“Çox pis ssenari ilə faciə arasında seçməli olduq” – Qarabağda müharibənin gedişatı haqda
Ermənistan SQ Baş Qərargahının rəisi, general-polkovnik Onik Qasparyan müraciətlə çıxış edib və Qarabağda müharibənin gedişatı hada təfərrüatları təqdim edib.
Ermənistanda noyabrın 10-da imzalanan və 45 günlük Qarabağ müharibəsini dayandıran üçtərəfli razılama ilə bağlı narazılıqlar səngimir.
Yalnız sənədi imzalayan baş nazirin yox, hərbi rəhbərliyin ünvanına da ittihamlar səslənir. Məsələn, vəziyyətin və ölkənin müdafiə qabiliyyətinin yanlış və reallıqdan uzaq dəyərləndirilməsi haqda danışılır.
Bununla əlaqədar olaraq, SQ Baş Qərargahının rəhbəri müharibəyə qədərki vəziyyət, hərbi əməliyyatların gedişatı və qərarların qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, razılaşmanın ağır şərtləri vəziyyətin dəyərləndirilməsi nəticəsində qəbul edilib – “pis ssenari və faciə arasında seçim etmək lazım gəlib”.
- Sülh razılaşması imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
- Atəşkəs imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
Müharibədən əvvəl nələr olmuşdu?
Onik Qasparyan danışıb ki, iyunun 8-də SQ Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Onun sözlərinə görə, artıq iyunun 12-də o, baş nazirə, bir neçə gündən sonra isə Təhlükəsizlik Şurasına regionda hərbi-siyasi vəziyyət və Ermənistan ordusunun imkanları haqda analiz təqdim edib.
Qasparyan analiz əsasında Ermənistanın hərbi təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə yönəlmiş təkliflər irəli sürüb. Söhbət artıq Ermənistanın rəqibinin yalnız Azərbaycan yox, həm də Türkiyə olduğundan gedir.
“Müvafiq olaraq, Ermənistan bu dövlətlərin birləşmiş həərbi potensialına qarşı effektiv qarşı dura bilməz və bütün siyasi və diplomatik potensialı müharibənin qarşısını almağa və ya heç olmasa ertələməyə yönəltmək lazımdır”, – qasparyanın müraciətində deyilir.
Bununla əlaqədar olaraq hökumət başçısı sual verib: “Müharibənin qarşısını almaq mümkün deyilsə, nə etmək olar?”
“Mən dedim ki, bizə sırınmış müharibədə biz maksimum qısa müddətdə düşməni böyüt itkilərə məruz qoymalı və əməliyyatları dayandırmağa məcbur etməliyik. Mən qeyd etmişdim ki, ehtiyatlarımızı nəzərə alaraq biz hər yolla uzunmüddətli müharibədən qaçmalıyıq. Biz reallaşdırılması bizim hərbi potensialımızı xeyli yüksəltməli olan çoxsaylı təklifləri müzakirə etdik və təsdiqlədik: bunlar silah, hərbi texnika alınması və hərbi əməliyyatların hərtərəfli təmin edilməsi ilə də əlaqədar idi”.
Qasparyanın sözlərinə görə, o zaman xalq özünümüdafiə qüvvələrinin böyük dəstələrinin yaradılması məsələsi də həll olunurdu.
Müharibənin gedişatı haqda
Müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında Onik Qasparyan Ermənistan tərəfinin itkilərini və silahlı qüvvələrinin dəyərləndirməsini təqdim edib. O xəbərdarlıq edib ki, iki-üç gündən sonra müharibənin dayandırılması üzrə tədbirlər görülməlidir, əks halda Ermənistanın hərbi ehtiyatları qısa müddətdə tükənəcək və Ermənistan tərəfi qarşısında danışıqlar prosesi üçün daha əlverişsiz şərtlər olacaq:
“Bu cür dəyərləndirmələri mən baş nazir, o cümlədən də Təhlükəsizlik Şurası ilə bütün sutka davam edən iş zamanı irəli sürmüşəm. Müharibəni müəyyən mərhələdə dayandırmaq cəhdləri və təkliflər Türkiyə azə Azırbaycan tərəfindən rədd edilib, biz hərbi əməliyyatları davam etdirməyə məcbur idik, düşməni ağır itkiyə uğratmağa və danışıqlar masasına oturmağa məcbur etməyə çalışırdıq”.
Hərbi əməliyyatları dayandırmaq qərarı haqda
Qasparyanın sözlərinə görə, çox ağır şərtlərlə razılaşma vəziyyətin hərtərəfli dəyərləndirməsindən sonra qəbul edilib. Ən ağı şərtlər və faciəvi nətiələr arasında seçimdə “çox pis ssenarini” seçmək məcburiyyətində qalıblar.
“Bu gün həyatımdakı ən pis gün idi, bu, mənim şəxsi faciəm idi. […] Amma bu qərar nəticəsində Artsaxın böyük hissəsini saxlamaq və müdafiə ordusunun əsas hərbi potensialını qorumaq mümkün olduğunu dərk etməyimiz bizim ruhdan düşməyə haqqımızın olmadını deyir. Biz birləşməli, dükəlməli və mübarizənin davamına hazırlaşmalıyıq”.
Qasparyan hesab edir ki, Baş Qərargah rəisi və qoşunların bilavasitə rəhbəri kimi o, silahlı qüvvələrin bütün uğurlarına və uğursuzluqlarına görə məsuliyyət daşıyır.