Bu gün Rusiyanın Kaluqa vilayətinin Vorsino stansiyasında Türkiyədən gələn ilk konteyner qatarı qarşılanıb. Qatar 11 gün ərzində Gürcüstan və Azərbaycan ərazilərindən keçərək bu stansiyaya çatıb. Yaxın zamanda isə Türkiyədən Rusiyaya qatarlar Ermənistan ərazisindən gedə biləcək.
Türkiyənin Rusiyadakı səfirliyindən verilən məlumata əsasən, RF-ə bu marşrut üzrə ixrac ilk dəfədir ki reallaşdırılır. Qırx futluq 16 konteynerdən ibarət qatar qabyuyan maşınlar və qaz sobaları gətirib.
Türkiyədən gələn ilk yük qatarı Rusiyada qarşılanıb
Daha əvvəl yüklər dəniz yolu ilə daşınırdı ki, bu da həm qiymət, həm də zaman baxımından əlverişsiz idi. Yeni nəqliyyat dəhlizi hər iki göstəricini azaltmağa və Rusiya ilə Türkiyə arasında mal dövriyyəsini rahatlaşdıracaq.
Yaxın zamanla Türkiyə və Rusiya arasındakı mal dövriyyəsində Ermənistan da tranzit tərəfi ola bilər.
Türkiyə və Rusiya arasında birbaşa dəmiryolu xəttilə gələn qaratı iki ölkə rəsmiləri qarşılayıb
Qafqazda yeni nəqliyyat xətləri
2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş nazirinin görüşündə xüsusi işçi qrupun yaradılması haqda qərar qəbul edilib. Bu qrupun öhdəliklərinə üç ölkə başçısının 2020-ci il noyabrın 10-da imzaladığı digər üçtərəfli razılaşmanın doqquzuncu maddəsinin həyata keçirilməsi daxildir.
Həmin razılaşma 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən ikinci Qarabağ müharibəsinnə son qoyub və müxtəlif hesablamalara görə, hər iki tərəfdən beş mindən on minə qədər insanı həyatdan qoparıb.
Cənubi Qafqazda yeni dəmiryolu və avtomobil yolları bir neçə nəqliyyat dalanını açmağa imkan verəcək:
Azərbaycanın Naxçıvan Muxtar Respublikasını ölkənin qalan hissəsi ilə birləşdirəcək ki, bunun üçün də Ermənistan ərazisindən yol davam edəcək. Hazırda burada səyahətlər yalnız hava yolu ilə, ya da İran ərazisi vasitəsilə mümkündür.
Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə avtomobil və dəmiryolu xətti uzanır. Hazırda Ermənistandan Rusiyaya yerüstü yeganə və kritik dərəcədə mühüm yol Gürcüstandan keçir və bu yol da hava şərtləri üçündən çox vaxt yüklənir və bağlı olur.
Rusiya və Türkiyə ilk dəfə Ermənistan və Azərbaycan ərazisi vasitəsilə quruyolu əldə etmiş olacaqlar.