2020-ci il oktyabrın 4-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Ermənistan Müdafiə Nazirliyi Mingəçevir istiqamətində atəşi təkzib edir
Ermənistan Müdafiə Nazirliyi rəsmən məlumat verir ki, Azərbaycan rəhbərliyinin guya Ermənistan ərazisindən Mingəçevir istiqamətində raket zərbələri haqqında bəyanatları növbəti saxtalaşdırmadır.
Bu barədə özünün “Facebook” səhifəsində Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.
“Bu, növbəti saxtalaşdırmadır. Bu, Azərbaycan tərəfinin əlacsızlığının nəticəsidir”.
Qarabağ prezidentinin mətbuat katibi Vaqram Poqosyan da bildirib ki, erməni tərəfi nə Mingəçevir SES-ə, nə İES-ə, nə də şəhərə və ya su anbarına zərbə endirməyib.
-
Erməni qüvvələri Abşeron yarımadasına raket zərbələri endiriblər – prezidentin köməkçisi
“Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna raket zərbələri:
Gəncə: 4 raket + kaset mərmili Smerç. Böyüklüyünə görə 2-ci şəhər.
Xızı və Abşeron rayonu: orta məsafəli hərəsi 300 kilometrlik iki raket.
Mingəçevir: 2 raket. Su anbarı və elektrik stansiyası”, – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
Missile attacks by Armenia against Azerbaijani civilians and civil infrastructure:
1. Ganja:4+Smerch missiles with cluster ammunition. 2nd biggest city.
2. Khizi&Absheron region: Two 300 km mid range missile.
3. Mingachevir: 2 missiles. Water reservoir and Electricity plant pic.twitter.com/m4vFz5zrKw— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020
-
Dağlıq Qarabağın paytaxtı Azərbaycan SQ-nin zərbələri zamanı
Hərbi əməliyyatlar başlandığı vaxtdan Qarabağda fəaliyyət göstərən Vahid informasiya mərkəzi Stepanakertin atəşə tutulması videosunu yayımlayıb.
Ստեփանակերտի հրետակոծության կադրեր
Ստեփանակերտի հրետակոծության կադրերКадры артиллерийского обстрела Степанакерта
Posted by Armenian unified infocenter/Հայկական միասնական տեղեկատվական կենտրոն on კვირა, 04 ოქტომბერი, 2020
-
Azərbaycanın Mingəçevir şəhərinə raket zərbəsi endirilib
“Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir. Bir neçə dəqiqə bundan əvvəl Ermənistanın silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket zərbəsi endirib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası yerləşir. Məyusluğun barbarcasına ifadəsidir”, – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
Armenia's state terror against Azerbaijani civilians continues. Minutes ago Armenia's armed forces launched missile attack against #Mingachevir industrial city of Azerbaijan. Mingachevir hosts water reservoir and key electricity plant. Barbaric expression of desperation.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020
-
“Azərbaycan SQ-nin hücumları iflasa uğrayır” – Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan xəbər verir ki, Azərbaycan SQ dayanmadan münaqişə zonasında hücum cəhdləri edir, lakin hücumlar Qarabağın müdafiə ordusunun fəaliyyəti nəticəsində iflasa uğrayır:
“Qarabağ münaqişəsi zonasında bütün təmas xətti boyunca hərbi əməliyyatlar davam edir. Ən gərgin döyüşlər şimal və cənub istiqamətlərində gedir”.
Bundan əlavə, məlumat verilir ki, Stepanakertə və Şuşaya atəş və raket hücumları nəticəsində 4 dinc sakin həlak olub, 10 nəfər yaralanıb.
-
Azərbaycan ordusu Cəbrayıl rayonunun doqquz kəndini alıb – İlham Əliyev
“Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!” – prezident İlham Əliyev Twitter-də yazıb.
Ümumilikdə, İlham Əliyevin elan etdiyi Azərbaycan tərəfinə keçmiş yaşayış məntəqələrini cəmləsək, Azərbaycan ordusu 16 kəndi və bir şəhəri ələ keçirib.
Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 4, 2020
-
Ermənistanın baş naziri: “Türkiyə Avropaya gedib çıxacaq”
Nikol Paşinyan “Bild” nəşrinə müsahibəsində bildirib ki, Türkiyə ordusu bu münaqişəyə bilavasitə cəlb olunub. Əgər dünya ictimaiyyəti Qarabağdakı vəziyyətlə bağlı qəti mövqe ortaya qoymasa və baş verənləri geosiyasi cəhətdən yanlış dəyərləndirsə, o zaman “Avropa Türkiyəni gərək Vyananın qarşısında gözləsin”:
“İndi Dağlıq Qarabağ və Ermənistan bəşəriyyat cəbhəsinə çevrilib. Cənubi Qafqazda ermənilər Türkiyənin şimala, cənub-şərqə və şərqə yayılması üçün qarşısında duran yeganə maneədir. Türkiyənin imperialist siyasəti Cənubi Qafqazdan xeyli uzağa hədəflənib”.
Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağdakı hazırkı eskalasiya beynəlxalq əhəmiyyət kəsb edir, Türkiyənin addımları isə “Türkiyə imperiyasının bərpasına yönəlib”.
-
Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonundan video paylaşıb
“Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb”, – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
-
Ermənistanın Müdafiə Nazirliyi: Azərbaycan SQ-nin Cəbrayılı alması feykdir
“Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin rəsmi Twitter səhifələrində Cəbrayılın “azad edilməsi” durmadan bayram edilir, amma bu, növbəti yalandır”, – Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində yazıb.
Həmin məlumatda Şuşan Stepanyan Azərbaycan hərbçilərinin Maqadizdən qaçışını əks etdirən videonu paylaşacağını da vəd edib.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycan SQ bu kəndi alıb.
Ermənistan tərəfi bu kəndin Azərbaycan silahlı qüvvəllərinin nəzarətində olduğu haqda informasiyanı təkzib edir və buna əsas olaraq Azərbaycan hərbçilərinin bu ərazini tərk etdiklərini əks etdirən video təqdim edib:
փախուստ ՄատաղիսիցПобег из Матагиса Escape from Mataghis
Posted by Shushan Stepanyan on კვირა, 04 ოქტომბერი, 2020
Eyni zamanda bildirilir ki, Azərbaycan SQ Şuşanın və Stepanakerti bombalanmasını davam etdirir. Dinc sakinlər arasında ölənlər və yaralananlar var, onların dəqiq ssayı hələlik məlum deyil.
-
Azərbaycan ordusu Cəbrayıl şəhərini nəzarəti altına alıb - prezident İlham Əliyev
“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!” – Azərbaycan prezidenti İlham Əliyev Twitter-də yazıb.
Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 4, 2020
-
Azərbaycanda dinc əhali arasında qurbanların sayı 24 nəfərə çatıb
Azərbaycanda dinc əhali arasında qurbanların sayı 24 nəfərə çatıb – ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Daha 111 nəfər yaralanıb – məlumatda deyilir.
-
Qarabağ prezidenti sağdır, heç yaralanmayıb da – Azərbaycan mediasının xəbəri təkzib edilib
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Qarabağ prezidenti Araik Harutyunyan ağır yaralanıb. Buna qədər Azərbaycan mediasında onun həlak olduğu haqda məlumat yayılmışdı.
“Bu gün azərbaycanlılar yenə yerli və beynəlxalq mətbuatda guya Artsax Respublikasının prezidentinin yaralandığı haqda məlumat yayıblar. Hazırda prezident tam qüvvəsiylə vəzifə səlahiyyətlərini yerinə yetirir”, – prezidentin mətbuat katibi Vahram Poqosyan Facebook-da yazıb.
Oktyabrın 3-də Azərbaycan mediası Araik Harutyunyanın həlak olduğunu yazmışdı. Oktyabrın 4-də səhər prezidentin Facebook səhifəsində dərc olunan fotosu bu informasiyanın dolayı yolla təkzibi oldu. Fotoda o, ön cəbhədə Qarabağ ordusunun hərbçiləri ilə səhər qəhvəsi içir.
-
“Azərbaycan üçün dəhşətli nəticələr olacaq” – Ermənistanın müdafiə naziri
David Tonoyan bəyan edib ki, Azərbaycan SQ-in Ermənistan ərazisini artilleriya və drolarla atəşə tutmasına baxmayaraq, Ermənistan tərəfi, yəni Ermənistan ərazisindən nə artilleriya, nə raketlə Azərbaycana zərbə endirilməyib. “Hələlik”, – o vurğulayıb. Nazir həmçinin bildirib:
“Əgər Azərbaycan SQ üçün Stepanakert, Hadrut, Martuni, Mardakert və digər yaşayış məntəqələri hərbi əməliyyatlar aparmaq üçün məqbul ərazilərdirsə, o zaman müdafiə ordusunun peşəkar hərbi hissələri buna kəskin cavab verəcək. Azərbaycan üçün dəhşətli nəticələr olacaq”.
