Ermənistanda Qarabağ müharibəsində həlak olanların xatirəsinə matəm – yürüş, etiraz, bəyanatlar
Dekabrın 19-da Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olanların xatirəsinə üç günlük matəm başlayıb. Baş nazir hökumət üzvləri və tərəfdarlarından ibarət kifayət qədər izdihamlı cərgə ilə birlikdə çətinliklə həlak olanarın məzarlarına doğru gedə bilib.
Hərbi panteonun girişini könüllü döyüşçülər, 90-cı illərin əvvəllərində Qarabağ müharibəsində iştirak edənlər, o cümlədən də 2020-ci ilin payızındakı hərbi əməliyyatlar zamanı həlak olanların yaxınları bağlayıblar.
Onlar hesab edirlər ki, Nikol Paşinyan minlərlə insanın ölümündə, Qarabağda ərazilərin itirilməsində və Azərbaycanla kapitulyasiya razılaşmasının imzalanması ilə başa çatan son müharibədəki məğlubiyyətdə günahkardır.
Amma polis etirazçıları kənarlaşdıra bilib, baş nazir də onun tərəfdarları panteon ərazisinə keçiblər və həlak olanların xatirəsini yad ediblər. Matəmin birinci günündə baş verən toqquşmalar və səbəbləri, o cümlədən də Ermənistanın baş nazirinin anım günü ilə bağlı müraciətinin mühüm detalları haqda.
Hər şey nədən başlayıb?
Gərginlik hələ dekabrın 18-də axşam, müxalifət “Yerablur” hərbi panteonuna yürüş təşkil etdiyi zaman başlayıb.
Aksiyanı baş nazirin istefasını tələb edən Ermənistan müxalifəti təşkil edib. Amma yürüş siyasi şüarlar olmadan keçib, iştirakçılar “Yerablur” hərbi panteonuna doğru səssizcə yürüş ediblər
Məsələ burasındadır ki, baş nazir elan edib ki, matəmin birinci günü hakimiyyət paytaxtın əsas meydanından “Yerablur” hərbi panteonuna doğru “Anım yürüşü” təşkil edir.
17 müxalifət partiyası hakimiyyətdən ayrılmaq qərarı alıb və həlak olanların xatirəsini elan olunmuş matəmdən öncəki gün yad edib, öz tərəfdarları ilə birlikdə hərbi panteona doğru yürüş təşkil ediblər. Düzdür, siyasi şüarlar səsləndirmədən, müxalifət liderləri həmin gün çıxış etməyiblər.
Amma müxalif koalisiya baş naziri “əraziləri könüllü şəkildə Azərbaycana təhvil verən xain” hesab edir və noyabrın 10-da hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli razılaşma imzalanandan sonra istefasını tələb edir.
Hökumət cərgəsinin yürüşü
Dekabrın 19-da günorta saat 1-dən sonra baş nazir və onun tərəfdarlarından ibarət hökumət cərgəsi həlak olan hərbçilərin panteonuna doğru yürüşə başlayıb. Amma cərgə mənzilbaşına çatmazdan xeyli əvvəl birinci Qarabağ müharibəsinin iştirakçıları və son hərbi əməliyyatlarda həlak olanların yaxınları panteon ərazisinə girişi bağlayıbıar.
Həlk olan əsgərlərin qəzəbli valideynləri bildiriblər ki, susmaq niyyətində deyillər və Paşinyanın onların övladlarının məzarları önündən keçməsinə imkan verməyəcəklər. “Paşinyan xaindir” – onlar şüar səsləndirib və xəbərdarlıq ediblər ki, baş nazir “Yerablur” ərazisinə ancaq onların meyitləri üzərindən keçə biləcək.
Amma polislər onları kənarlaşdıra və etirazçılarla toqquşmalara və ziyan çəkənlərin olmasına baxmayaraq, baş nazirin təhlükəsiz keçişinə imkan yarada biliblər. Paşinyanın mühafizəsi baş naziri çətirlərlə qotrumaq məcburiyyətində qalıb.
Baş nazirin çıxışı
Dekabrın 19-da gündüz, yürüş başlamazdan əvvəl Nikol Paşinyan video-müraciətlə çıxış edib və bu çıxışdan bir daha aydın olub ki, o, istefaya getmək niyyətində deyil. O, artıq dəfələrlə bildirib ki, Ermənistanın siyasi gələcəyi seçki yolu ilə, yəni müxalifətin təşkil etdiyi “qiyamla” yox, xalqın iradəsini ifadə etməsi ilə həll ediləcək.
Bununla belə baş nazir baş verənlərdə öz günahını etiraf edib:
“Mən vəzifə borcum səbəbilə hər şeyə görə tam məsuliyyəti öz üzərimə götürdün. Və dedim ki, xalqımızın irəli sürdüyü istənilən hökmü qəbul edəcəm. Amma mən onu da deməyə bilmərəm ki, əgər “günah keçisi” institutu vicdanı rahatlamaq, qəzəb və kin ifadəsi üçün yaxşıdırsa, baş verənlırin dərindən anlaşılması planında faydasızdır. Gələcəyin inşası və keçmiş yolu təkrarlamamaq üçün lazım olanları”.
O, son günlərdə ən çox müzakirə olunan və Ermənistan sakinlərini narahat edən məsələ – ölkənin cənub sərhədi, Sünik vilayəti haqda da danışıb. Burada hazırda Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası həyata keçirilir.
Məsələ burasındadır ki, Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli razılaşma imzalanandan sonra Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycanın nəzarətinə keçib və bununla əlaqədar olaraq “yeni sərhəd” yaranıb.
Paşinyan izah edib ki, indiyə qədər yerli könüllü dəstələrinin qoruduğu sərhədin Sünik hissəsində hazırda sərhədçilər, o cümlədən də Rusiya sərhədçiləri yerləşdirilir. Baş nazirn sözlərinə görə, onların postları Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərində yerləşdirilir, yəni ölkənin Sünik ərazilərini təhvil verdiyini demək üçün səbəb yoxdur.
Ötən gün sakinlər burada etiraz aksiyası keçirib və hətta yolu bağlayaraq, hakimiyyətdən izahat tələb edib. Bu, dekabrın 18-də Ermənistanın müdafiə nazirinin Qafan yüksəkliklərindəki mövqelərin Azərbaycan tərəfinə təhvil veriləcəyi üçün tərk edilməsinı dair tələbi ilə bağlıdır.
Əhəmiyyətli mpvqelərin itirilməsi, Azərbaycanın hərbi postlarının isə bir kilometrdən az məsafəyə qədər yaxınlaşması Sünik sakinlərini narahat edir.