2020-ci il oktyabrın 27 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Ərdoğan Putinə zəng vurub: Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafı müzakirə olunub
Türkiyə tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutub – Kremlin rəsmi saytı məlumat verib.
“…Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafı müzakirə olunub. Rusiya tərəfindən hərbi əməliyyatların davam etməsilə, o cümlədən də hərbi toqquşmalara Yaxın Şərqdən terrorçuların getdikcə daha geniş miqyasda cəlb olunması ilə bağlı dərin narahatlıq ifadə edilib. Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərlikəri ilə əlaqələr və tezliklə atəşkəsin əldə olunması və böhranın deeskalasiyası məqsədilə atılan addımlar haqda məlumatlandırılıb”, – məlumatda deyilir.
-
Tramp atəşkəsin pozulması ilə bağlı məyusluğunu ifadə edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasından sonra Dağlıq Qarabağda eskalasiyanın davam etməsi “məyus edir”. Tərəflərin münasibətləri yoluna qoyacaqlarına dair nikbinlik ifadə etsə də, heç bir təfərrüat açıqlamayıb.
“Bəli, bunu görəndə məyus olursan”, – o, Ağ Evdə “Reuters”in reportyorlarına bildirib.
-
Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasında çıxış edib. Xalqa müraciətində o, bildirib ki, amansız, amma qəhrəmanca mübarizə gedir. Bu da erməni xalqının sındırmağın mümkün olmadığını, iradısinin sarsılmaz olduğunu göstərir. Hökumət və xalq isə heç vaxt olmadığı qədər birlikdədir.
Baş nazirin bütün nitqi bir fikri ifadə edib: Qarabağ xalqının hüquqları uğrunda mübarizə davam edəcək:
“Qarabağ müdafiə ordusunun qoyulmuş məsələlərin həlli üçün şəxsi heyəti və silahı var. Biz heç bir daxili və xarici qüvvəyə bizim azad və xoşbəxt gələcəyimizlə bağlı şübhə səpməyə imkan verməyəcəyik”.
-
Azərbaycan SQ Qarabağın yaşayış məntəqələrini atəşə tutub, üç nəfər yaralanıb – Qarabağın Fövqəladə Hallar üzrə Dövlət Xidməti
Qurumun məlumatında deyilir ki, gündüz Azərbaycan SQ Kaşataq rayonunun Berdzor şəhərini artilleriya atəşinə tutub, çox sayda dağıntı var. Günün ikinci hissəsində Martuni şəhəri hərbi aviasiya ilə bombardman edilib. Mülki infrastruktura, ictimai və iqtisadi obyektlərə zərbə endirilib. Burada insan itkisi olmayıb, amma böyük maddi ziyan dəyib. “Martuni rayonunun Nnqi kəndi “Smerç” yaylım atəşli raket sistemi ilə atəşə tutulub. Kasset bombalarla hücum nəticəsində üç qadın yaralanıb. Bir ev tam dağılıb, icmanın digər evləri və infrastrukturu müxtəlif dərəcədə zədələnib”, – məlumatda deyilir.
-
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Bərdə rayonunun atəşə tutulması haqda bəyanatını təkzib edib
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, Azərbaycan tərəfinin Ermənistan ərazisindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması haqda bəyanatı həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır:
“Nə Ermənistan SQ, nə də Qarabağ SQ bu istiqamətə raket atmayıb”.
-
“Türkiyə qələbə üçün daha çox çəki sifariş verməli olan ştanqıya bənzəyir” – yerevandan şərh
Lragir.am nəşrinin siyasi şərhçisi Akop Badalyan Facebook səhifəsində yazıb:
“Ərdoğanın Birləşmiş Ştatların [Türkiyənin Amerika sanksiyalarından qorxmadığı haqda] və Fransanın [prezident Makronu təhqir etməsi] ünvanına sonuncu təkəbbürlü bəyanatlarını qüdrətdən daha çox gücsüzlük kimi dəyərləndirmək tərəfdarıyam.
Ümumilikdə Türkiyə qələbə üçün daha çox çəki sifariş verməli olan ştanqçıya bənzəyir. Hər yeni çəkidə imkanlarının nə qədər azaldığını dərk edir. Amma artıq dayanmaq şansı yoxdur, çünki iddialardan imtina yarışlarda ən pis yerlə nəticələnməyəcək, oyundan çıxmasına gətirib çıxaracaq.