-
Dağlıq Qarabağ prezidenti Azərbaycanı “hələ ki, gec deyil, dayanmağa” çağırıb
Araik Harutyunyan bildirib ki, Qarabağ müdafiə ordusu onun əmri ilə hərbi obyektləri neytrallaşdırmaq məqsədilə Gəncəyə bir neçə raket zərbəsi endirib.
“Mən mülki əhali arasında günahsız qurbanların olmaması üçün atəşi dayandırmaq əmrini verdim. Əgər düşmən müəyyən nəticələr çıxarmasa, o zaman biz eyni ölçülü və güclü zərbələri davam etdirəcəyik, düşmən ordusunu və arxa cəhbəsini dağıdacağıq. Biz qəti qərarlıyıq. Hələ ki, gec deyil, dayanın”.
-
Merkel Putin, Makron və Trampın birgə bəyanatını dəstəkləyib
Almaniya kansleri Ermənistanın baş naziri Nikol Paşinyanla telefonda Dağlıq Qarabağdakı eskalasiyanı müzakirə edib. O vurğulayıb ki, bütün münaqişə tərəfləri dərhal döyüşləri dayandırmalı və danışıqları bərpa etməlidirlər.
Merkel ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin, yəni Rusiya, ABŞ və Fransa prezidentlərinin oktyabrın 1-də yaydıqları birgə bəyanatı dəstəkləyib. Putin, Tramp və Makron eskalasiyanı qınayıblar:
“Ermənistan və Azərbaycan rəhbərliklərini dərhal… ön şərtlər irəli sürmədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyilə nizamlamanın mahiyyəti üzrə danışıqları bərpa etməyə çağırırıq”.
Merkel də tərəfləri həlak olan hərbçilərin meyitlərini hərbi əməliyyatlar zonasından çıxarmağa imkan verəcək humanitar fasilə ilə bağlı razılığa gəlməyə səsləyib.
-
Gəncədə dinc sakin həlak olub, dörd nəfər yaralanıb
Gəncə şəhərinin artilleriya zərbəsinə məruz qalması nəticəsində dinc sakin həlak olub, dörd nəfər yaralanıb – AzTV dövlət televiziyası xəbər verib.
Əziz Əliyev küçəsi atəş altında qalıb, uçan binaların dağıntıları altında qalan insanların çıxarılması üçün xilasetmə işləri aparılır.
-
Ermənistanın zərbəsindən sonra Gəncədən video yayılıb
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də Ermənistan SQ-in raket zərbəsinə məruz qalan Gəncədən video paylaşıb.
Results of Armenia's massive missile attacks against dense residential areas in Ganja city. Azerbaijan retains its right to take adequate measures against legitimate military targets to defend civilians and enforce Armenia to peace. 4 new missile just hit Ganja. pic.twitter.com/GInYCJyJc6
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020
-
Atəşə tutulandan sonra Dağlıq Qarabağın paytaxtından görüntülər
Qarabağın müdafiə ordusu Stepanakertin atəşə tutulmasının nəticələrini əks etdirən video yayıb.
Azərbaycan ordusu tərəfindən dinc yaşayış məntəqələrinin atəşə tutulmasından sonra Qarabağ prezidentinin mətbuat katibi Vahram Poqosyan Ermənistan tərəfinin cavab addımları haqda məlumat verib:
“Gəncədəki hərbi aeroport havaya uçurulub. Birinci”.
-
Azərbaycanda dinc sakinlər arasında ölənlərin sayı 22 nəfərə çatıb
Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan Azərbaycanda artilleriya atəşi nəticəsində 22 dinc sakin həlak olub, 74 nəfər yaralanıb – ölkənin Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, 49 mülki obyekt və 248 ev yararsız vəziyyətə düşüb.
-
Qarabağ prezidenti xəbərdarlıq edir: “Azərbaycan SQ-nin böyük hərbi obyektləri hədəfdədir”
Araik Harutunyan Azərbaycam əhalisini mümkün itkilərə yol verməmək üçün bu şəhərləri tərk etməyə çağırıb:
“Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın terrprçu ordusunun hədəfi Stepanakertin dinc əhalisi olaraq qalır, onlara qarşı “Polonez” və “Smerç” sistemlərindən istifadə olunur. Bundan sonra Azərbaycanın böyük şəhərlərində yerləşən böyük hərbi obyektləri müdafiə ordusunun hədəfidir”.
NK prezidenti növbəti dəfə vurğulayıb ki, baş verənlərə görə bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşıyır
-
Gəncə atəş altındadır – Azərbaycanın Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın önəminə görə ikinci şəhəri Gəncə düşmən atəşi altındadır.
Təfərrüatlar haqda bildirilmir.
