Qarabağ münaqişəsində dezinformasiya: Ermənistan mediasının analizi, Azərbaycandan baxış
Ermənistanda Qarabağ münaqişəsi və Azərbaycanla bağlı feyk-xəbərlər
Ermənistan mediasında Qarabağ münaqişəsi və Azərbaycanla bağlı yayılan dezinformasiyaların analizi. Tədqiqat Şahin Rzayev, Aliyə Haqverdi və Emil Abbasov tərəfindən aparılıb, Bakı, Azərbaycan.
Ermənistanlı müəllifin apardığı analoji tədqiqatı buradan oxumaq mümkündür
Tədqiqat haqda
1990-cı illərin əvvəllərində hərbi fazası başlayandan etibarən Ermənistan-Azərbaycan münaqişəsi dezinformasiya yaradılması və yayılmasının da daxil olduğu informasiya müharibəsi ilə müşayiət olunması ilə fərqlənir. Hər iki tərəf bu proseslərə cəlb olunub və olunur, baxmayaraq ki, onların istifadə etdikləri konkret alətlər və kampaniyalar müxtəlifdir.
Bu tədqiqatın məqsədi feyk məlumatların kütləvi xarakter daşıdığı bir şəraitdə informasiyaların yoxlanılması metodlarını təklif etməkdir. Yerevandakı və Bakıdakı tədqiqatçılar fakt-çekinqin müxtəlif metodlarından istifadə edib və dezinformasiyanın bu və ya digər elementlərini daşıyan bir sıra tirajlanan informasiyanı nəzərdən keçirib.
Nümunə olaraq üç ciddi hərbi gərginləşmə: 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində eskalasiya; 2020-ci ilin iyulunda Ermənistan və Azərbaycan arasındakı sərhəddə eskalasiya; 27 sentyabr – 10 noyabr 2020-ci il ikinci Qarabağ müharibəsi ilə bağlı keys götürülüb.
Bütün hallarda, xüsusən də 2020-ci ilin payızında ciddi silahlı toqquşmalar baş verib və hər iki tərəfdən çox sayda itkiyə səbəb olub. Bütün bu hadisələr intensiv informasiya müharibəsi ilə müşayiət olunub.
Tədqiqat göstərir ki, gərgin döyüşlər zamanı feyk xəbərlər dövlətin təbliğat maşını tərəfindən bilərəkdən yaradılıb. Həmçinin çox vaxt onların müəllifləri peşəsini təşviqatçılıqla səhv salan jurnalistlər olub. Dezinformasiyanın mənbəyini dəqiq müəyyən etməyin çətin olduğu və bunun sadəcə “xətlərin qarışmasının” nəticəsi olduğu hallar da olur.
Hazırda feyk xəbərlərin yayılmasının əsas yolları sosial şəbəkələrdir. Amma manipulyativ materialın aşkara çıxarılması üçün köməyi də çox vaxt elə məhz burada tapmaq olur. Tədqiqatçı burada çox vaxt lazımı mənbələri, fotolar və video-materiallar tapa bilər. Bu cür kömək tədqiqatçının istifadə etdiyi çox sayda texniki vasitələrə önəmli əlavə olur.
Bu tədqiqat zamanı mətnlərin, foto və videomaterialların tanınması metodlarından istifadə olunub ki, bu da çox vacibdir, çünki müasir feyk xəbərlərəsasən multimedia xarakteri daşıyır.
Bir çox ekspertlər 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsini informasiya məkanında təbliğat hücumlarının miqyasına görə misilsiz hesab edirlər. Feyk xəbərlər o qədər çox sayda yayılıb ki, onları həqiqi hərbi xəbərlərdən ayırmaq çətin olub.
Bakı və Yerevandan olan müəlliflərin hazırladıqları tədqiqatlarda müəlliflərin seçdikləri terminologiya və toponimikadan istifadə olunur.
Azərbaycandan baxış
Tarixçə
Qarabağ müharibəsi – 1991-1994-cü illərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonların ərazisində azərbaycanlılarla ermənilər arasındabaş vermiş silahlı münaqişədir. Müharibə atəşkəs imalanması ilə başa çatıb, amma atışma vaxtaşırı davam edib.
Həmin müharibənin nəticələrinə görə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf yeddi rayonun ərazisi Ermənistan qüvvələrinin nəzarəti altına keçib. Azərbaycan əhalisi həmin əraziləri tərk etmək məcburiyyətində qalıb .
