2020-ci il oktyabrın 7-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Azərbaycanın dinc sakinləri arasında ölənlərin sayı 30 nəfərə çatıb – Baş Prokurorluq
“Sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan müki əhalisinin atəşə tutulması nəticəsində 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
66 mülki obyekt və 427 fərdi yaşayış evi atışma nəticəsində yararsız vəziyyətə düşüb.
-
Ermənistanın XİN rəhbəri rusiyalı həmkarı ilə Moskvada görüşəcək
Mnatsakanyan-Lavrov görüşü oktyabrın 12-də baş tutacaq – Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan təsdiqləyib.
Daha əvvəl Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirmişdi ki, Dağlıq Qarabağda vəziyyətlə bağlı 8 və 12 oktyabrda Cenevrə və Moskvada görüş baş tutacaq. Onun sözlərinə görə, danışıqların məqsədi münaqişə tərəflərini atəşkəs haqda razılığa gəlməyə təhrik etmək cəhdidir.
-
Avropa İttifaqı narahatdır: region ölkələri Qarabağda eskalasiyaya cəlb oluna bilər
Aİ xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Avropa Parlamentində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib ki, münaqişənin eskalasiyası zamanı regional aktorların cəlb olunması istisna deyil.
“Bu, regionda stabilli ciddi şəkildə poza bilər. Mən bu vəziyyəti Rusiya XİN rəhbəri ilə müxakirə etmişəm, mən həmçinin bu vəziyyəti Türkiyənin xarici işlər naziri ilə də müzakirə etmişəm – iki əsas regional oyunçu ilə, regionun böyük dövlətlərinin münaqişəni qızışdıra biləcək ritorikadan və əməllərdən çəkinməsinin vacibliyini vurğulamışam”.
Sessiya zamanı səslənən əsas tezislər:
– Türkiyə tarixi danan, ermənilərin soyqırımını danan bir ölkədir, hələ ki, çox gec deyil, biz bu təcavüzkarı dayandırmalıyıq (Fransua Alfonsi, Fransa).
– Biz sadəcə çağırış etməkdən daha çox şey etməliyik, biz ciddi sanksiyalar tətbiq etməli, təcavüzkar ölkələri subsidiyalardan məhrum etməliyik (İoannis Laqos, Yunanıstan).
– Kassetli bombaların istifadəsi yolverilməzdir və cəzalandırılmalıdır (Martin Zonneborn, Almaniya).
– Türkiyənin istənilən silah satışını və silahlandırmasını qadağaq etmək lazımdır (Klara Pontos, İspaniya).
– Dağlıq Qarabağ xalqı öz müqəddaratını həll etmək kimi beynəlxalq hüququnu həyata keçirməlidir (Xordi Solen, İspaniya nümayəndəsi).
-
Cenevrə və Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqlar keçirliləcək
Fransa XİN rəhbəri Jan-İv Le Drian bildirib ki, danışıqlar oktyabrın 8-də Cenevrədə və oktyabrın 12-də Moskvada baş tutacaq.
“Biz bir-birimizlə gündəlik əlaqədəyik [Fransa, Rusiya, ABŞ – Qarabağ nizamlaması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri]. Hazırda bu, uğurla nəticələnməyib. Sabah Cenevrədə görüşlər olacaq, sonra isə digər görüşlər bazar ertəsi Moskvada olacaq”, – “Reuters” nazirə istinadən xəbər verib.
Amma Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan “Armenpress” agentliyinin vəziyyəti şərh etməklə bağlı xahişinə cavab olaraq bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hazırkı mərhələdə nəzərdə tutulmayıb.
-
“Varanqataq yüksəkliyi qaytarılıb” – Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qarabağda müdafiə ordusunun mövqelərinin yaxşılaşdırıldığı haqda bildirib. Onun sözlərinə görə, şimal istiqamətində əks-hücum nəticəsində Varanqataq (Lulasaz) yüksəkliyi qaytarılıb.
“Hazırda Artsax-Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlar davam etdirilir”, – Stepanyan Facebook səhifəsində yazıb.
-
Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şəybəy kəndindən video yayıb
Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər nəticəsində Azərbaycan ordusunun nəzarətinə keçən Cəbrayıl rayonunun Şəybəy kəndindən video yayıb.
Kəndin Azərbaycan ordusu tərəfindən alındığı haqda məlumatı oktyabrın 3-də prezident İlham Əliyev Twitter-də paylaşıb.
