hakimiyyəti “həyat heç nə öyrətməyib” ifadəsinin canlı nümunəsidir”, – “Novaya qazeta” yazır.
“2011-ci ildə prezident Nazarbayev Janaozendə neftçilərin aşağı maaşla bağlı etirazlarını şüurlu şəkildə iqnor edirdi, sonra isə onun güc strukturları sadəcə etirazçıları güllələdilər.
2016-cı ildə bütün ölkəni bürüyən torpaq mitinqləri əcnəbilərin torppaq icarəsi haqda mürtəce qanuna moratorium gətirdi.
Üç il sonra çoxuşaqlı anaların etirazları hökumətin istefası ilə nəticələndi”.
Bütün hallarda söhbət iqtisadi tələblərdən gedirdi, amma hakimiyyət hər dəfəsində sosial siyasətdə səhvlərə yol verməyə və vəziyyəti hədsiz gərginləşdirməyə davam edirdi. 2022-ci ildə iqtisadi etiraz yenə də ölkənin ən qeyri-itaətkar şəhərində başladı, hakimiyyətin bu etiraza doğru reaksiya verməyə qadir olaması isə bütün hakim elitanın istifası tələbinə gətirib çıxardı – nəşr xatırladır.
“Qazaxıstan rejimin hakimiyyətdə qalması üçün öldürməyi və işgəncə verməyi gözə alan Belarus deyil, hakimiyyətn bir anda dağıldığı Qırğızıstan deyil, vətəndaş cəmiyyətinin güclü olduğu Ukrayna da deyil. Qazaxıstan elə indi öz transformasiyasından keçir, sovet irsindən ağrılı şəkildə qopur və yeni ölkəyə çevrilir”, – Amerikanın Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecin Mərkəzi Asiya və postsovet məkanı üzrə eksperti Erika Marat yazır.
Qazaxlar birincisi iqtisadiyyatın vəziyyətindən narazı olduqları, ikincisi yeni prezidentdən islahatlar gözlədikləri, amma çbunu görmədikləri üçün keçələrə çıxdılar. BBC müxbiri və Mərkəzi Asiya üzrə mütəxəssis Əbdülcəlil Əbdürəsulov hesab edir.
“2019-cu ildə 30 il müddətində ölkəni fasiləsiz idarə edən Nursultan Nazarbayev istefaya gedəndən sonra çoxları dəyişikliklər ümidində idi. İnanırdılar ki, yeni simalar gələcək, daha çox azadlıq olacaq”, – Əbdülcəlil Ədürəsulov BBC-nin Ukrayna xidmətinə şərh edib.
Amma yeni prezident Nazarbayevin yaxın çevrəsindən olan şəxs, o zamankı senat spikeri Qasım-Comərd Tokayev oldu. Onun ilk addımlarından biri paytaxt Astananın adını dəyişib əvvəlki prezidentin şərəfinə Nur-Sultan qoymaq oldu.
“Bu, Nazarbayevin qurduğu sistemin hələ də yaşadığına işarı idi. Takayev idarəçiliyinin üç ili müddətində heç bir islahat baş verməyib. Və insanlar məyusdur”, – BBS müxbiri hesab edir.
Qazaxıstanın müstəqillik tarixinin ən geniş miqyaslı etirazlarının nə ilə bitməsindən asılı olmayaraq, aydındır ki, bu, iqtidar rejiminin legitimliyinə qarşı böyük zərbədir.
“Cəmiyyətin böyük hissəsi çox kasıbdı. Buna görə də ciddi islahatlara ehtiyac var – həm siyasətdə, həm də iqtisadiyyatda. Hazırkı hakimiyyət və etirazçılar buna gələcəklərmi? Əmin deyiləm. Çox güman ki, Qazaxıstan permanent münaqişələr və böhranlar istiqamətində irəliləyəcək, siyasi rəhbərlik dəyişikliklərinə və siyasi islahatlara tədricən tədricən gedəcək”, – qazaxıstanlı politoloq Dimaş Alcanov “Novaya qazeta” üçün şərh edib.
“Avtoritar ölkədə siyasi islahatları yuxarıdan aparmaq praktiki olaraq mümkün deyil, çünki siyasi rəhbərliyin bunun üçün stimulu yoxdur və bir qayda olaraq siyasi sistem müəyyən məqamda böhrana dirənir. Oxşar avtoritar rejimli idarəçilik modeli olan digər postsovet ölkələrində – Ukrayna, Moldova, Gürcüstan, Qırğızıstanda nələrin baş verdiyinə baxsaq, trayektoriya aydındır: avtoritar model özündə islahatlar keçirməyin mümkünsüzlüyünə gəlib çıxır, ölkədə müəyyən həyəcanlar başlayır, daha sonra hakimiyyət dəyişir və cəmiyyət irəliləmək imkanı əldə edir. Qazaxıstan təxminən bu cür qapalı çevrənin içindədir”, – Alcanov hesab edir.