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yerində yaradılan Dağlıq Qarabağ Respublikası (DQR) Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayıb. Beynəlxalq vasitəçiliklə münaqişənin nizamlanması haqda aparılan danışıqlar heç bir nəticə verməyib.
1990-cı illərin əvvəllərində yaşanan olaylardan sonra ilk genişmiqyaslı hərbi əməliyyatlar 2-6 aprel 2016-cı ildə baş verib və tarixə “aprel müharibəsi” və ya “dörd günlük müharibə” adı ilə daxil olub. Toqquşma Qarabağ münaqişəsi zonasında təmas xəttində yaşanıb.
2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib.
2020-ci il 27 sentyabr-10 noyabr tammiqyaslı hərbi əməliyyatlar tarixə “ikinci Qarabağ müharibəsi” kimi daxil olub. Bu müddət ərzində hər iki tərəfdən ən azı səkkiz min nəfər həlak olub, məqalə dərc olunan ana qədər itkin düşənlərin axtarışı davam edir.
Hərbi əməliyyatların dayandırılması haqda razılaşmaya əsas maddələr olaraq aşağıdakıları əhatə edir: Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun nəzarətinin Azərbaycana qaytarılması; regionda Rusiya sülhməramlılarının yerləşdirilməsi и вывод армянских военных; əsirlərin dəyişdirilməsi və qaçqınların qayıtması.
1980-ci illərin sonlarında Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin ən başından, Qarabağda muxtar vilayətin Ermənistana birləşməsi tələbilə mitinqlərin keçirildiyi haqda xəbərlər gəlməyə başlayandan həqiqəti şayiədən ayırmaq çətin idi.
1988-ci ilin yanvarında Bakı və Sumqayıtda Ermənistan necə dəhşətli şəraitdə qovulduqlarını danışan insanlar ortaya çıxırdı (əsasən də Qafan rayonunun adı çəkilirdi).
Bu hekayələr bütün münaqişələr üçün standart olan uşaqların boruların içinə qaynaqlanması və hamilə qadınların qarınlarının yarılması dəhşətləri ilə müşayiət olunurdu. 1988-ci ilin fevralında, Sumqayıt talanlarından beş gün əvvəl Ağdamdan Əskərana yürüş zamanı iki azərbaycanlının qətlə yetirilməsi də ən müxtəlif dəhşətli təfərrüatlarla dildən-dilə gəlməyə başlamışdı.
Bakıda millətçi əhval-ruhiyyəni yatırmaq mümkün olsa da, Sumqayıtda bu əhval 27-29 fevral 1988-ci ildə qanlı talana səbəb oldu. Sumqayıt qırğını haqda informasiya bütün dünyaya yayıldı, yenə də çox vaxt saxta təfərrüatlarla.
Münaqişənin “qaynar fazasının” başlaması ilə feyk xəbərlərin sayı (o zaman hələ anca “dezinformasiya” terminindən istifadə olunurdu) da xeyli artdı, onları təsdiqləmək və ya təkzib etmək daha da çətinləşdi.
Qeyd eləmək lazımdır ki, qaynar zamanlarda Azərbaycan və Ermənistan KİV-i arasında informasiya mübadiləsi həyata keçirilirdi. Azərbaycanın “Turan” və “Xəbər-servis” informasiya agentlikləri Ermənistanın “Snark” və “Noyan Tapan” agentlikləri ilə məlumat mübadiləsi aparırdı.
Atəşkəs haqda razılaşma əldə edildikdən sonra isə bu təşəbbüsə digər nəşrlər də qoşuldular. Jurnalistlərin əməkdaşlığının ən uğurlu nümunələrindən biri İsveçrənin CIMERA təşkilatının layihəsi (1997-2000) olub. Layihə çərçivəsində azərbaycanlı jurnalistlər Ermənistana və Dağlıq Qarabağa, erməni jurnalistlər isə Bakıya səfər edib.
O zaman Azərbaycan rəhbərliyi bu cür birgə layihələrə mane olmurdu.
Məsələn, o zamankı prezident Heydər Əliyev Bakıda ermənistanlı və gürcüstanlı jurnalistlərlə görüşdə (1999-cu il iyunun əvvəli) deyib:
“Jurnalistlərin bu cür mübadiləyə başlaması bizim strateji məqsədimizə xidmət edir. Mən buna jurnalistərin hansısa görüşü kimi yox, bizim Qafqazda sülhün bərqərar olması üçün həyata keçirməli olduğumuz tədbirlər zəncirinin halqasıdır” (“Bakinskiy raboçiy” qəzeti, 3 iyun 1999-cu il).
