2020-ci il sentyabrın 29-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, foto/video
-
Azərbaycan və Türkiyə Ermənistan hücum təyyarəsinin vurulması xəbərini təkzib ediblər
Azərbaycan və Türkiyə Ermənistanın Su-25 hücum təyyarəsinin Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vurulması haqqında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın yaydığı xəbəri təkzib ediblər.
Türkiyənin nəqliyyat naziri Fahrettin Altun bu xəbəri yalan adlandırıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da bu məlumatı təkzib edib. “Bu, Ermənistanın təbliğat maşınının növbəti fantaziyasıdır”, – deyə, o bildirib.
-
Bakıda Qan bankının binasının qarşısında könüllülərdən ibarət növbə yaranıb
Bu gün səhər saatlarından başlayaraq Bakıda Qan bankının binasının qarşısında könüllülərdən ibarət növbə yaranıb. İnsanlar cəbhə xəttində olan Azərbaycan ordusunun hərbçiləri üçün qan verməyə gəliblər.
Qan bankının məlumatına görə, müraciət edənlərin sayı 10 min nəfəri keçib.
-
Türkiyə qırıcısı Ermənistanın Su-25 təyyqrəsini vurub, pilot ölüb – Ermənistanın Müdafiə Nazirliyi xəbər verir
Türkiyəyə məxsus qırıcı Azərbaycanın Gəncə şəhərinin aerodromundan havaya qalxıb, Ermənistan ərazisindəki Vardenis, Mets Masrik və Sotk yaşayış məntəqələrinə zərbələr endirən Azərbaycan aviasiyasının və PUA-larının hərəkətlərini nəzarətdə saxlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.
“Hərbi tapşırığı yerinə yetirərkən erməni hücum təyyarəsi Türkiyə qırıcısı tərəfindən vurulub, pilot qəhrəmancasna həlak olub”, – məlumatda deyilir.
Bundan əvvəl hərbi ekspert Artsrun Ovannisyan xəbər verib ki, Dağlıq Qarabağın müdafiə ordusu Azərbaycana məxsus, İsrail istehsalı olan “Orbiter-1K” zərbə pilotsuz uçuş aparatını və qarşı tərəfin 12 tankını vurub.
-
Azərbaycanın İctimai Televiziyasının avtomobili atəş altında qalıb
Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndində Azərbaycanın İctimai Televiziyasının avtomobili Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş altında qalıb.
Qurban yoxdur – telekanalın məlumatında deyilir.
Tərtər rayonunun Qapanlı kəndində İTV-nin avtomobili ermənilərin hücumuna məruz qalıb.Bizi telegramda izləyin: https://t.me/tvictimai
Posted by İctimai TV on სამშაბათი, 29 სექტემბერი, 2020
-
Ermənistan tərəfdən dinc sakin həlak olub. Ermənistan XİN Azərbaycanı hərbi əməliyyatların coğrafiyasını genişləndirməkdə günahlandırır
Vardanis şəhəri istiqamətində Ermənistanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc sakin həlak olub.
Ermənistan XİN açıqladığı bəyanatda Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın ünvanına Vardenis rayonu tərəfdən Azərbaycanın Daşkəsənrayonunun raket atəşinə tutulması ilə bağlı səsləndirdiyi ittihamı rədd edib.
“Bu, tam yalan dezinformasiyadır və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək, o cümlədən də Ermənistan Respublikasına qarşı təcavüz həyata keçirmək üçünzəmin yaratmaq məqsədi daşıyır”, – XİN-in bəyanatında deyilir.
Photo: Ermənistanın müdafiə naziri Qarabağda
-
Ermənistan iriçaplı silahların tətbiqinə keçib, vertolyot vurulub
Sentyabrın 29-da Azərbaycan SQ cəbhə xətti boyunca TOS-1, “Smerç” və digər ağır artilleriya sistemlərindən istifadə edərək hücuma keçəndən sonra belə qərara alınıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, düşmən Ermənistan tərəfini uzunməsafəli və güclü zərbə sistemlərinə keçməyə məcbur edir. Şuşan Stepanyanın sözlərinə görə, bu, hərbi əməliyyatların bütün məntiqini və miqyasını dəyişir, “onları yeni səviyyəyə yüksəldir”.
Bununla yanaşı Ermənistan SQ-nin Qarabağda döyüşlər zamanı vertolyot vurduğu haqda məlumat yayılıb.
“İndicə bizimkilər vertolyot vurub. Ola bilər ki, bir neçə vertolyot”, – hərbi ekspert Artsrun Hovannisyan bildirib.
-
Azərbaycan SQ Ermənistanın hərbi hissəsini atəşə tutub
Ermənistan Müdafiə Nazirliyi mətbuat katibinin sözlərinə görə, aviasiyadan da istifadə olunub.
