Cənubi Qafqazda kim rəqabət aparır: Ermənistan və Azərbaycan, yoxsa Putin və Ərdoğan? Şərh
Rusiya və Türkiyənin ağır iqtisadi vəziyyəti və regionda liderlik uğrunda uzun zamandan bəri sürən rəqabət bu ölkələri belə kəskin xarici siyasi addımlara itələyir.
Rusiya nefti və qazı heç kimə lazım deyil: qonşular üçün bu, hansı təhlükəni yaradır?
2020-ci ilin 8 ayı ərzində Rusiya qazının və neftinin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40 və 23 faiz azalıb.
Xaricə karbohidrogen xammalının satışı Rusiya büdcəsinin əsasını təşkil edir. Büdcənin gəlir hissəsinin 60 faizə yaxını neft və qaz hesabına formalaşır.
•“Suriyaya silah çatdıran [Qərb] Qafqazda Türkiyə əsgərləri haqda danışa bilməz” – Ərdoğan
•Türkiyə və Rusiya Suriyada müharibə astanasındadır?
2020-ci ildə Rusiya nefti və qazı Səudiyyə Ərəbistanı və ABŞ-ın sıxışdırması nəticəsində Avropa bazarlarını, o cümlədən də çox mühüm olan Türkiyə bazarını itirməyə başlayıb. Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Rusiyaya rəqib olub.
Nəticədə Rusiyadan Türkiyəyə gedən qaz borusu planlaşdırılmış həcmin üçdə biri qədər işləyir.
Son xəbər – Türkiyənin ən böyük neft emalı müəssisəsi Rusiya neftini almaqdan imtina edib. Bu zavodun sahibi SOCAR-dır – Azərbaycanın Dövlət Neft Şirkəti.
Digər amillərlə – hər şeydən əvvəl Krımın ilhaqına görə artıq qüvvədə olan, həmçinin Malayziya “boinqinin” vurulmasına və Navalnının zəhərlənməsinə görə gözlənilən sanksiyalarla yanaşı neft-qaz gəlirlərinin azalması Rusiya iqtisadiyyatını fəlakət vəziyyətinə düşürür.
Putin və Ərdoğan: uzun sürən rəqabət
Rusiya və Türkiyə prezidentləri artıq bir neçə ildir ki, Yaxın Şərq və Cənubi Qafqaz da daxil olmaqla regionda liderlik uğrunda mübarizə aparır.
Bir neçə dəfə məsələ birbaşa toqquşmalar həddinə çatıb. Türkiyə HHQ Suriya-Türkiyə sərhədi yaxınlığında Rusiyanın bombardmançı təyyarəsini vurub. Rusiyalı muzdlular və Türkiyə əsgərləri Liviyada qarşıdurma tərəflərini dəstəkləyərək hərbi əməliyyatlarda iştirak edirlər.
Rusiyanın Türkiyədəki səfirinin İstanbulda qətlə yetirilməsi apofeoz oldu.
Rusiyanın iqqtisadi göstəricilərinin pisləşməsi və koronavirus pandemiyasına görə Türkiyə iqtisadiyyatının da yaşadığı çətinliklər bu uzun zamandan bəri sürən rəqabəti daha da qızışdırıb.
Mübahisəli qaz borusu
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatları daha kiçik miqyaslı olsa da, mahiyyətcə eyni olan bu ilin iyul hadisələrindən ayrı nəzərdən keçirmək mümkün deyil.
O zaman çoxları Ermənnnistan hərbçilərinin ənənəvi “qaynar” nöqtələrdən uzaq rayonda kəskin addımlar atdığına fikir vermişdi. Amma bu rayon Azərbayan və Türkiyəni birləşdirən qaz boru nəqliyyatına maksimum yaxın idi.
Görünür ki, iki ay sonra Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə göstərmək istəyir ki, onun eyhamını anlayıb və budur cavabı.
İki avtoritar liderin rəqabətinin Ermənistan və Azərbaycan xalqı üçün necə baha başa gəldiyi isə diqqətə alınmır.