Heydər Əliyevin ölümündən sonra Azərbaycan rəhbərliyinin mövqeyi xeyli sərtləşib. Jurnalistlərin qarşılıqlı səfərləri demək olar ki, dayandırılıb və ya onların proqramları və məhsulları ciddi senzuraya məruz qalmağa başlayıb.
2014-cü ildən başlayaraq Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiq artmağa başlayıb. Müstəqil QHT-lərin demək olar ki, bütün maliyyə mənbələri kəsilib. Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin (hazırda nüfuzunu itirib) xaricdən maliyyələşən QHT-ləri “Azərbaycamda stabilliyi pozmaqla vəzifələndirilmiş beşinci kolon” adlandırdığı 18 səhifəlik məqaləsi demək olar ki, bütün hökumətyönlü nəşrlərin hamısında dərc olunub.
Hakimiyyət sadəcə Rusiya təcrübəsini tətbiq edir və Ukraynadakı Maydan hadisələrinin Azərbaycanda təkrarlanmasından ehtiyatlanırdı. O zamandan bəri qrant almaq üçün QHT-nin rəsmi qeydiyyatdan keçməsindən başqa qrantın da Vergilər Nazirliyində qeydiyyatdan keçirilməsi, QHT-nin baş ofisi başqa ölkədədirsə, əlavə olaraq Xarici İşlər Nazirliyində qeydiyyatdan keçməsi lazımdır. Prosedurun həyata keçirilməsi demək olar ki, mümkünsüzdür.
O zamandan bəri bir QHT-in çoxu fəaliyyətini dayandırmaq, bəzən isə hətta bağlanmaq məcburiyyətində qalıb. Əsasən hökumətə loyal GONGO-lar meydanda qalıb.
Bu durum Azərbaycanda peşəkar səviyyədə fakt-çekinqlə məşğul olan təşkilatların demək olar ki, olmamasının səbəbidir, bu da tədqiqatımız üçün əlavə çətinliklər yaradır.
Media ilə bağlı vəziyyət də oxşardır. Ölkədə azad reklam bazarı yoxdur və bir çox nəşrlər açıq (Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondundan) və ya gizli (saxta kommersiya firmaları vasitəsilə) maliyyələşərək ayaqda qalır. Hər iki halda maliyyə mənbəyi hökumətdir və təbii ki, əvəzində loyallıq tələb olunur. Bu tələblərə cavab verməyən KİV-lər və saytlar ya bloklanır, ya da bağlanır.
Elə həmin vaxt sosial şəbəkələrin və yeni medianın artması “informasiya müharibəsi” taktikasına ciddi dəyişikliklər gətirib.
Cəbhə xəttində hər yeni gərginlik şaiyələrlə müşayiət olunurdu. Müdafiə Nazirliyinin icazəsi olmadan müstəqil jurnalistlərin cəbhə xəttinə səfərləri qadağan edilib, odur ki, yerindəcə faktların yoxlanılması mümkün deyil.
Bütün bunlar ona gətirib çıxardı ki, çox vaxt Azərbaycan KİV-i informasiyanı Ermənistan mənbələrindən götürməli olur. İndiyə qədər Azərbaycan agentlikləri Ermənistan məmurlarının Twitter və Facebook səhifələrindəki paylaşımlarına istinad edirlər, hökumət strukturlarının mətbuat xidmətləri isə hadisələrə çox ləng reaksiya verirlər (XİN-in mətbuat xidməti istisna olmaqla).
İnformasiya və bir-birinə zidd xəbərlərin yoxlanması imkanlarının çatışmazlığı Qarabağda 2016-cı il aprel gərginləşməsi zamanı xüsusilə özünü göstərdi.
O zaman sosial şəbəklərdə ermənilərlə azərbaycanlılar arasında mübahisənin əsas mövzularından biri “atışmanı birinci kimin başlatdığı” sualı idi. Hakimiyyət də, səbhəyanı kəndlərin sakinləri də bir ağızdan rəqibi günahlandırırdı.
Azərbaycan və Ermənistan arasında informasiya müharibəsi
Ermənistanda Qarabağ münaqişəsi və Azərbaycanla bağlı feyk-xəbərlər
1991-1994-cü illərdə yaşanan hərbi əməliyyatlardan sonra Azərbaycanın tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın nəzarətinə keçəndən sonra Ermənistan və Azərbaycan düşmən ölkələrə çevriliblər.
