Duş kabinələri, məsafə və bol dezinfektor – Azərbaycanda çimərliklər və hovuzlar yeni qaydalar üzrə işləyəcəklər
Azərbaycanda koronavirus pandemiyası nəzərə alınmaqla çimərlikləri və akvaparkları ziyarət etməyin yeni qaydaları təsdiq olunub. Əvvəlcə Bakının icra hakimiyyəti çimərliklərdə yerlərin əvvəlcədən elektron üsulla tutulması sisteminin tətbiqini təklif edirdi, lakin nəticədə, bu ideyadan imtina edildi. Lakin insanların çox toplaşmasının qarşısını almaq üçün çimərliklərdə və akvaparklarda adamların sayı yenə də tənzimlənəcək.
- «Qorxmasan – yoluxmazsan». Bakı sakinləri karantinin yumşaldılması barədə nə düşünürlər
- Gürcüstan turizmi yenidən inkişaf etdirməyə başlayır?
Tibbi ərazi bölmələrinin iudarə edilməsi üzrə birlik (TƏBİB) metodik vasitə hazırlayıb – bu barədə 1news saytı xəbər verir. Burada sadalanan qaydalar həm çimərliklərlə akvaparkların ziyarətçilərinə, həm də onların sahiblərinə aiddir.
Qaydalarda deyilir:
- Sosial məsafəyə riayət olunması tələb edilir – çətirlər arasında minimal məsafə dörd metr təşkil etməlidir, insanlar arasında isə ən azı iki metr olmaldıır, əgər bunlar bir ailənin üzvləri deyilsə.
- Çimərliklərə yalnız çətirlərin və şezlonqların (məsafə nəzərə alaraq düzülmüş) sayına müvafiq qədər insan buraxılacaq.
- Yalnız duş kabinələri, soyunub-geyinmə otaqları və təmizliyə riayət etmək üçün işçi heyəti olan çimərliklərin fəaliyyətinə icazə verilir.
- Hovuzların suyunda dezinfeksiyaedici maddələrin konsentrasiyası beynəlxalq standartlarla yol verilən maksimal həddə olmalıdır.
- Çimərliklərdə və akvaparklarda zərərsizləşdirici vasitələrlə dolu dozatorlarlar olmalıdır.
Girişdə akvaparkların və çimərliklərin bütün ziyarətçilərinin temperaturu ölçüləcək.
Bütün bunlar yalnız ödənişli çimərliklərə aiddir. Lakin Bakının kənarında çox sayda ictimai və “vəhşi” çimərliklər də var ki, sadalanan heç bir şərtə müvafiq deyil və bura heç kim tərəfindən nəzarət edilmir. Belə yerlərdə nə çətir var, nə şezlonq, nə də duş. xilasedicilərdən başqa heç nə yoxdur, onlar da həmişə olmur. El arasında bu cür çimərliklər xeyli məşhurdur, belə ki, onlar pulsuzdur. Hakimiyyətin bu cür çimərliklərdə bütün qaydalara riayət olunmasını necə təmin edəcəyi hələlik məlum deyil.
Güman edildiyinə görə, Azərbaycanda iyunun 1-dən etibarən karantin rejimi tamamilə aradan qaldırılacaq. Uzadılma haqqında hələlik heç bir məlumat yoxdur, halbuki, ölkədə epidemioloji vəziyyət hələ də qənaətbəxş deyil. Yoluxmanın ikinci dalğası davam edir və mayın 28-də yeni yoluxmaların rekord sayı – sutka ərzində 191 hal qeydə alınıb.
Azərbaycanda çimərlik mövsümü, adəti üzrə, rəsmi olaraq iyun ayının ortalarında açılır.