Bu mərhələdə Ərdoğan Türkiyəsi, əlbəttə ki, hamı üçün çox təhlükəli olur, amma özü üçün də az təhlükəli olmur. Üstəlik Rusiya da “partlayış” gözləntili vəziyyətə dözməyə çalışır. Hamı Türkiyənin nə zaman “partlayacağını” gözləyir, o vaxta qədər isə ondan maksimum almağa çalışırlar.
Ermənistan indi təhlükəlilik baxımından mümkün qədər uzun müddətə və maksimum möhkəm və siyasi arenada Türkiyədən əsasən bir-birinə qarşı istifadə etmək istəyənlərlə çevik olmalıdır”.
-
Azərbaycanda 17 erməni əsir saxlanılır – Ermənistanın İstintaq Komitəsi
Daha iki hərbçi ilə bağlı məlumat dəqiqləşdirilir – Ermənistan İK Kriminoloji İdarəsinin rəisi Rafael Vardanyan bildirib.
“Əsirlərlə bağlı təcili tədbirlərin görülməsi üçün biz Müdafiə Nazirliyi və Avropa İnsan Haqları Məhkəməsinin Ermənistan təmsilçiliyinin Əsirlər üzrə Qurumlararası Komissiyası ilə işləyirik. Söhbət onlara tibbi yardım göstərilməsi və hüquqlarının pozulmamasından gedir”.
-
Cəlal Arutunyan yaralandığına görə Dağlıq Qarabağ müdafiə naziri və Müdafiə Ordusunun baş komandanı postundan azad edilib
Prezident Araik Arutunyan müvafiq sərəncam imzalayıb. Artıq məlumdur ki, Cəlal Arutunyan ağır yaralanmayıb, bununla belə hələlik orduya Mikael Arzumanyan başçılıq edəcək. Vəzifəyə gəlişi ilə ona general-leytenant hərbi rütbəsi verilib.
Məlumdur ki, Arzumanyan artıq 22 yaşında ümumqoşun alayına başçılıq edib və Füzuli, Martakert, Əsgəran, Karvaçar uğrunda döyüşlərdə Birinci Qarabağ Müharibəsində iştirak edib.
-
Peskov Qarabağla bağlı danışıqlar prosesində Türkiyənin iştirakı barədə
İstənilən ölkənin Dağlıq Qarabağda nizamlanma prosesinə cəlb edilməsi Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır. Bunu çərşənbə günü RF prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Dağlıq Qarabağla bağlı danışıqların növbəti mərhələsinə daha çox cəlb oluna bilərmi – sualına cavab verərkən vurğulayıb.
“Burada yalnız iki tərəfin fikri vacibdir, mübarizə aparan iki ölkə – Azərbaycan və Ermənistan nəzərdə tutulur. Yalnız mübarizə aparan ölkələr razılıq verə və ya nizamlama prosesində bu və ya digər ölkənin iştirakını istəyə bilər”, – Kremlin təmsilçisi deyib.
-
Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatla çıxış ediblər
“Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.
Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.
Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”, – Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında deyilir.
-
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur – Azərbaycan Müdafiə Nazirliyi
“Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
“Euronews” telekanalının çəkiliş qrupu Qarabağda az qala öz ölümünü qeydə alacaqdı
Tank əleyhinə idarə olunan raket maşından azca aralı keçib. Partlayış arxada baş verib və avtomobili azca zədələyib.
-
Azərbaycan Ermənistanın sərhəd məntəqələrini atəşə tutmaqda davam edir – Ermənistan Müdafiə Nazirliyi
Bundan əvvəl bildirilib ki, Azərbaycan artilleriyası və pilotsuz uçuş aparatları İranla sərhədin yaxınlığında Ermənistanın sərhəd zastavaların mövqelərini atəşə tutub.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır”
“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Azərbaycan parlamentinin deputatı Türkiyənin F-16 qırıcılarının rolu barədə
“Sinqapurun qurucusu Li Kuan Yu xatırələrində yazıb ki, dövlətinin müstəqilliyini qorumaq üçün Britaniyadan hərbi dəstək istəmişdi. Britaniya imtina edib, çünki başı dərin maliyyə böhranına qarışmış olub. Sonra Li Kuan Yu dəstəyi ABŞ-dan istəyib. ABŞ rəhbərliyi də dəstək verməyə razılaşmayıb. Amma Li Kuan Yu israr edib və sonda dəstəyi ala bilib. Necə? Li Kuan Yu ABŞ rəhbərliyini böyük hərbi gücə ehtiyacın olmayacağına inandıra bilib. O, deyib ki, ABŞ bircə gəmisini göndərərsə və o gəmi Sinqapur limanında lövbər salarsa, yetərli olar. Elə də oldu. Uzun illər ərzində cəmi bir ABŞ gəmisi Sinqapur müstəqilliyinin təminatçısı ola bildi.
