2020-ci il oktyabrın 26 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Azərbaycanın keçmiş XİN başçısı erməni tərəfini birbaşa danışıqlara səsləyib
“Prezidentin çıxışından sonra fikirləşdim ki, vasitəçilər bizim nəyimizə lazımdır? Ermənilər yeni nəsə demək istəyirlərsə, desinlər… birbaşa”, – bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov özünün “Facebook” səhifəsində yazıb.
-
Ermənistanın baş nazirinin xanımı cəbhəyə vətənini qorumağa gedəcək.
“Sabahdan başlayaraq, 13 qadından ibarət dəstə, o cümlədən mən təlimlərə başlayacağıq. Biz bir neçə gündən sonra vətənimizin sərhədlərini qorumağa yollanacağıq. Biz düşmənə nə vətəni, nə də ləyaqətimizi güzəştə gedə bilmərik”, – Anna Akopyan Facebook-dakı səhifəsində yazıb.Oktyabrın 5-i baş nazirin oğlu Aşot Paşinyan könnüllü kimi cəbhəyə gedib. -
"Azərbaycan Qarabağ məsələsinin həllini istəmir, Azərbaycan Qarabağın təslim olmasını istəyir" - Ermənistanın baş naziri
Nikol Paşinyan Facebook-dakı səhifəsində birbaşa yayımda yaranmış vəziyyəti təsvir edib. Onun dediyinə görə, Ermənistan üçün taleyüklü an gəlib çatıb və vəziyyətin kiminsə köməkliyi ilə çözüləcəyinə ümid bəsləmək olmaz. İndi Ermənistan sakinləri üçün bir həll yolu var: ön cəbhədəki əsgərlər kimi, hər kəs öz xalqının müdafiəsinə durmalıdır.Baş nazirin sözlərinə görə, Ermənistan kompromislərə hazırdır, lakin Azərbaycan elə müharibədən əvvəl olduğu kimi, daha çox şey – yəni kapitulyasiya istəyir.“Erməni xalqı və hökumət ikitərəfli güzəştlərə (münaqişə tərəflərinin), hətta ağrılı güzəştlərə hazırdır, lakin erməni xalqı heç bir halda təslim olmağa hazır deyil. Azərbaycanı güzəştlərə meylləndirmək üçün biz ayağa qalxmalı və mübarizə aparmalıyıq”.Paşinyan ABŞ-ın Qarabağda atəşkəsin pozulmasına reaksiyasını gözləyir. Lakin o artıq Amerika tərəfinə atəşkəsə əməl olunması ilə bağlı öz şübhələrini bildirməyə imkan tapıb.“Biz, şübhəsiz ki, prezident Trampın necə reaksiya verəcəyini bilmirik, lakin gecəyarısı ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparmışam və ona birbaşa bəyan etmişəm: bu onlar üçün birinci atəşkəsdir, lakin bizim üçün artıq üçüncüdür. Odur ki, sabah nə baş verəcəyini təxminən deyə bilərəm. Böyük ehtimalla atəşkəsə riayət olunmayacaq, buna görə günahsa erməni tərəfinin boynuna qoyulacaq”. -
Qarabağda bir dinc sakin ölüb, ikisi yaralanıb - Qarabağın ombudsmeni
Azərbaycan hərbi qüvvələrinin Əsgəran rayonunun Avetaranos kəndini atəşə tutması nəticəsində dinc sakinlər zərər çəkib. Qarabağ ombudsmeninin ofisinin xəbərində deyilir ki, Azərbaycan tərəfi mülki yaşayış məntəqələrini “Smerç” yaylım atəşinin reaktiv sistemi ilə atəşə tutmağa davam edib.
-
Azərbaycan ön cəbhəyə hücum çəkməyə və dinc əhalini atəşə tutmağa davam edir – Ermənistanın Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi facebook-dakı səhifəsində yazır ki, atəşkəs haqqında növbəti razılaşmaya rəğmən, Azərbaycan hərbi qüvvələri ön cəbhədə hərbi hissələrdən biri istiqamətində hücuma keçib. Qarabağın müdafiə ordusunun bölmələri Azərbaycan hərbi qüvvələrinin hücumunu dayandırmaq və onları ilkin mövqeyə oturtmaq üçün müdafiə döyüşləri aparır.
Şuşan Stepanyan həmçinin xəbər verir ki, dinc yaşayış məntəqələrinin atəşə tutulması davam edir. O cümlədən 13:50 radələrində Martuni rayonunun Zardaraşen kəndi iqtiqamətində “Smerç” yaylım atəşi reaktiv sistemindən istifadə edilib.
-
Azərbaycan ordusu daha 18 yaşayış məntəqəsini nəzarəti altına götürdü – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev xalqa müracəti zamanı daha 18 yaşayış məntəqəsinin Azərbaycan ordusunun nəzarəti altına keçdiyini bildirib.
