Rusiyalı ekspert: 5 rayonu Azərbaycana qaytarmaq lazımdır, Qarabağdan ermənilərin qovulması yolverilməzdir
Paylaşmaq
Paylaşmaq
“İşğal olunmuş beş rayon [keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənardakı ərazilər — JAMnews] qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır, Bakı isə Türkiyənin dəstəyi ilə və ya bu dəstək olmadan onların qaytarılması üçün silahlı mübarizə aparmaq hüququna sahibdir. Amma Qarabağda etnik təmizləməyə yol vermək olmaz”, – rusiyalı analitik, İnnovasiya İnkişaf İnstitutunun İslam Tədqiqatları Şöbəsinin rəhbəri Kiril Semyonov Qarabağda eskalasiya haqda.
Sentyabrın 27-dən Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar davam edir. Hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında 200 nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb.
“Mən Xocalı qırğını [1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verən faciə zamanı Azərbaycan tərəfinin bildirdiyinə görə şəhərə hücum nəticəsində 600 nəfərdən çox dinc sakin öldürülüb — JAMnews] kimi hadisələrin təkrarlanması ehtimalını istisna edirəm.
Amma erməni əhalisinə münasibətdə, o cümlədən də digər soyqırım aktlarını. Çünki 92-ci ildə müharibə faktiki dəstələrlə keçirilirdi və hər iki tərəfdən döyüşçülər nizami orduya xas xüsusiyyətlərə və hərbi intizama çox da sahib deyildilər.
Həmçinin hesab edirəm ki, guya suriyalı döyüşçülərin cəza məqsədləri üçün muzlu olaraq tutulması,yuşaq desək, yüksək analitik səviyyə göstəricisi deyil və sırf Türkiyəni və Əsədin suriyalı rəqiblərini iblisləşdirmək məqsədi güdən təbliğata xidmət edir.
Amma bununla yanaşı əgər bütün Dağlıq Qarabağ hərbi əməliyyatlar nəticəsində Azərbaycan qoşunları tərəfindən geri qaytarılsa, bu, yenə də etnik təmizləməyə və bu regionun bütün erməni əhalisinin tam köçməsinə və ya qovulmasına gətirib çıxaracaq. Buna da mənim qətiyyən şübhəm yoxdur. Və buna da imkan vermək olmaz.
Buna görə də münaqişə dayandırılmalı və Dağlıq Qarabağ nizamlaması üzrə dərhal bu və ya digər qərarın yerinə yetirilməməsinə görə ciddi sanksiyaların nəzərdə ttulduğu yeni yol xəritəsinin hazırlanması üçün siqnal olmalıdır”.