-
“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmışıq və tanımışıq”, - İranın prezident administrasiyasının rəhbəri
İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan işğalının sona çatması isə regionda stabilliyin qarantı olacaq – İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib.
O, həmçinin vurğulayıb ki, Tehran Azərbaycanı qardaş və dost ölkə, yaxşı qonşu hesab edir:
“İranın Azərbaycanla bağlı mövqeyi həmişə açıq və şəffaf olub. Biz həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət etmişik və tanımışıq. İnanırıq ki, işğalın başa çatması regionda stabilliyi təmin edəcək”, – Vaezi deyib.
-
Azərbaycanın yaşayış məntəqələri intensiv atəşə tutulur – Müdafiə Nazirliyi
“Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur”, – Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.
Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”, – məlumatda deyilir.
-
4 oktyabr səhər hadisələrin qısa icmalı
Qarabağda hərbi əməliyyatların səkkizinci günü başlayıb
• Ermənistan tərəfdən həlak olan hərbçilərin sayı 200 nəfəri keçib, yaralıların sayı haqda məlumat verilmir. Azərbaycan tərəfdən nə qədər hərbçinin həlak olduğu bəlli deyil. Yalnız dinc sakinlər arasında qurbanlar haqda məlumat verilir: 19 nəfər həlak olub, 63 nəfər yaralanıb. Hərbçilər arasında həlak olanlara dair yeganə informasiya sentyabrın 27-də “Xəzər” tədqiqat mərkəzinin yaydığı siyahıdır: bu siyahıda 11 nəfərin adı var. Ekspertlər artıq səkkizinci gündür davam edən döyüşlərin intensivliyini nəzərə alaraq çox sayda hərbçinin həlak oldunu ehtimal edirlər.
• Azərbaycan bəyan edib ki, ordusu Cəbrayıl və Füzuli rayonlarının (Dağlıq Qarabağ ətrafında yerləşir 1990-cı illərin əvvələrində Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır) yeddi kəndində nəzarəti bərpa edib.
• Azərbaycan hərbçiləri oktyabrın 3-də Qarabağda Madagiz kəndində nəzarəti bərpa edərək orada dövlət bayrağını qaldırıblar. Prezident İlham Əliyev bildirib ki, kəndə tarixi adı qaytarılıb – Suqovuşan.
• Qarabağ prezidenti Araik Harutunyan cəhbəyə yollanıb və hərbi əməliyyatları “müqəddəs müharibə” adlandırıb.
• Dağlıq Qarabağ XİN-i beynəxalq aləmi “sakinlərin yaşamaq və dinc inkişaf haqlarının təmin olunması üçün” respublikanın müstəqilliyini tanımağa çağırıb.
• Ermənistan parlamentinin nümayəndə heyəti spiker Ararat Mirzoyanın rəhbərliyi ilə təcili Qarabağa yollanıb.
• Ermənistanın xüsusi xidmət orqanları Türkiyədən olan muzdlu döyüşçülərin Azərbaycan tərəfində hərbi əməliyyatlarda iştirakına dair materiallar dərc edib. Bu döyüşçülərin arasındakı danışıqları əks etdirdiyi iddia olunan səs yazısının və əldə olan sübutların yer aldığı video yayılıb.
• Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan proqram bəyanatlarla çıxış ediblər.
• İlham Əliyev eyni zamanda hərbi əməliyyatların dayandırılması və danışıqların başlanması üçün öz şərtlərini açıqlayıb: bütün erməni hərbçilər Qarabağı və Azərbaycanın ətraf rayonlarını razılaşdırılmış qrafik üzrə tərk etməlidir.
• Nikol Paşinyan yenidən “Azərbaycanın presedentsiz təcavüzü” haqda bəyan edib və “Ermənistan və Qarabağın hər bir sakinini özünü qələbəyə həsr etməyə” çağırıb. “Qələbə, yalnız qələtə və qəti qələbə – bizim nəticədə gözlədiyimiz budur!” – Paşinyan müraciətini bu sözlərlə bitirib.
• Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, atəşkəs elan olunmasına və danışıqların bərpasına çağırıb. Əliyev eskalasiyaya görə bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyub.
• ATƏT-in Minsk Qrupu həmsədrləri (Qarabağ münaqişəsində danışıqlar prosesinin əsas vasitəçisi) həlak olan hərbçilərin meyitlərinin döyüş meydanından çıxarılması üçün humanitar atəşkəsə çağırıb.
• “Mənim tələblərim beynəlxalq hüquqa tam müvafiqdir” – İlham Əliyev
• Ermənistanın baş nazirinin müraciəti. O nə deyib və ondan nə gözlənilirdi?
-
2020-ci il oktyabrın 3-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video