Həmin yaşayış məntəqələrinin siyahısı açıqlanıb:
Zəngilan rayonu: Birinci və İkinci Alıbəyli, Rabənd, Yenikənd kəndləri;
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri;
Qubadlının: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri. -
Azrərbaycan aviasiyası Qarabağda dinc əhalini bombalayır – Fövqəladə Hallar üzrə Dövlət Xidməti
Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verir ki, Azərbaycan tərəfi dinc yaşayış məntəqələrində də yeni atəşkəs rejimi razılaşmasını pozub. Xəbərə görə, “düşmən Martuni şəhəri üzərində hərbi aviasiya tətbiq edərək, humanitar atəşkəs rejimi razılaşmasını kobud şəkildə pozub”.
-
Nəzarətin dəqiq mexanizmlərini tətbiq etmək zəruridir – Ermənistanın Müdafiə Nazirliyi
Pozulmaları istisna etmək və günahkarları ifşa etmək məqsədilə Ermənistanın Müdafiə Nazirliyi yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirləri və həlak olanların cəsədlərini dəyişmək prosesinə başlamaq üçün atəşkəs rejiminə riayət olunması üzrə dəqiq mexanizmlərinin tətbiqinin mühümlüyündən danışır.
Ermənistan Müdafiə Nazirliyi yenidən təsdiqləyir ki, erməni tərəfi oktyabrın 26-sı 08:00-da qüvvəyə minmiş atəşkəs rekiminə ciddi riayət edir. Bakının guya Yerevanın razılaşmanı pozması barədə ittihamlarını burada provokasiya adlandırırlar.
-
Ermənistanın baş naziri razılaşmalara riayət olunduğunu təsdiqləyir
Nikol Paşinyan Facebook-dakı səhifəsində yazıb: “Ermənistan tərəfi Qarabağda atəşkəs rejiminin ciddi riayət olunmasına davam edir”
-
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmən bölmələrimizi atəşə tutur”
“Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.
Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Ermənistan tərəfi Azərbaycanı atəşkəsin pozulmasında günahlandırır
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Facebook-dakı səhifəsində yazıb:
“ABŞ-da humanitar məqsədlərlə nail olunmuş atəşkəs razılaşmasını kobud şəkildə pozan Azərbaycan tərəfi təxminən 8:45-də Arsaxda şimal-şərq hərbi mövqelərini artilleriya atəşinə tutub”
Bir dəqiqə sonra Şuşan Stepanyan oxşar məzmunlu ikinci xəbər dərc edib:
“Növbəti pozulma təxminən 09:10-da qeydə alınıb. Düşmən cənub-şərq istiqamətində mövqeləri hədəf alıb, həmin istiqamətə 5 artilleriya mərmisi atıb”.
-
Azərbaycan tərəfinin atəşkəsin pozulması barədə xəbərləri təkzibi
Qarabağın Müdafiə Nazirliyi bəyan edib ki, “müdafiə ordusunun bölmələri əldə olunmuş razılaşmaya ciddi riayət edir” və Azərbaycan tərəfinin ittihamlarının reallıqla heç bir əlaqəsi yoxdur. Bundan başqa, Qarabağ tərəfi ehtimal edir ki, ittihamlar gələcək provokasiyaların informasiya bazasının hazırlığı kontekstində səsləndirilib.
“ABŞ-da humanitar məqsədlərlə atəşkəs razılaşması əldə olunandan sonra, – o, oktyabrın 26-sı 08:00-da qüvvəyə minməli idi, – Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfini 08:00-dək atəşkəs rejiminin kobud şəkildə pozmaqda günahlandırmağa tələsib, lakin bir müddət sonra bu məlumatı silib. Bir neçə dəqiqə sonra Azərbaycanın Müdafiə Nazirliyi növbəti dezinformasiyanı yayaraq qeyd edib ki, erməni hərbi qüvvələri Azərbaycan mövqelərini cənub istiqamətində atəşə tutur”, – DQ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
-
“Düşmən Tərtər rayonunu atəşə tutub” - Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub”, – Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.
-
“Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu” - Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.
“Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.
-
Atəşkəsə riayət etməyə hazırıq – DQ prezidenti və Ermənistanın baş nazirinin bəyanatı DQ prezidenti Araik Arutyunyan Facebook-dakı səhifəsində yazıb:
“ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupunun iştirakı ilə əldə olunmuş, oktyabrın 10-u və 17-si Rusiya Federasiyası və Fransa Respublikasının prezidentlərinin təşəbbüsü ilə razılaşdırılmış, tərəflərin humanitar atəşkəsin həyata keçirilməsi öhdəliklərini təsdiqləyən razılaşmanı alqışlayıram.
Azərbaycan-Qarabağ münaqişəsinin tərəfi olan Arsax respublikası 2020-ci il oktyabrın 26-sı 08.00-da qüvvəyə minəcək humanitar atəşkəsin şərtlərini qarşılıqlı əsasla riayət edəcəyinə hazır olduğunu təsdiqləyir”.
