Qarabağda “aprel müharibəsi”nin beşinci ili. Bu nəyi dəyişdi? Bakı və Yerevandan ekspertlər
Qarabağda “dörd günlük” və ya “aprel” müharibəsinin beşinci ildönümü oldu. 2-5 aprel 2016-cı ildə 1994-cü ildə atəşkəs imzalanan andan Qarabağda qoşunların təmas xəttində ən geniş miqyaslı və qanlı toqquşma yaşandı. Atəşkəs rejimi haqda razılaşma Rusiyanın vasitəçiliyi ilə əldə edilib.
Həmin döyüşlər nəticəsində bir neçə yaşayış məntəqəsi və strateji yüksəklikdən ibarət ümumilikdə 20 kvadrat-kilomertlik ərazi Azərbaycanın nəzarəti altına keçib. Rəsmi məlumata əsasən, dörd gün ərzində hər iki tərəfdən 200 nəfərdən çox həlak olub.
2020-ci ilin payızında azı altı min insanın həyatına son qoyan qanlı ikinci Qarabağ müharibəsindən sonra həmin hadisələr ayrı bir anlam qazandı. “Aprel müharibəsi”nin anlamı nə idi, nəyi dəyişdi və ya nələri müəyyən etdi? JAMnews bu sualları Bakı və Yerevandakı ekspertlərə verib.
Azərbaycan
Şahin Cəfərli, politoloq:
“2016-cı ilin aprelindəki hərbi əməliyyatlar zamanı olan şəraitlə 2020-ci ilin payızını müqayisə etsək, dünyadakı geosiyasi vəziyyətə xüsusi diqqət yetrimək lazımdır. 2016-cı ildə Rusiya Azərbaycan ordusunun əks-hücumunu çox tez dayandırdı, çünki Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi Kremlin planlarına daxil deyildi.
2020-ci ildə vəziyyət kəskin dəyişdi. Rusiya Azərbaycana öz beynəlxalq səviyyəfdə tanınmış ərazilərini azad etməyə “icazə verdi”, mahiyyət etibarilə 44 gün müddətində susdu və nəticədə öz silahlı qüvvələrini ölkəmizə qaytardı.
Bununla da Kreml sadəcə beynəlxalq miqyasda hadisələri qabaqladı. Hamıya aydın idi ki, ABŞ-da prezident seçkilərində Co Bayden böyük ehtimalla qalib olacaq. ABŞ Qafqazda bu istiqamətdə qətiyyətli addımlar atana qədər Putinə regionda öz mövqelərini möhkəmləndirmək lazım idi.
- İkinci Qarabağ müharibəsi “razılaşdırılmışdı”? – Bakıdan şərh
- Rusiya Qarabağda nəyə nail olmağa çalışır? – Bakıdan şərh
Diqqət yetirmək lazımdır – Rusiya həmişə belə addımları ABŞ-da prezident seçkiləri ərəfəsində atır. Geosiyasi mübarizə gedir. 2008-ci ildə Gürcüstan məsələsində də eyni şey oldu.
Həmçinin 2020-ci ildə Türkiyənin rolunu da vurğulamaq lazımdır, 2016-cı ildə bu olmamışdı. Ötən payızda qardaş ölkənin siyasi dəstəyi Azərbaycan ordusuna az kömək etmədi.
2016-cı ildəki hərbi əməliyyatlar və 2020-ci il müharibəsinin qarşılıqlı əlaqəsinə gəlincə, birinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan ilk dəfə öz ordusunun gücünü hiss etdi. Həm ölkə rəhbərliyi, həm də ordu öz gücünə inandı ki, bu da azadedici müharibə üçün çox böyük əhəmiyyət kəsb edir”.
Asəf Quliyev, siyasi şərhçi:
“Hesab edirəm ki, 2016-cı il müharibəsinin əsas nəticəsi Ermənistanda “Qarabağ klanının” mövqelərinin sarsılması idi. Ermənistanda da, Dağlıq Qarabağda da Azərbaycandan revanş cəhdi gözləyirdilər. Ermənistan cəmiyyəti anlayırdı ki, bu, nə vaxtsa baş verməlidir.
2016-cı ilə qədər Azərbaycanın hərbi ritorikası sadəcə Ermənistan hakimiyyətində “Qarabağ klanının” mövqelərinin möhkəmlənməsinə gətirib çıxarırdı. Cəmiyyət hesab edirdi ki, məhz bu insanlar Azərbaycanın revanşından müdafiə edə bilər. Belə mif mövcud idi.