Ölkəmizdəki Türkiyə F16-larının rolu da odur. Prezident İlham Əliyev xalqa (26 oktyabr) müraciətində bunu aydın bildirdi. Eşq!” – bunu özünün “Facebook” səhifəsində Azərbaycan parlamentinin deputatı Erkin Qədirli yazıb.
-
Döyüş əməliyyatları cəbhənin üç istiqamətində davam edib – Azərbaycan Müdafiə Nazirliyi
“Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Gecə münaqişə zonasında gərginlik olub, döyüşlər davam edir - Qarabağ Müdafiə Nazirliyi
Axşamdan Azərbaycan SQ pilotsuz uçuş aparatlarından fəal istifadə edib, cəbhənin bəzi yerlərində artilleriya döyüşləri davam edib. Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, dinc yaşayış məntəqələri, o cümlədən, Martuni və Martakert şəhərləri, həm də Əsgəran rayonunun kəndləri atəşə tutulur.
Hazırda cəbhənin bəzi istiqamətlərində lokal döyüşlər gedir.
-
ABŞ-ın vasitəçiliyi ilə atəşkəsin elan edilməsi ilə bağlı səylər uğursuz oldu – Ermənistanın baş naziri
Bu haqda Nikol Paşinyan özünün Twitter–dəki mikrobloqunda oktyabrın 26-da gecəyə yaxın yazıb. O əlavə edib ki, “Azərbaycan tərəfindən dayanmayan atəş nəticəsində dinc sakinlər qətlə yetirilib və yaralanıb”.
Erməni baş naziri özünün yazısında daha əvvəl münaqişə tərəflərinin oktyabrın 26-da elan olunan humanitar atəşkəs rejiminə riayət etdiyini bildirən ABŞ prezidenti Donald Trampı qeyd edib.
I would like to state that the efforts of the international community, this time brokered by the #UnitedStates, to establish a ceasefire, have failed. As a result of continuous shelling by Azerbaijan, civilians were killed and wounded in #Artsakh today.@realDonaldTrump
— Nikol Pashinyan (@NikolPashinyan) October 26, 2020
-
Oktyabrın 27-si səhərə olan hadisələrin qısa icmalı
Oktyabrın 27-də döyüşlər başlayandan bir ay.
• Oktyabrın 26-da səhər saat 8-də atəşkəsin pozulması haqqında üçüncü razılaşma qüvvəyə minib və dərhal da pozulub. Tərəflər bir daha əvvəlki cəhdlərdə olduğu kimi (10 və 18 oktyabrda), bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.
• Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı Qarabağdakı yaşayış məntəqələrini “Smerç” yaylım atəşi sistemlərinin istifadəsi ilə atəşə tutmaqda ittiham edib.
• Azərbaycan ordusu Ermənistanın cənub sərhədlərinə, Sünik regionuna yaxınlaşıb, Ermənistan Müdafiə Nazirliyi bu haqda xəbər verir və bildirir ki, “vəziyyət nəzarət altındadı”.
• Azərbaycan prezidenti bildirib ki, Azərbaycan ordusu Qarabağ münaqişəsi zonasında daha 18 yaşayış məntəqəsini öz nəzarəti altına götürüb.
• Ermənistan Müdafiə Nazirliyi bildirib ki, atəşkəsə (növbəti razılaşma oktyabrın 26-da əldə edilib) riayət olunmasının dəqiq mexanizmlərini tətbiq etmək lazımdı.
• “Moskva Qarabağda hərbi həllə qarşıdır və bütün xarici oyunçuları hərbi ssenarini işə salmaqdan çəkinməyə çağırır”, – Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
• “Erməni xalqı və hökuməti ikitərəfəli [münaqişə tərəflərinin] güzəştlərə, hətta ağrılı güzəştlərə hazırdır, amma erməni xalqı heç bir halda təslim olmağa hazır deyil. Azərbaycan isə Qarabağ məsələsinin həllinə hazır deyil, o, Qarabağın təslim olmasını istəyir”, – Nikol Paşinyan özünün Facebook səhifəsində canlı efirdə deyib.
• Ermənistan baş nazirinin xanımı bildirib ki, “Vətənimizin sərhədlərini qorumaq” üçün cəbhəyə yola düşür.
-
2020-ci il oktyabrın 26 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video