Onun ardından Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-dakı səhifəsində yazıb:
“ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda dünən razılaşdırıldığı kimi, erməni tərəfi saat 8.00-dan atəşkəsə rejiminə tam əməl edəcək”.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan ordusu atəşkəs rejiminə tam riayət edir”
“Azərbaycan ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Trampın münaqişə tərəflərini təbrik etməsi
ABŞ prezidenti Donald Tramp öz tvitter-də Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycanın prezidenti İlham Əliyevi Dağlıq Qarabağda atəşkəs haqda razılaşma əldə olunması ilə bağlı təbrik edib.
“Bir çox həyat xilas olunacaq, mən öz komandamla qürur duyuram”, – Tramp yazıb.
O, ABŞ-ın dövlət katibi Mayk Pompeo, onun müavini Stiven Biqan və Ağ evin Milli Təhlükəsizlik Şurasının gördüyü işi yüksək qiymətləndirib.
-
Oktyabrın 26-da səhər hadisələrin qısa icmalı
Sentyabrın 27-si Qarabağda döyüşlər başlayandan, demək olar ki, düz bir ay.
• Sayca üçüncü, yeni atəşkəs elan olunub və ilk xəbərlərə görə, demək olar ki, dərhal pozulub. O, oktyabrın 26-sı səhər saat 8-də (yerli vaxtla) qüvvəyə minib, birgə bəyanatı bu dəfə ABŞ, Azərbaycan və Ermənistan imzalayıb. Bundan öncəki atəşkəslərə – oktyabrın 10-u və 18-i – Moskvanın vasitəçiliyi ilə nail olunub və dərhal pozulub.
• Ermənistanın baş naziri və Qarabağın prezidenti oktyabrın 25-i axşam saatlarında razılaşma elan olunduqdan sonra sosial şəbəkələrdəki səhifələrində “ABŞ-ın vasitəçiliyi ilə bağlanmış” atəşkəsi, – bu, “Rusiya və Fransa prezidentlərinin təşəbbüsü ilə razılaşdırılmış” erkən atəşkəs müqaviləsinin təsdiqi olub, – alqışlayıb.
• ABŞ prezidenti Ermənistanın baş nazirini və Azərbaycan prezidentini Qarabağda atəşin dayandırılması haqda razılaşmanın nail olunması münasibəti ilə təbrik edib və “öz komandası ilə qürur duyduğunu” yazıb.
• Sayca üçüncü, yeni atəşkəs elan olunub. O, oktyanrın 26-sı səhər saat 8-də (yerli vaxtla) qüvvəyə minib, birgə bəyanatı bu dəfə ABŞ, Azərbaycan və Ermənistan imzalayıb. Bundan öncəki iki atəşkəs – oktyabrın 10-u və 18-i – Moskvanın vasitəçiliyi ilə əldə olunub və dərhal pozulub.
• “Münaqişə dayandırılmasa, Türkiyə və Rusiya ilə birbaşa toqquşma ola bilər” – NATO-da ABŞ-ın keçmiş səfiri İvo Daalder CNN-in aparıcısının “Niyə ABŞ-ın dövlət katibi Qarabağdakı vəziyyətə şəxsən qarışmağı lazım bilib ” sualına belə cavab verib. Oktyabrın 23-ü Pompeo Vaşinqtonda Azərbaycan və Ermənistan (ayrı-ayrılıqda) xarici işlər naziri ilə görüşlər keçirib.
• Qarabağ münaqişəsi zonasında, xüsusilə cənub istiqamətində (İranla sərhədin yaxınlığında) gün boyu amansız döyüşlər davam edib. Həmçinin Azərbaycanla Ermənistan sərhədindəki döyüşlər haqda xəbərlər gəlib.
• İlham Əliyev xəbər verib ki, döyüşlərin bir ayı ərzində Azərbaycan ordusu Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan şəhərlərini və oktyabrın 25-i bir də Qubadlı şəhərini öz nəzarəti altına götürüb. Ordu həmçinin bu rayonlarda 100-ə yaxın kəndə (onlar Qarabağa birləşib və 1990-cı illərdə baş vermiş müharibədən sonra erməni hərbi qüvvələrinin nəzarətindədir) nəzarət edir.
• Fransa parlamentinin 20 deputatı Yerevana gəlib, Ermənistanın baş naziri ilə görüşüb, sonra Qarabağa gedib.
• Azərbaycanın prezidenti İlham Əliyev Amerikanın Fox news televiziya kanalına müsahibə verib və bu müsahibədə öz əsas şərtlərini təkrarlayıb: “Azərbaycan atəşin dayandırılmasını və öz torpaqlarının qaytarılmasını istəyir”.
• Rusiyalı hərbi ekspert İqor Korotçenko “pilotsuz uçuş aparatlarının müharibəsi”ni ehtimal edib.
• ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyasının rəhbəri Frenk Pallone Azərbaycanı “atəşkəs rejiminə əməl etmək və xarici döyüşçü-terrorçulardan istifadəyə son qoymağa məcbur etmək” üçün ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
-
2020-ci il oktyabrın 25 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video