Amma 2016-cı il bunu dağıtdı. Bütün bunlar 2018-ci il inqilabına gətirib çıxardı.
- Azərbaycanlılar Xocalıya və ya ermənilər Hadruta necə qayıtsın?
- Ermənistan-Azərbaycan: “Yeni-köhnə sərhəd”, niyə onun müəyyən edilməsi bu qədər problemlidir?
Niyə 2016-cı ildə Azərbaycanın hücum əməliyyatları Rusiyanın bilavasitə iştirakı ilə dayandırılmışdı? Cavab sadədir. 2016-cı ildə Rusiya ona sadiq olan “Qarabağ klanının” kiçik taktiki məğlubiyyətinə imkan verdi, amma strateji məğlubiyyətini istəmədi. Rusiya Sarqsyan rəhbərliyində maraqlı idi.
2020-ci ild isə Paşinyan Kremlin maraqlarına çox da cavab vermirdi. 2020-ci ilin iyulunda Ermənistan və Azərbaycan sərhədində gərginliyin eskalasiyası Ermənistanda siyasi dəyişikliklərə gətirib çıxarmadı. Odur ki, Rusiya 2020-ci ilin payızında Azərbaycanın əks-hücumuna “göz yummaq” qərarına gəldi.
Əgər Paşinyan müharibə zamanı istefa versəydi, Rusiya hərbi əməliyyatları istənilən mərhələdə dayandıra bilərdi. Amma Ermənistanın baş naziri sonuna qədər qaldı, Rusiya isə sadəcə münaqişə zonasına öz silahlı qüvvələrini yeritdi.
Paradoksal vəziyyət yarandı: Rusiya Qarabağda silahlı qüvvələrini yerləşdirəndən sonra Paşinyanın mövqeyini müdafiə etməyə başladı. Çünki xaos – Paşinyanın tez istefasının mümkün nəticəsi – Rusiya maraqlarına qətiyyən cavab vermirdi. Bununla da Rusiya Ermənistanı Azərbaycana təzyiq rıçaqı kimi itirə bilərdi”.
Bakıda Azərbaycan ordusuna dəstək yürüşü. 8 aprel, 2016
Ermənistan
Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan
“Aprel müharibəsindən sonra Ermənistan tərəfinin məğlub olduğu haqda müzakirə getdi. Amma indi, 2020-ci il payış müharibəsindən sonra aydındır ki, məğlubiyyət nədir və necə olur.
Bundan başqa, indi aydın oldu ki, aprel müharibəsi Azərbaycan tərəfi üçün döyüş kəşfiyyatı, Ermənistan ordusunun müdafiə qabiliyyətinin yoxlanılması idi.
Ermənistan tərəfi üçün bu, iki nöqtədə lokal əməliyyat idi: cənubda (Lələtəpə) və şimalda (Talış). Bunu müharibə adlandırmaq olmazdı, bu, lokal toqquşma və döyüş kəşfiyyatı, böyük eskalasiya idi.
Əsl müharibə 2020-ci ildə oldu. Azərbaycanın 2020-ci ildə qarşısına qoyduğu hədəflər də 2016-cı ildə yox idi. Buna görə də Ermənistan tərəfi bunun qarşısını uğurla ala bildi.
2016-cı il aprel müharibəsindən sonra aydın oldu ki, növbəti müharibədə dronlar böyük rol oynayacaq. İndi də görünür ki, həmin müharibədə çox dərslər çıxarılmamışdı.
Əlbəttə, aralarında “Millət-ordu”nun da olduğu bəzi proqramlar qismən başlayıb, HHM və raket də daxil olmaqla yeni silah növləri alınıb. Amma Ermənistan tərəfi bu proqramları çatdırıb həyata keçirə bilməyib, bu da 2020-ci il müharibəsinin bu cür nəticələnməsinə səbəb oldu.
Daha geniş miqyaslı müharibəyə daha ciddi hazırlaşmağa kompleks səbəblər mane oldu.
- Birincisi, düşünürdülər ki, həmişə belə olacaq, azərbaycanlıların istənilən təzyiqinə tab gətirə biləcəyik.
- İkincisi, düşünürdülər ki, siyasi yolla məsələni uzun müddət uzatmaq mümkün olacaq. Amma məlum oldu ki, siyasi amillər işləməyə də bilər.