Ölkələr isə gərgin informasiya müharibəsi aparır.
Ermənistanın və Azərbaycanın informasiya strategiyaları arasında əsas fərq hər şeydən əvvəl onların beynəlxalq auditoriyaya necə xitab etmələrindən ibarətdir.
Ermənistan öz imicini və mövqelərini gücləndirməyə çalışır ki, Qarabağ məsələsində də beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanına sahib olsun. Soyqırım yaşamış kiçik, amma sivil xristian dövləti obrazını güclü diaspora bütün ölkədə möhkəmləndirir.
Azərbaycan bir çox şəhərlərdə müvafiq bilbordlar və tədbirlərlə müşayiət olunan “Xocalı üçün ədalət” kampaniyası kimi bilavasitə Ermənistana qarşı yönəlmiş bahalı informasiya kampaniyalarına üstünlük bverir.
Eyni prinsiplə xarici auditoriyaya yönəlmiş Azərbaycan təbliğatının mesajları çox vaxt Ermənistana “cavab vermək” cəhdidir.
Daxili auditoriyaya gəlincə, burada hakimiyyət “düşmənə” qarşı nifrəti öz bacarıqsızlığı ilə müqayisə olunacaq vasitələrlə qızışdırırlar. Bircə fərqlə, Ermənistan hakimiyyəti daha müasir metodlardan, məsələn, sosial şəbəkələrdəki paylaşımlardan istifadə edir.
Feyklərin xarakteri və mövzusu
Təmas xəttində (ya da 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı sərhəddə) gərginləşmə zamanı tərəflərin “atışdığı” əsas informasiya kütləsi xüsusi uydurulmuş və ya dəyişdirilmiş faktlar yox, daha çox mövcud faktlarınöz xeyrinə interpretasiyası olub.
Həmçinin adətən düşmənin məkli, hiyləgər və amansız, eyni zamanda miskin və zəif olduğunu sübut edən çox sayda siyasi “analitika” dərc edilir.
Məsələn, 2020-ci ilin iyununda Ermənistan-Azərbaycan sərhədində qarşıdurmanın başlaması haqda erməni saytlarından biri yazır:
“Ola bilər ki, Azərbaycan hərbçiləri alkoqol və narkotik maddələrin təsiri altında yollarını azıblar”.
Müvafiq olaraq feyk xəbərlər aşağıdakılardan bəhs edir:
1. Düşmənin gizlətdiyi itkiləri haqda – məsələn, daha sonra əttraflı söz açacağımız vurulmuş Azərbaycan dronu haqda.
2. Öz hərbi uğurları haqda.
3. Düşmənin qeyri-insani və əxlaqsız davranışı – düşmən ordusunda öz əsgərləri ilə necə dəhşətli davranıldığı haqda feyklər və sairə.
4. Düşmənin hiyləgər planları – məsələn, cəhbə xəttində şübhəli hazırlıqlar və ya dövlət strukturlarının daxili yazışması.
Feyk mənbləri
Gərginləşmələr zamanı bütün səviyyələrdə – sosial şəbəkələrdə “özfəaliyyətdən” tutmuş rəsmi məlumatlara qədər feyklər ortaya çıxırdı. Çox vaxt bunlar xüsusi olaraq “düşmən” adından feyk informasiyaların yayılması üçün yaradılmış saytlar və ya sosial şəbəkələrdəki akkauntlar ola bilir.
Bəzən xaricdən, məsələn, Rusiya mənbələrindən götürülmüş feyk xəbərlər də mediada və sosial şəbəkələrdə yayılır.
Ümumilikdə Azərbaycanda və Ermənistanda dövlət təbliğatı və sosial şəbəkələr eskalasiya dövrlərində birlikdə işləməyə başlayır. Amma Azərbaycada da, Ermənistanda da dövlət strukturları adətən rəsmən vətəndaşları sosial şəbəkələrdə “milli təhlükəsizlik məqsədilə” özfəaliyyətlə məşğul olmamağa çağırır, bir növ informasiya müharibəsində təşəbbüs üzərində inhisar yaratmağa çalışır
Sosial şəbəkələr vasitəsilə yayılan xüsusi yaradılmış “rəsmi” təbliğat feyklərinə gəlincə, Azərbaycanda bu, Ermənistanla müqayisədə nadir haldır.
Feyk nümunələri
2016-cı ildən 2020-ci ilə qədər Qarabağ münaqişəsi zamanı saxta xəbər nümunələrini nəzərdən keçirək və analiz edək.