“Düşmənin bu əməliyyatından əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Vardenis rayonundan Azərbaycanın Daşkəsən rayonunu atəşə tutması ilə bağlı dezinformasiya yayıb. Beləliklə, düşmən faktiki olaraq öz sonrakə addımları üçün zəmin yaratmağa çalışıb”, – Şuşan Stepanyan deyib.
Pilotsuz uşan aparatın zərbəsi nəticəsində Vardenisdə mülki avtobus yanıb.
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan SQ-nin buna sərt cavab verəcəyini bildirib.
-
Qarabağda bütün cəbhə boyu gərgin döyüşlər gedir – Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, sentyabrın 28-dən 29-a keçən gecə Ermənistan Silahlı Qüvvələri Fizuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətində itirdikləri mövqeləri geri qaytarmaq üçün dəfələrlə əks-hücuma keçərək uğursuz cəhdlər edib.
“Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir”, – Müdafiə Nazirliyindən bildirilib.
Hazırda gərgin döyüşlər davam edir.
-
Türkiyə suriyalı döyüşçüləri Azərbaycana köməyə göndərə bilər, Reuters
Bu haqda Reuters adının açıqlanmadığı iki suriyalı döyüşçüdən məlumat alıb.
Reuters-in bu söhbətdən əldə etdiyi informasiya:
Onlara ayda 1500 dollara yaxın pul veriləcəyi vəd edilib. Bu, müharibə şəraitində olan, iqtisadiyyatı məhv edilmiş Suriya üçün çox böyük əməkhaqqıdır.
Onlar Suriyanın şimal-qərb regionunda, artıq iki ildir ki, Türkiyənin və suriyalı müttəfiqləri olan qiyamçıların nəzarət etdiyi Afrində cəlb olunublar. Danışıqları Suriya Milli Ordusunun nümayəndələri aparıb.
Reuters bu qrupdan şərh ala bilməyib.
Azərbaycana 700 nəfərdən 1000 nəfərə qədər suriyalı göndəriləcək.
Onlar sentyabrın 25-də artıq göndəriləcəklərini gözləyirdilər – amma hərbi əməliyyatlar üçün yox, obyektlərin mühafizəsi üçün. Reuters hələlik onların yerləşdiyi yeri təsdiqləyə bilmir.
Azərbaycandan reaksiya:
Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev deyib ki, bu məlumat “əsl cəfəngiyatdır”.
“Bizim Silahlı Qüvvələrin şəxsi heyəti və ehtiyat qüvvələri kifayət qədər”.
Türkiyədə kontekst:
Türkiyə prezidenti Ərdoğan dəfələrlə bildirib ki, Qarabağda sentyabrın 27-də səhər başlayan hərbi əməliyyatlarda Bakını fəal dəstəkləyəcək. Ərdoğan Ermənistanı təcavüzdə günahlandırır və Qərbin münaqişənin həllində aciz olduğunu hesab edir.
• “Suriyaya silah çatdıran [Qərb] Qafqazda Türkiyə əsgərləri haqda danışa bilməz” – Ərdoğan
2020-ci ilin avqustunda Türkiyə Azərbaycanla birlikdə hərbi təlimlər keçirib.
2020-ci ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə prezidenti Ermənistanı Azərbaycana qarşı təcavüzdə günahlandırıb.
Türkiyədə bazar ertəsi lirənin dollara nisbətdə rekord həddə ucuzlaşması qeydə alınıb. Ekspertlər hesab edirlər ki, bu, Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan arasındakı münaqişəyə daha fəal müdaxilə niyyətinin açıqlanması ilə bağlıdır.
Suriyadan şərh:
Yüksək rütbəli Suriya qiyamçısı Mustafa Səcəri Azərbaycana döyüşçülərin göndərilməsini təsdiqləməyib, amma deyib ki, Türkiyə Rusiyanın köməyi ilə Suriyada qiyamçıların nəzarətində olan əksər əraziləri ələ keçirən Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının “yeganə ümididir”.
“Mən istisna etmirəm ki, Türkiyə Suriya gəncləri üçün strateji seçim olacaq”, – Reuters deyib.
Rusiyada kontekst:
Suriya döyüşçülərinin Qarabağ münaqişəsinə cəlb olunması Türkiyənin Moskva ilə rəqabəti üçün artıq üçüncü hərbi əməliyyatlar teatrı yaradacaq.
Ermənistan Rusiya üçün Cənubi Qafqazda strateji müttəfiqdir, Ermənistanın Gümri şəhərində Rusiya hərbi bazası yerləşir.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Moskva vəziyyəti çox diqqətlə izləyir və münaqişə diplomatik yolla nizamlanmalıdır.
Foto REUTERS/Murad Sezer. İstanbulda Azərbaycan bayraqları ilə Azərbaycana dəstək mitinqi. Aprel, 2016
-
2020-ci il sentyabrın 28-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video
Sentyabrın 27-də səhər saat 7-da Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Həm hərbçilər, həm də dinc əhali arasında onlarla həlak olanlar və yüzlərlə yaralananlar haqda məlumat verilir.