Müharibə vaxtı sülhün şəklini çəkən fotoqraf haqda
Fotoqraf Areq Balayan Qarabağda yaşayır. Aprel müharibəsi zamanı səfərbər olunub. Ön cəbhəyə döyüşməyə gedəndə təbii ki, fotoaparatını özüylə götürməyib. Amma sonradan bir günlük evə dəymək imkanı olur və bu dəfə də fotoaparatını özüylə aparır.
• Qarabağda “aprel müharibəsi”ndən üç il keçir. O, nəyi dəyişib? Bakıda və Yerevanda ekspertlər
• Qarabağ münaqişəsi: “Sıçrayış yoxdur, amma sülh haqda ciddi söhbət baş tutub”
• Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ilk rəsmi görüşünün nəticələri
Boş vaxtında, yəni az-çox sakitlik çökəndə və dincəlmək, yatmaq imkanı olanda Areq şəkil çəkib… “MOB. (Military mobilization)” adlı fotoşəkillər seriyası da bu cür yaranıb.
- 2016-cı il aprelin 2-nə keçən gecə 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra ilk dəfə Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi toqquşma baş verdi. Aprelin 6-da Bakı və Stepanakertin müdafiə nazirlikləri atəşkəs rejimimin bərpası ilə bağlı razılıöın əldə edilməsi barədə məlumat verdilər.
- Rəsmi məlumatlara görə, gərginlik müddətində Azərbaycan tərəfindən 31 hərbiçi həlak olub. Bu zaman “Xəzər Hərbi Araşdırmalar Mərkəzi başqa bir rəqəm verir – 93 nəfər.
- Rəsmi məlumatlara görə, Ermənistanda ölən hərbiçilərin sayı 92 nəfərdir.
- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.