2020-ci ilin iyulunda Azərbaycanın vurulmuş Hermes-900 dronu
Ermənistanda Qarabağ münaqişəsi və Azərbaycanla bağlı feyk-xəbərlər
Qarabağ münaqişəsinin 2016-cı ildən 2020-ci ilə qədər olan dövründə bir neçə saxta xəbər nümunəsini nəzərdən keçirək və analiz edək.
2020-ci ilin iyulunda guya vurulan Azərbaycana məxsus “Hermes-900” dronu
“Ermənistan Respublikası Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın “Elbit Hermes 900” pilotsuz uçan obyektinin vurulması videosunu dərc edib”.
Xəbər 2020-ci il iyulun 14-də, Azərbaycan və Ermənistan sərhədində gərginlik başlayandan iki gün sonra yayılıb.
Bu xəbər guya dronun vurulmasını əks etdirən video ilə birlikdə bütün Ermənistan mediasında yayılıb. Amma açıq-aşkar görünür ki, əslində kamera sərnişin təyyarəsini qeyd edib.
Saytlar MN-in keçmiş mərbuat katibi Artsrun Hovannisyanın sözlərinə istinad edib.
Ermənistanın Müdafiə Nazirliyinin saytında da vurulmuş dron haqda məlumat paylaşılıb.
“Azərbaycanlılar panika işində cəbhə xəttindəki kəndləri tərk edirlər” (iyul, 2020)
Bu haqda Ermənistan KİV-i iyul gərginliyi zamanı, 2020-ci il iyulun 19-da yazıb:
“TolishMedia-nın Tovuzdan verdiyi məlumata görə, Ermənistanla sərhəddə yerləşən Azərbaycan kəndlərində təşviş və xaos hökm sürür”.
Amma mənbəyə diqqət yetirsək, bu, Azərbaycanda bloklanmış özünü talış milli azlığnın mediası kimi təqdim edən kəskin müxalif saytdır. Şəklin mənbəyi isə hökumətə loyal olan oxu.az saytıdır ki, bu nəşr heç vaxt hətta baş versə belə, sakinlərin təşviş içində qaçmasını çəkməzdi.
Daha sonra elə həmin oxu.az saytının bildirdiyinə görə, kənd sakinləri heç yana qaçmır, Azərbaycan hərbçilərini salamlamaq üçün qəsəbənin girişində toplaşıblar. Fotoda ancaq kişilərin olması da bu versiyanı təsdqiləyir.
Əgər erməni jurnalistlər qarşılarına belə bir vəzifə qoysaydılar və azərbaycanlı jurnalistlər əməkdaşlığa razı olsaydılar, bir telefon zəngilə asanlıqla sərhədyanı kəndlərdə nə baş verdiyini öyrənə bilərdilər.
“Azərbaycan MN Baş Qərargah rəisi Nəcməddin Sadıqovun məktubu” (2017-ci il)
2017-ci ilin əvvəlində Ermənistan KİV-də guya Azərbaycanın MN Baş Qərərgah rəisi Nəcməddin Sadıqovun müdafiə naziri Zakir Həsənovun adına yazdığı, əməliyyat (söhbət 2016-cı il aprel müharibəsindən gedir) qurbanlarının sayını gizlətməyi, meyitləri gecə ilə basdırmağı və ailələrinə susmaları üçün 5000 manat kompensasiya ödəməyi təklif etdiyi məktubun foto-surətini yayıb.
Məktubun mətnində 17 orfoqrafik səhv var.
“Rəsmi” məktubun “blankında” Müdafiə Nazirliyinin rəsmi loqotipinin yerinə “Azərbaycan Silahlı Qüvvələri” adlı Vikipediya səhifəsindəki məqalədən götürülmüş emblem yerləşdirilib.
Müdafiə qurumunundaxili yazışmasında rəsmi blanklardan istifadə təcrübə edilmir – onlardan ancaq beynəlxalq yazışmalarda istifadə olunur.
Göründüyünə görə, bu feyk daxili auditoriya üçün hazırlanıb, çünki onun ifşa olunması üçün Azərbaycan dilini bilmək yetərlidir.
Daha bir panika içində qaçış – Rusiuadan idxal edilmiş feyk (aprel, 2016
2016-cı il aprel gərginliyi zamanı Rusiya jurnalistlərinin Azərbaycanda çəkdiyi bu video-süjetdə müxbir bildirir ki, Tərtər rayonunun sakinləri atışmadan qorxur, şəhərin çıxışında maşınlarda yaşayırlar.
