Atəşkəs imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan və Qarabağ uğrunda Azərbaycan və Ermənistan arasında 45 günlük müharibəni dayandıran üçtərəfli razılaşma nələri əks etdirir?
Razılaşmanın əsas maddələri
• Ermənistan və Azərbaycan razılaşma imzalanana qədər olduqları mövqelərdə dayanırlar.
• Dağlıq Qarabağda təmas xətti boyunca Rusiya sülhməramlıları dayanacaq – 1960 hərbçi. Onlar orada beş il qalacaqlar, tərəflərdən biri onların qalmasından imtina etmək istəməsə, bu müddət avtomatik olaraq eyni qədər uzadıla bilər.
• Ermənistanın qoşunlarını çıxarmalı və Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycanın nəzarətinə verməli olduğu qrafik razılaşdırılıb: noyabrın 15-ə qədər Kəlbəcər eayonu, noyabrın 20-ə qədər Ağdam rayonu, dekabrın 1-ə qədər Laçın rayonu.
• Məcburi köçkünlər Dağlıq Qarabağ və ətraf rayonların ərazisinə qayıdır, bu proses BMT-nin nəzarəti altında həyata keçirilir.
• Tərəflər hərbi əsirləri dəyişməlidirlər.
• Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Əlaqələrə Rusiya FTX-nın Sərhəd Xidməti nəzarət edəcək.
- “Bugün biz mümkün olanının maksimumunu aldıq”: Bakıdan şərh
- Şərh: Ermənistanın baş naziri Paşinyanı kim əvəz edəcək?
- “Bütün bunlara görə mən şəxsən məsuliyyət daşıyıram” – Ermənistanın baş naziri Qarabağdakı vəziyyət haqda
Razılaşma yekunlarına görə Ermənistan və Azərbaycan nə əldə etdi?
Azərbaycan:
• Dağlıq Qarabağ ətrafında bütün rayonları alır.
• Dağlıq Qarabağın bir neçə rayonunu alır – amma paytaxt Xankəndi/Stepanakert və razılaşma imzalanana qədər Ermənistan silahlı qüvvələrinin nəzarətində olan rayonlar, o cümlədən də Martuni və Mardakert şəhərləri üzərində nəzarəti əldə edə bilmir.
• Ermənistanın İranla cənub sərhədi boyunca Naxçıvan Muxtar Respublikası (Azərbaycanın tərkibində) və materik Azərbaycanı birləşdirən quru dəhlizi əldə edir.
• Azərbayacn ordusu Dağlıq Qarabağ ətrafında və razılaşma imzalanana qədər Dağlıq Qarabağda tutduğu rayonlarda – o cümlədən də strateji vacib Şuşa şəhərində qalır. Bununla belə Ermənistan tərəfi bu əraziləri tam tərk etməlidir.
Ermənistan:
• Qarabağ və Ermənistan arasında 5 kilometr enində nəqliyyat dəhlizi əldə edir və bu dəhliz ən azı 5 il müddətində Rusiya sülhməramlıları tərəfindən qorunacaq.
• Ölkənin cənubunda Naxçıvan və Azərbaycan arasındakı nəqliyyat dəhlizinin keçəcəyi sərhəd ərazisi üzərində formal suverenliyini saxlayır. Dəhlizin təhlükəsizliyini Rusiya təmin edəcək.
Türkiyə:
• Müasir tarixdə ilk dəfədir ki, Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən Azərbaycanla quru dəhlizi əldə edir.
Müharibənin nəticələrinə görə Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının xəritəsi. Bənövşəyi rəng – Azərbaycana təhvil verilməmiş ərazilərdir və onların aqibətinin necə olacağı hələlik məlum deyil (növbəti fəsil bu haqda olacaq).
Aydın olmayanlar
Tərəflərin rəsmi səviyyədə müəyyən etməli olduğu, hələliksə, ekspertlərin spekulyasiya və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən əsas məqamlar:
Qarabağla Ermənistan arasında əlaqə
İndiyə qədər yol Şuşa şəhərindən keçən Laçın dəhlizi idi. Razılaşmada deyilir ki, Ermənistana Şuşadan artıq keçid olmayacaq və yaxın üç il ərzində şəhərin yanından keçən yol inşa edilməlidir və həmin yola da Rusiya sülhməramlıları nəzarət edəcək. Bu yol inşa edilənə qədər necə olacaq – bu suala cavab yoxdur.
