Qarabağda hərbi əməliyyatlar zamanı zərər çəkənlərə yardım – Ermənistan hökumətindən
Qarabağda hərbi əməliyyatlar zamanı zərər çəkən vətəndaşlar Ermənistan hökumətindən birdəfəlik maddi yardım alacaqlar. Həlak olanların ailələrinə və əlil olan hərbçilərə ödənəcək maddi yardımın həcmi artıq müəyyənləşib.
Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyanın sözlərinə görə, həlak olanların ailələrinə 5 milyon dram (10 min dollara yaxın), əlil olan hərbçilərə isə birinci, ikinci, üçüncü qrup olmasından asılı olaraq müvafiq qaydada 3, 2 və 1 milyon dram (6, 4, 2 min dollar) ödənəcək.
- Ödənişsiz kommunal xidmətlər, Avropa İttifaqının yardımı və Ermənistan hökumətinin müavinəti – qarabağlılara yardım
- Putin KTMT hərbi blokuna daxil olan ölkələri Ermənistanın baş nazirini dəstəkləməyə çağırıb
Bundan başqa, Ermənistanın sərhəd kəndlərinin müharibə zamanı evləri zədələnən sakinlərinə təmir üçün pul veriləcək. Belə evlərin ümumi sayı 75 ədəddir. Onların böyük hissəsi Sünik vilayətinin kəndlərində, az hissəsi isə Geqarkunikdədir.
Bir ailəyə yeni ev veriləcək, çünki atəş nəticəsində onların evi həddən artıq ciddi ziyan görüb.
Ermənistan hökuməti müharibədən sonra Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərdən köçənləri evlərində qəbul edənlərə də 30 min dram (60 dollara yaxın) həcmində maddi yardım ediləcək. Bu məbləğ qəbul edilən ailənin hər bir yetkin üzvünün sayına görə ödənməlidir. Əgər sığınacaq Qarabağda verilmiş olsa, köçkünləri qəbul edən ailəyə 45 min dram (90 dollar) ödənəcək.
Bildirilir ki, bu müvəqqəti yardım altı aylıq nəzərdə tutulub. Yardımı almaq üçün ssa.am saytında elektron ərizə doldurmaq lazımdır.
Ermənistan hökuməti müharibədə iştirak edən tələbələrin 2020-ci ilin ikinci yarısı üçün təhsil haqlarının ödənməsi ilə bağlı da layihə hazırlayıb.
Ailə üzvləri arasında müharibə iştiraçkısı olan tələbələr də bu güzəştdən faydalanacaq.
Bu haqda hökumətin dekabrın 3-də keçirilən iclasında baş nazir Nikol Paşinyan bildirib. Bu məsələ ilə bağlı qərar Nazirlər Kabinetinin artıq növbəti iclasında qəbul ediləcək.