Videoda isə adi avtomobil dayanacağı əks olunub. Müsahibə götürülən kişi deyir ki, həlak olanlar var və onlar dəfndən qayıdırlar. Onun səsinin üstündən orijinalla heç bir əlaqəsi olmayan diktor mətni yerləşdirilib:
“Biz burda bir neçə ailəyik, üyni küçədən olan qonşularımız. Axşama doğru maşınlar daha çox olacaq”.
Bu süjetdən sonra Life News kanalının müxbiri biabırçılıqla ölkədən qovulub, amma buna qədər Ermənistan KİV-i bu videonu artıq geniş miqyasda tirajlamağa macal tapmışdılar.
Biznesmen Aşot Qabrelyanova məxsus olan Life News 4 il mövcud oldu və 2017-ci ildə bağlandı.
Ermənistan qoşunlarının guya ələ keçirdiyi yüksəkliklər (iyul, 2020)
Xəbər 2020-ci il iyul gərginləşməsi zamanı yayılıb.
Ermənistan saytları bildiriblər ki, Ermənistan silahlı qüvvələri Qaraqaya strateji yüksəkliyini ələ keçirib. Sübut qismində guya yüksəkliyin özündən çəkilmiş foto təqdim olunub.
Amma bu fotoda tarix və koordinat qeyd olunub. Tarixdənn görünür ki, foto 2018-ci ilin dekabrında çəkilib, koordinatlardan isə bu nöqtənin onsuz da Ermənistan ərazisində yerləşdiyi bəlli olur.
Guya vurulmuş dron (iyul, 2020-ci il)
Bu foto 2020-cildə, “iyul döyüşləri” zamanı dərc olunub. Ermənistan KİV-i, o cümlədən də İctimai Radio bu fotonu Azərbaycan dronunun vurulması xəbəri kimi təqdim ediblər.
Azərbaycanın Müdafiə Nazirliyi tezliklə feyki ifşa edib və bildirib ki, bu fotodakı 2014-cü ildə Əfqanıstanda vurulan Amerika dronudur.
Əslində isə foto daha köhnədir – ilk dəfə o 2008-ci ildə flightglobal.com aviasiya və aerokosmik industriya saytında yer alıb. 2009-cu ildən ən müxtəlif ölkələrin vurulmuş dronu rolunda çıxış edir.
İkinci Qarabağ müharibəsində saxta xəbərlər axını
Qarabağda 44 günlük müharibə zamanı feyk xəbərlər o qədər çox sayda yayılmağa başladı ki, onları həqiqi hərbi xəbərlərdən ayırmaq çətin oldu.
Ermənistan tərəfindən təbliğat, o cümlədən də feyk-xəbərlər “düşməni qorxutmaqdan” daha çox daxili və beynəlxalq auditoriyaya yönəlib.
Əlbəttə ki, feyklərin əksəriyyəti cəhbə xəbərləri ilə bağlı olub: “düşmənin” itkilərinin, o cümlədən də qəddarlığının şişirdilməsi.
Bu dövrün başqa bir özəlliyi: hətta təcrübəli jurnalistlər də azərbaycanlıların qəddarlığı və amansızlığı ilə bağlı istənilən xəbərə inanmağa meyilli idilər, çünki hər iki cəmiyyət əvvəl heç zaman olmadığı dərəcədə bir-birinə qarşı nifrətlə dolmuşdu.
Xankəndidə (Stepanakert) “doğum evi” atəşə tutulub, oktyabr, 2020-ci il
Azərbaycan hərbçilərinin 2020-ci il oktyabrın sonunda Stepanakertdə (Ханкенди) Respublika Doğum Evini atəşə tutması haqda xəbər Ermənistanın sosial şəbəkələrində sürətlə yayılıb.
Mediada xəbərin təkrar dərci və sosial şəbəkələrdə şərhlər doğum evinin atəşə tutulması ilə bağlı qəzəblə dolub daşırdı, onlara dağılmış binanın şəkli də əlavə olunurdu.
“Bildirilir ki, əsas zərbə doğum evi yerləşən korpusa dəyib. Şəkillərdə tavanı və divarları uçmuş yarıdağılmış bina görünür.
Bax bu tam …dir. Orada heç bir hərbi obyekt yoxdur, oraya yaralı mülki vətəndaşları gətirirlər, oradan ağır yaralıları böyük torpağa göndərirlər”, – hərbi reportyor Aleksandr Kots özünün “Kotsnews” Telegram kanalında qəzəblə yazır.