Qarabağda Türkiyə sülhməramlıları olacaqmı?
kremlin.ru saytında dərc olunan razılaşmanın mətnində Rusiya sülhməramlıları haqda deyilir. Rusiya XİN rəhbəri Sergey Lavrov və Vladimir Putinin mətbuat katibi Dmitri Peskov də bunu təsdiqləyib.
Amma Azərbaycan prezidenti İlham Əliyev bildirir ki, Türkiyə sülhməramlıları Qarabağ ərazisində olacaq.
Azərbaycan prezidentinin rəsmi saytında Əliyevlə Putinin söhbətinin videosu yayılıb, orada Azərbaycan prezidenti açıq şəkildə “Rusiya və Türkiyənin birgə sülhməramlı missiyası” haqda danışır – Putin tərəfdən də etiraz səslənmir.
Ermənistandan İrana yol və Naxçıvan Muxtar Respublikası ilə materik Azərbaycan arasında dəhliz
Bura kiçiç sahədir və belə alınır ki, indi orada iki istiqamətə hərəkət olacaq – Ermənistandan İrana və Naxçıvandan Azərbaycanın əsas hissəsinə. Ermənistan və İran arasında yeganə keçid məntəqəsi – Aqarak-Norduz isə Naxçıvanın cəmi bir neçə kilometrliyində yerləşir.
“Naxçıvan dəhlizi” üçün yeni yol tikiləcəkmi? Razılaşmada bu haqda heç nə yoxdur.
Əgər burada mövcud yoldan istifadə olunacaqsa, bu, İran da daxil olmaqla bütün tərəflər üçün gərginlik mənbəyinə çevriləcək.
Bu xəritədə ağ qırıq-qırıq xəttlə Naxçıvan Muxtar Respublikasından (Türkiyə ilə sərhəddə) Azərbaycanın əsas hissəsinə quru nəqliyyat dəhlizi göstərilib. Xəritədə boz rənglə Ermənistanın sıx iqtisadi əlaqələri olan İran ərazisi qeyd olunub.
Qarabağda hansı inzibati adlar və kimin dövlət rəmzləri olacaq?
- Dağlıq Qarabağda şəhərllər necə adlandırılacaq: Xankəndi, yoxsa Stepanakert, Xocavənd, yoxsa Martuni və sairə?
- Qarabağda inzibati binaların üzərində hansı ölkənin bayraqları dalğalanacaq?
- Orada hansı valyutadan istifadə olunacaq?
- Şəhər və kəndlərin rəhbərləri kim olacaq?
- Orada yaşayan insanlar hansı ölkənin vətəndaşları olacaqlar?
Bu suallara çətin ki, yaxın zamanda cavab tapılsın.
• “İkinci Qarabağ müharibəsi”. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qqədər Qarabağ münaqişə zonasında Azərbaycan və Ermənistan orduları arasında zirehli texnika, artilleriya və dronlardan istifadə etməklə gərgin döyüşlər gedib. Hər iki tərəfdən hərbçilər və dinc sakinlər arasında minlərlə insan həlak olub. bu müddət ərzində üç dəfə – 10, 18 və 26 oktyabrda atəşkəs imzalanıb, amma hər dəfə dərhal pozulub. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli razılaşmadan sonra müharibə dayanıb.
• Qarabağ müharibəsi 1991-1994-cü illər. Ermənistan və Azərbaycan arasında 199101994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonların ərazisində davam edib.
1994-cü il də imzalanan atəşkəsdən 2020-ci ilin noyabrına qədər Dağlıq Qarabağ Respublikası Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcud olub. Azərbaycan əhalisi bu ərazini tərk edib və orada etnik ermənilər yaşaylb. Azərbaycan həmişə Dağlıq Qarabağ və ətraf rayonları müharibə nəticəsində işğal edilmiş əraziləri hesab edib və qaytarılmasını tələb edib.
Münaqişənin nizamlanması haqda beynəlxalq vasitəçiliklə danışıqlar bu illər ərzində nəticə verməyib.
Bundan əvvəlki genişmiqyaslı hərbi əməliyyatlar – “aprel müharibəsi” və ya “dörd günlük müharibə” 2016-cı ilin aprelində baş verib. Nəticədə hər iki tərəfdən onlarla insan həlak olub.