2020-ci il oktyabrın 29 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Avropa Məhkəməsi Azərbaycan hökuməti üzərinə daha beş erməni əsir haqda məlumat təqdim etmək öhdəliyi qoyub
Bu haqda ədliyyə naziri, erməni əsirlərin ailələrini Avropa İnsan Haqları Məhkəməsində təmsil edən Artak Zeynalyan bildirib. Məhkəmə Azərbaycan üzərinə əsirlərin səhhəti, yeri və saxlanma şəraiti haqda noyabrın 3-ə qədər məlumat təqdim etmək öhdəliyi qoyub. İş sentyabrın 27-də Avropa Məhkəməsinə təqdim olunub. Əsirlərin adları – Samvel Asatryan, Albert Mikaelyan, Edik Tonoyan, Valeri Hayrapetyan və Arsen Karapetyandır. Ailə üzvləri onları Azərbaycan media resurslarında yayılan videolarda tanıyıblar və onların yaşamaq hüquqlarının təmin edilməsi və onlara qarşı qeyri-insani davranışın qarşısının alınması üçün təcili tədbirlərin görülməsi xahişi ilə Avropa Məhkəməsinə müraciət ediblər. Son rəsmi məlumata əsasən, Ermənistanda Azərbaycanda əsir saxlanan 17 hərbçi haqda məlumat var.
-
Ermənistan tərəfinə 29 həbçinin cəsədi və bir mülki şəxs qaytarılıb – Ermənistanın Müdafiə Nazirliyi
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində bildirib ki, təhvil prosesi Rusiyanın vasitəçilik səyləri nəticəsində və Beynəlxalq Qırmızı Xaç Komitəsinin, o cümlədən də ATƏT-in cari sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutub.
“Ermənistan tərəfi humanitar atəşkəs haqda razılaşmaya sadiq qalaraq Qarabağ tərəfdə qalan Azərbaycan hərbçilərinin cəsədlərini Azərbaycan tərəfinə verməyə, bütün cəbhə boyu mövqelərarası ərazilərdən həlak olanların cəsədlərinin evakuasiyasına başlamağa, hərbi əsirlərlə bağlı məlumat mübadiləsi prosesinə və onların dəyişdirilməsinə hazır olduğunu bildirib”, – Şuşan Stepanyan yazıb.
-
Qarabağın müdafiə ordusu Azərbaycan şəhərlərində yerləşən legitim hərbi hədəflərin siyahısını dərc edib
- Gəncə:
- • Azərbaycan Müdafiə Nazirliyi HHQ-in aviabazası, vertolyot eskadrilyası
- • SQ Baş Qərargahının motoatıcı briqadasının daimi dislokasiyası
- • Daxili Qoşunların xüsusi təyinatlı briqadası
- • Müdafiə Nazirliyinin Komanda Mərkəzi
- • SQ Baş Qərargahının radiotexnika batalyonu
- • Müdafiə Nazirliyinin tabeliyində olan yanacaq və sürtkü materialları bazası
- • Müdafiə sənayesinin maşınqayırma zavodu, avia-təmir zavodu və artilleriya silahlarının təmiri zavodu.
Bərdə:
- • 1-ci ordu korpusunun qərargahı
- • Təmir batalyonu
- • Ayrıca rabitə batalyonu
- • Zenit raket divizyonu
- • Tank briqadası
- • Tank əleyhinə diviziya.
-
Düşmən Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutub – Azərbaycan Müdafiə Nazirliyi
“Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub”, – Azərbaycan Müdafiə Nazirliyinin təcili məlumatında bildirilir.
-
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ertələnib
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bugünə planlaşdırılmış Cenevrə görüşü sabaha keçirilib – “RİA Novosti” şəxsi mənbələrinə istinadən xəbər verib.
-
Cəbhədə gərginlik və DQ-nin yaşayış məntəqələrinin atəşə tutulması davam edir - Qarabağın Müdafiə Nazirliyi
Qurumdan bildirilib ki, Stepanakert, Şuşa və ətraf yaşayış məntəqələri Azərbaycan SQ-in hədəfində qalır. Atəş zamanı “Smerç” reaktiv sistemlərindən istifadə olunur.
Qarabağ Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, Stepanakertdə yaşayış binası dağılıb, zərbənin təsirindən qonşu bina da tam çöküb. İki nəfər yaralanıb.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub”
“Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təcili məlumatında deyilir.
-
Döyüş əməliyyatları davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Oktyabrın 29-u səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin ikinci ayı.
• Ermənistan hərbçilərinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu nəticəsində 21 dinc sakin həlak olub, 60 nəfərdən çox yaralanıb. Azərbaycanın Baş Prokurorluğunun bu haqda məlumatında deyilir ki, hücum zamanı beynəlxalq hüquqla qadağan olunmuş kasset sursatlarından istifadə olunub. Ermənistan Müdafiə Nazirliyi hücumla bağlı ittihamı rədd edib.
• Ermənistan XİN Azərbaycanı Qarabağın Stepanakert və Şuşa şəhərlərinə yeni raket zərbələrinə görə hərbi cinayətdə günahlandırıb. Hücum zamanı doğum evinin binası da zərər görüb. Qurbanlar haqda məlumat verilmir. Azərbaycanın Müdafiə Nazirliyi hücumla bağlı ittihamı rədd edib.
• Azərbaycanda dinc əhali arasında qurbanlara dair yeni məlumat: 69 nəfər həlak olub, 322 nəfər yaralanıb.
• Daha 13 yaşayış məntəqəsi Azərbaycan ordusunun nəzarəti altına keçib – Azərbaycan prezidenti elan edib.
• “Ermənistan siyasətinin mahiyyəti digər ölkələrin onların əvəzinə problemlərini həll etməsindən ibarətdir. Mən onlara deyirəm: “Tanıyın Qarabağı, başqa ölkələrdən bunu xahiş etməkdənsə”.” – Azərbaycan prezidenti Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.
-
2020-ci il oktyabrın 28 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video