-
Azərbaycanın dinc sakinləri arasında ölənlərin sayı 28 nəfərə çatıb – Baş Prokurorluq
“Sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan müki əhalisinin atəşə tutulması nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
66 mülki obyekt və 427 fərdi yaşayış evi atışma nəticəsində yararsız vəziyyətə düşüb.
-
Putin: “Rusiya Ermənistan qarşısında müttəfiq öhdəliklərini yerinə yetirməyə hazırdır”
“Qarabağdakı hadisələr faciədir, biz məyus oluruq, çünki həm Azərbaycan, həm Ermənistan, həm Dağlıq Qarabağ bizə yad olmayan insanların yaşadığı ərazilərdir”, – Rusiya prezidenti Vladimir Putin bildirib.
O, Qarabağda atəşi mümkün qədər tez dayandırmağa çağırıb və Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini şərh edib. Putinin sözlərinə grə, Rusiya bu öhdəlikləri yerinə yetirməyə hazırdır, amma Ermənistan rəhbərliyinin hələlik “Rusiyaya müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sualı yoxdur”.
-
Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur – Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Gecə cəbhədə döyüşlər davam edib – Azərbaycanın Müdafiə Nazirliyi
Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb”, – məlumatda deyilir.
-
7 oktyabr səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 11-ci günü.
• Sentyabrın 27-də döyüşlər başlayandan Ermənistan tərəfdən 250 nəfər hərbçi həlak olub. Ermənistan mediası Qarabağ müdafiə ordusuna istinadən bu məlumatı verib. Yaralananların sayı haqda məlumat verilmir. Azərbaycan tərəfindən həlak olan hərbçilərin də sayı bəlli deyil. Ekspertlər artıq 11-ci gündür davam edən döyüşlərin intensivliyini nəzərə alaraq hesab edirlər ki, hər iki tərəfdən ölənlərin sayı oxdur.
• Azərbaycan tərəfində dinc əhali arasında ilkin məlumatlara əsasən ümumilikdə 28 nəfər həlak olub, 143 nəfər yaralanıb. Ermənistan tərəfdə həlak olan dinc sakinlər 19 nəfər, yaralananlar isə 80 nəfərə yaxındır.
• Bakıd abildirilib ki, Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin nəzarətinə eçən Cəbrayıl şəhərini və Qarabağ ətrafındakı rayonların 25 kəndini nəzarət altına alıb.
• Ermənistanın baş naziri Nikol Paşinyan “ön cəbhədə operativ vəziyyəti və silahlı qüvvələrin növbəti addımlarını müzakirə etmək üçün” Qarabağa yollanıb.
• Azərbaycan bəyan edib ki, Qarabağın erməni əhalisi və könüllü təslim olmağa hazır olan Ermənistan hərbçiləri üçün humanitar dəhlizlər açır.
• Azərbaycanın xüsusi xidmət orqanları Ermənistan tərəfdə döyüşən muzdluların radio danışıqlarını tutduğunu bildirib. Buna qədər Azərbaycan tərəfində döyüşən muzdlularla bağlı analoji informasiyanı Ermənistan xüsusi xidmət orqanları açıqlamışdı.
• Qarabağ prezidenti “Türkiyənin Azərbaycanı Cənubi Qafqazda terror yuvasına çevirmək planına mane olmaq üçün beynəlxalq anti-terror koalisiyası formalaşdırmağı təklif edib”.
• Azərbaycanın Müdafiə Nazirliyi Qarabağ müdafiə ordusunun oktyabrın 6-da geriyə çəkilmə imitasiyası yaradaraq Azərbaycan hərbçilərini “tələyə saldığı”haqda məlumatını feyk adlandırıb.
• Azərbaycan prezidenti Bakıda Türkiyə XİN rəhbəri ilə görüşüb. Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycana Türkiyənin Azərbaycanı dəstəklədiyini bütün dünyaya göstərmək üçün gəlib.
• Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətinin Türkiyəyə qarşı mülki əhalinin Avropa konvensiyası ilə nəzərdə tutulan hüquqlarının pozulması ilə bağlı müraciətini təmin edib.
• İran prezidenti Azərbaycan prezidentinə zəng edib. Buna qədər İran Qarabağ münaqişəsi tərəflərini onların atdıqları mərmilərin bir daha bu ölkənin ərazisinə düşəcəyi halda mümkün nəticələrlə bağlı xəbərdarlıq edib. İlham Əliyev telefon danışığında deyib ki, “İran-Azərbaycan dövlət sərhədində işğal altında olan ərazilər tam azad ediləndən […] və Azərbaycan sərhədçiləri orada xidmət çəkməyə başlayandan sonra” problem həll olacaq.
-
2020-ci il oktyabrın 6-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video