Qarabağdakı sülhməramlılar necə olacaq? Bakıdan şərh
Qarabağdakı sülhməramlılar necə olacaq?
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra ölkə ərazi bütövlüyünü tam təmin edib. Eyni zamanda, səlahiyyət subyektinin artıq olmaması səbəbilə Rusiya sülhməramlı kontingentinin bölgədə qalmasının aktuallığı sualı ortaya çıxıb. “Laçın yolundan başqa, demək olar ki, sülhməramlıların bütün postları öz əhəmiyyətini itirib”, – deyə azərbaycanlı politoloq Fərhad Məmmədov bildirib.
- “Növbə məndədir?” – Azərbaycanda siyasi proseslərə çıxan vəkillər Kollegiyadan necə uzaqlaşdırılır?
- Qarabağ ermənilərinin reinteqrasiyası. “Bu fantastikadır!”
- “Bütün DQ sakinlərini Ermənistana təxliyyə etmək. Başqa çıxış yolu yoxdur”. Şərh
“Rusiyanın 1960 nəfərlik sülhməramlı kontingenti atıcı silahlar, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika ilə Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilir”, – 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatda bildirilir.
Azərbaycan Qarabağ ərazisi üzərində tam nəzarəti bərpa etdikdən və regiondakı erməni silahlı qüvvələrinin tərksilah prosesi başlayandan sonra təmas xətti, yəni Rusiya sülhməramlı kontingentinin nəzarət subyektlərindən biri yoxa çıxdı.
“Rusiyanın Qarabağda müvəqqəti mövcudluğu mandatsız vəziyyətdə qalır. Sülhməramlıların üçtərəfli bəyanatda nəzərdə tutulmuş yeganə funksiyası qalır – Laçın yolunda”, – politoloq Fərhad Məmmədov bildirir.
Onun sözlərinə görə, bununla yanaşı ikinci Qarabağ müharibəsindən sonra ötən üç il ərzində sülhməramlılar öz logistikalarını – keçmiş DQMV-nin həddinin perimetri boyunca təchizatlı avtonom postlar sistemi – qurublar. “Sülhməramlılar tərəfindən reallaşdırılan bütün başqa şeylər yazılmamış funksiyalardır, necə deyərlər özfəaliyyət”, – deyə o əlavə edib.
Sonra nə olacaq?
“Atəşkəs mətnindənaydın olur ki, sülhməramlı kontingent yeni, amma daha müvəqqəti, yəni vaxt baxımından məhdud funksiya əldə edib – qanunsuz erməni silahlı qruplaşmalarının tərksilah rdilməsi, Ermənistan SQ qalıqlarının çıxarılması. Bütün bunlar bir neçə həftə ərzində başa çatacaq.
Yeni şəraitdə sülhməramlılar perimetr üzrə bütün logistikanı itirirlər, çünki Azərbaycan SQ artıq bu perimetri keçib və bu məntəqələri saxlamaq məqsədəuyğun deyil. Xəritələrdən görünür ki, Laçın yolundan başqa sülhməramlıların demək olar ki, bütün postları öz mənasını itirib.
Deməli, sülhməramlı kontingentin Azərbaycan ərazisindəki bütün logistikası yeni reallıqlara uyğun olaraq ddəyişir.
Azərbaycan regionun reinteqrasiyasına can atır, həm ərazinin, həm də əhalinin. Bakı “etnik təmizləmə” ittihamı mövzusunda Qərbin təzyiqinə məruz qalır. Qərb regiona girməyə çalışır və bunu heç gizlətmir də.
Azərbaycan 2025-ci ildən sonra Türkiyə məhdudlaşdırıcı qismində olmaqla Rusiyadan başqa heç kimi öz ərazisində görmək istəmir.
Əgər kimsə Qarabağ erməniləri mövzusundan narahatdırsa, torpaqda Rusiyanın sülhməramlı kontingenti, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi nümayəndəsi var.
Torpaqda həmçinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də var. NATO üzvü, Qərbin müttəqi olan bir ölkə.
Rusiya sülhməramlıları Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinin iştirakçısına çevrilir. Bu, Rusiyanın rəsmi şəxsləri səviyyəsində bəyan edilib, biz bunu real zamanda görürük”.
Rusiya sülhməramlı kontingenti qurulmuş postlardan hara gedəcəklər?
“Ehtimal edirəm ki, yaşayış məntəqələrinə, əsasən də Xankəndiyə. Bu o demək deyil ki, bu yaşayış məntəqələrində Azərbaycan bayrağı olmayacaq və Azərbaycan Respublikasının qanunları və dövlət strukturları qüvvədə olmayacaq. Olacaq!
Adaptasiya, o cümlədən də müvafiq infrastrukturun, logistikanın yaradılması üçün vaxta ehtiyac var, hansı ki, gücləndirilmiş rejimdə yaradılır.
Bakının istədiyi kimi reinteqrasiya tədricən başlamayıb, bir günün içində və hərbi əməliyyatlardan sonra başlayıb. Buna görə də müvəqqəti tədbirlər və mövzuların prioritetləşdirilməsi lazımdır. Bu gün bu, yerli ermənilərin tərksilah edilməsi, SQ qalıqlarının Azərbaycan ərazisindən çıxarılması, humanitar vəziyyətin yaxşılaşdırılması, resurs təminatı üçün Azərbaycan infrastrukturunun çəkilməsidir.
Dövlət strukturlarının fəaliyyəti, Azərbaucann hüquqi müstəvisinin yayılması – bunlar həllini tapacaq sistemli mövzulardır və sülhməramlıların rolu bu mənada lokal qarşıdurmalara gətirib çıxara biləcək toqquşmaların qarşısının alınması nöqteyi-nəzərdən vacibdir. Bunu isə Qərbdə gözləyirlər və Qərbin mənfi təsirini neytrallaşdırmaq lazımdır. Ehtimal edirəm ki, Türkiyənin rolu da bu baxımdan hiss olunacaq.
Sülhməramlıların logistikasının dəyişməsi göstərir ki, onların bütün fəaliyyəti Azərbaycanla müştərək və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası kontekstində olacaq”, – deyə Fərhad Məmmədov fikrini yükunlaşdırıb.