Bütün bu fotolardan görünür ki, bura xəstəxanadır, amma o da bəllidir ki, bina təchizatsızdır. Nə mebel, nə avadanlıq, burada insanların olduğunu göstərən heç bir iz yoxdur.
Xəstəxana həqiqətən atəşə tutulub, amma bura doğum evi kimi fəaliyyət göstərməyib, çünki binanın hələ oktyabrın sonunda istismara veriləcəyi vəd olunub.
Budur, ən başda onun fotosu (2018-ci il):
Bu isə raketlə vurulandan sonrakı foto:
Soldan pilləkən boşluğuna diqqət yetirilsə, buradan görünür ki, bu, həmin binadır və tikilib qurtarmayıb.
İdmançıya medal
Serj Tankyan dünyaca məşhur rok-vokalçıdır. O, belə bir tvit paylaşıb:
“İyrəncdr! Müharibə vaxtı qoca kişinin başının kəsilməsində iştirak edən Kamil Zeynallı Azərbaycanda medalla təltif olunub”
Fucking disgusting !! https://t.co/p1WEkq9Xuk
— Serj Tankian (@serjtankian) February 7, 2021
Zartonk media ingilisdilli resursdur, erməni diasporu arasında çox populyardır (Serj da bu diasporun parlaq nümayəndələrindən biridir).
Beləliklə, xəbər iki iddiadan ibarətdir:
1. Kamil Zeynallı yaşlı adamın dəhşətli qətlində iştirak edib və bunu videoya çəkib sosial şəbəkəyə yerləşdiriblər;
2. O, buna görə təltif olunub.
Azərbaycanda cəmiyyət bu videoya aqressiv reaksiya verib – çoxları bildirirdi ki, bu feykdir, amma heç kim heç nəyi inandırıcı şəkildə sübut edə bilmədi. Bu görüntülərlə bağlı heç vaxt heç bir ad çəkilməyib.
Kamil Zeynallı fitnes məşqçisi və bir neçə televiziya şoularının iştirakçısıdır. Müharibədən əvvəl və müharibə vaxtı fəal şəkildə xeyriyyəçiliklə məşğul olub və veteranlara yardım edib. Zartonk-un istinad etdiyi medal ona Qarabağ müharibəsi veteranlarına yardımına görə qeyri-hökumət təşkilatı tərəfindən verilib.
Azərbaycanda belə bir medalın olub-olmadığını yoxlayırıq və görürük ki, rəsmi siyahıda o yoxdur.
Medalın adını google sistemində axtarışa versək, belə medalları verən təşkilatın saytını tapmaq mümkündür. Buradan aydın görünür ki, bu, dövlət strukturu deyil. Onun hətta rəsmi ünvanı da mail.ru domenindədir.
Bu xəbərdən isə belə nəticə çıxır ki, Kamil Zelnallı nəinki hakimiyyətin sevimlisi və qəhrəmanı olmayıb, hətta zaman-zaman o, gah xuliqanlığa, gah karantin qaydalarını pozduğuna görə saxlanılıb, 2020-ci il oktyabrın əvvəlində isə cəbhə zonasında çəkiliş apardığı üçün 10 sutka həbs cəzası da alıb.
Dekabrda Zeynallı Kəlbəcər rayonuna hərbçilər üçün ərzaq aparmaq istədiyinə görə saxlanılaraq 30 sutka həbs cəzası alıb. O, xüsusi icazəsi olmadan postdan keçmək istərkən saxlanılıb.
Yəni onun cəhbə xəttinə giriş-çıxışı olmayıb və orada hər hansı hərbi cinayət törətmək imkanı olmayıb.
Nə qədər qaçmaq olar? 2020-ci il
Müharibə bitməmişdən az əvvəl, noyabrın 8-də Ermənistan mediasında, o cümlədən də Telegram kanallarında belə xəbər yer alıb:
“Ermənistan ordusunun əməliyyatı nəticəsində düşmən Berdzor dağlarından qaçıb“.
Sübut qismində xəbərə Ermənistan Müdafiə Nazirliyinin videosu əlavə olunub. Oradan görünür ki, çox pis görünən insanlar identifikasiya edilməsi mümkün olmayan təpədən qaçırlar.
Teqlər üzrə Telegram-da axtarış versək və ya başlığın açar sözlərini YouTube-un axtarıç sisteminə daxil etsək, daha əvvəl yüklənmiş bu videonu tapmaq mümkündür. 8 noyabrda dərc olunan videonun köhnə videodan montaj edildiyini sübut etmək kifayətdir ki, onun feyk olduğu aydınlaşsın.