- Üçüncüsü, müharibə aparmağın yeni standartları kifayət qədər dəyərləndirilməmişdi. Bu standartlar isə çox yenidir, bu gün dünyada özünü necə aparacağını bilənlər çox azdır.
- Müharibənin nəticəsinə hava daşıyıcılarının, o cümlədən də bahalı raketlərin qiymətinin kəskin ucuzlaşması da təsir etdi. Əvvəllər bahalı təyyarələr vardı, onlar müəyyən növ müharibəyə gətirib çıxarırdı. Amma belə təyyarələr minlərlə olmur, onların sayı məhdud olur.
- İndi isə onları pilotsuz uçan aparatlar əvəz edib. Artıq pilota pul xəcləmək lazım deyil, elə dronların özləri də təyyarələrlə müqayisədə çox ucuzdur və onları çox sayda almaq mümkündür.
- Müharibənin yükununa təsir edən başqa bir vacib amil Türkiyənin iştirakı idi, hansı ki, bu müharibədə Azərbaycana kifayət qədər birbaşa kömək etdi.
- Bəzi siyasi amillər, məsələn, Amerikada seçkilər, Breksit və Avropada ümumi idarəçilik böhranı, Rusiyada Şimal axını ilə əlaqədar Ukrayna və Belarus böhranı, bütün dünyada koronavirus, o cümlədən də Türkiyə-NATO münasibətləri də öz rolunu oynadı.
Yəni səbəblər çoxtərkiblidir. Bura Ermənistanın özündəki daxili siyasi böhranı da əlavə etmək olar”.
Hayk Xaçikyan, hərbi ekspert
“2020-ci il müharibəsindən sonra əminliklə demək olar ki, aprel müharibəsi daha böyük müharibənin başlanğıcı idi. Ermənistanda da aprel müharibəsindən sonra anlayırdılar ki, rəqib bununla kifayətlənməyəcək.
Aprel müharibəsi öz miqyasına görə 2020-ci il payız müharibəsi ilə müqayisədə daha kiçik miqyaslı idi. Amma aprel müharibəsindən sonra Azərbaycanın hərbi rəhbərliyi öz addımlarını korrektə etdi.
Məsələn, 2016-cı ildə Azərbaycan “zərbə yumruğu” kimi Ermənistan postlarına hücum edən xüsusi təyinatlı hissələrindən istifadə edirdi. O zaman onların xüsusi təyinatlıları uğursuzluğa uğradı və bu hissələr böyük itkilər verdi, onların arasında yüksək rütbəli zabitlər də vardı.
Bu dəfə Azərbaycan Ermənistan postlarına hücum və cəbhənin yarılması üçün xüsusi təyinatılardan imtina etdi. Bunun əvəzində onlar zirehli tank hissələrindən istifadə etdilər. Artıq cəbhə, xüsusən də cənubda yarılanda, o zaman artıq xüsusi təyinatlılar gəldi və öz qələbələrinə ciddi töhfə verdilər.
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
- Jirayr Liparityan: Niyə Ermənistan Qarabağ uğrunda müharibəni uduzdu?
Aprel müharibəsindən sonra artıq aydın idi ki, növbəti müharibədə dronlar xüsusi rol oynayacaq. Üstəlik həmin vaxt sphbət Bayraktarlardan getmirdi, çünki o vaxt həmin dronların böyük hərbi təcrübəsi yox idi və onları dəyərləndirmək çətin idi.
Demək olmaz ki, Ermənistan tərəfi bu istiqamətdə heç nə eləməyib. OSA və TOR zenit raket sistemlərinin alınması ilə bağlı müqavilə bağlanmışdı. Yeri kəlmişkən, TOR-lar özlərini yaxşı göstərdilər, amma onların lazımi sayda olub-olmadığı bağqa məsələdir.
Bundan başqa, aprel müharibəsi zamanı kamikadze PUA-lar istifadə olunurdu, 2020-ci ilin payızında isə hücum dronları istifadə olunurdu”.
Yerevanda 2016-cı il aprelin 10-da 2-5 aprel hərbi əməliyyatlarında həlak olanların xatirəsinə, o cümlədən də yaralılara və onnların ailələrinə, itkin düşənlərin doğmalarına dəstək məqsədilə keçirilən “Susqun yürüş”.