Qarabağ: Moskva və Vaşinqton da daxil olmaqla, hamı öz mövqeyini bəyan edib. Tezislər
Qarabağda başlayan müharibənin 18-ci günü Azərbaycan və Ermənistanın liderləri, Qarabağın prezidenti, Rusiyanın XİN-i və noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi münaqişənin həlli barədə proqram bəyanat verib.
Rusiya və ABŞ Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr-ölkələridir. Minsk qrupu 1992-ci ildən Qarabağ münaqişəsində danışıq prosesinin vasitəçisi rolunda çıxış edir.
Azərbaycanın prezidenti İlham Əliyev, Haber Türk televiziya kanalı
• “Azərbaycanlılar və ermənilər Qarabağda birgə dinc yaşaya bilərlər”. “Danışıqlar yalnız Madrid prinsipləri əsasında mümkündür”.
• “Bu prinsiplər işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını möhkəmləndirir”.
• “Danışıqlarda təkcə Ermənistan və Azərbaycan iştirak edəcək”, “Türkiyə danışıqlar prposesinə cəlb olunmalıdır”.
Ermənistanın baş naziri Nikol Paşinyan, xalqa müraciət
• “Beynəlxalq qüvvələr və təşkilatlar baş verənlərə reaksiya vermir, hesab edir ki, “sülhün bərqərar olması üçün ərazilər” formulu qəbul ediləcək”.
• “Bu, 1938-ci ilin Münhen sözləşməsinə bənzəyir, o zaman da guya sülhü bərqərar etmək üçün Çexoslovakiyanın ərazisi Almaniyaya verilmişdi”.
• “Dünya bu dəfə Kiçik Asiyada yeni Hitlerin peyda olmasına imkan verəcəkmi?”
Ermənistanın prezidenti Armen Sarqsyan Bild alman nəşrinə
• “Ermənistan sülh danışıqları prosesini pozmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımırdı”;
• “Türkiyə prezidentinə təsir etmək və Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün münaqişəyə üçüncü, dördüncü tərəflər cəlb olunmalıdır”.
Qarabağın prezidenti Araik Arutyunyan
• Qarabağın prezidenti bəyan edib ki, “Azərbaycanın silahlı qüvvələri atəşkəsi pozub və daha güclü zərbələr endirməyə başlayıb. Düşmən hansısa sahələrdə cəbhə xəttini yara və içəri girə bilib”.
• O, “hər kəsi fiziki olaraq vətənin müdafiəsinə” çağırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov rusiyalı jurnalistlərə
• Qarabağda sülhməramlılar və müşahidəçilər;
• 1990-cı illərin əvvəllərində baş vermiş müharibədən sonra Qarabağ hakimiyyətinin nəzarətində olan rayonların Azərbaycana qaytarılması;
• Qarabağ əhalisi (erməni) üçün təhlükəsizliyə zəmanət.
Co Bayden, 2002-ci il noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi
Co Baydenin rəsmi saytında bəyanatı:
• Bu eskalasiya dövründə Trampın administrasiyası son dərəcə passivdir. Sentyabrın 27-də hərbi əməliyyatlar başlayan andan bölgənin alovlanmasına rəğmən, nə prezident Tramp, nə də dövlət katibi Pompeo bir dəfə də olsun Ermənistan və Azərbaycanın liderlərinə zəng vurmayıb.
• ABŞ administrasiyası diplomatik səlahiyyətini Moskvaya yönəltmək əvəzinə özü bizim avropalı partnyorlarla işləməklə fəal iştirak etməli və tərəfləri danışıqlara qaytarmalıdır.
• Trampın administrasiyası Azərbaycana deməlidir ki, onun bu münaqişənin həllinə hərbi çözüm sırımaq cəhdinə dözməyəcək.
• Trampın administrasiyası Ermənistana başa salmalıdır ki, Dağlıq Qarabağın əhatəsində olan rayonlar sonsuzadək işğal altında ola bilməz.
• Nəhayət, o, Ankaranın nazı ilə oynamağa son qoyub, Türkiyə və İrana deməlidir ki, onlar bu münaqişədən uzaq dursun.
• Türkiyənin Azərbaycanı silahla təchiz etməsi və hərbi çözümü dəstəkləyən döyüş ritorikası məsuliyyətsiz addımlardır.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.