Hər iki videonu yükləyirik və müqayisə edirik.
Telegram-da yayılan videoda qaçan insanların daha yaxın kadrları əks olunub, amma 44-cü saniyədə bu kadr gəlir. Çox qısa, bir saniyədən az davam edir.
Youtube kanalındakı videoya baxaq. Çox şey üst-üstə düşür, amma bura eyni yer ola bilər. Əgər tam eyni olan üç tüstü burumu olmasaydı, belə təsadüf mümkün deyil.
Azərbaycanın 1news saytı bağlanıb? 2020-ci il
Büyün müharibə dövründə hər iki tərəfi narahhat edən mühüm məsələlərdən biri həlak olanların həqiqi sayı idi.
İki diametral əks mövqe vardı – Azərbaycan tərəfindən tam susqunluq (yüksək tərkib zabitlərinin ölümü istisna olmaqla), Ermənistanda isə hər gün yenilənən ətraflı siyahı. “Politik.am” saytıbu xəbəri dərc edib.
Bu feyk xəbər ilk növbədə daxili auditoriyaya hesablanıb. Aşağıdakı səbəblərə görə:
1. 1news saytının skrinşotu onun dizaynını təkrarlasa da, diqqətlə baxdıqda, bütün yazıların ermənicə olduğunu görmək mümkündür. Ehtimal etmək olardı ki, bunu Ermənistan tərəfi üçün “tərcümə məqsədilə” ediblər, amma “POLİTİK” saytının özü elə 1news kimi rus dilindədir. O zaman tərcümə nəyə lazımdır?
2. Hamı Azərbaycanda 1news-u tanıyır. Bu, böyük media resursudur, yeri gəlmişkən, sadəcə “Azərbaycan KİV-dən biri” deyil, tamamən dövlətin nəzarəti altındadır. Əgər bu sayt rəsmi informasiyaya zidd belə qalmaqallı məlumatlar dərc etsəydi, hətta yarım dəqiqəlik belə, xəbər dərhal ölkənin bütün digər saytlarında da yayılardı, 1news-un özü isə artıq mövcud olmazdı.
Feykdə saytın ümumiyyətlə fəaliyyət göstərmədiyi yazılsa da, Google-da “1news” və “29 sentyabr” (və “30 sentyabr”) axtarışa veririk və görürük ki, sayt həmin günlərdə fəaliyyət göstərib.
Azərbaycanın böyük ictimaiyyətinə bu feyk xəbər haqda 1news-un özünün təkzibindən sonra məlum olub.
“Biz hamımız” sayt, 2020-ci il
Bu feyk isə Azərbaycan cəmiyyətində partlayıb – Hamimiz.com saytı. Orada həlak oolan və itkin düşənlərin siyahısı yerləşdirilib.
İnsanlar bu sayta girib doğmalarını axtarmağa başlayıblar. Bəziləri isə yoxlamaq üçün təsadüfi insanlar və ya özlərini bu siyahıda axtarıblar. Məlum olub ki, orada doğrudan da “hamımız” varıq.
İnsanlar buradan öz çoxdan ölmüş qohumlarını, dostlarını və özlərini tapıblar.
Bu feykin nədərəcədə effektiv olduğu bilinmir, amma ən böyük feyklərdən biri olduğu dəqiqdir. Bu haqda hətta TV-də reportaj da hazırlayıblar.
Hərçənd, bellə bir fikir var ki, panika yaratmaqdan başqa bu feykin öz ad-soyadlarını yazmaqla vətəndaşların paylaşa biləcəyi məlumatları toplamaq məqsədi də olub.
Bununla belə indi bu sayt mövcud deyil. Amma Wayback Machine http://web.archive.org/ xidmətindən istifadə olunarsa, onu görmək mümkündür.
“Prezident İlham Əliyevin istefası tələbilə etirazlar”. Noyabr, 2020-ci il
Sosial şəbəkələrdə bu video paylaşılaraq Bakıda prezidentin istefası tələbilə mitinqlərin keçirildiyi bildirilib.
Əslində isə insanlar öz ordusunun hərbi uğurlarını qeyd etmək üçün küçələrə çıxıblar.
Bakı və Yerevandan olan müəlliflərin hazırladığı tədqiqatda onların seçdiyi terminalogiya və toponimika istifadə olunur. Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar layihə donorlarının, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər