2020-ci il sentyabrın 30-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, foto/video
-
Qarabağda həlak olan 23 nəfərin siyahısı dərc olunub
Beləliklə, erməni hərbçilər arasında 103 nəfər həlak olub.
Onlardan çoxu 25 yaşına qədər gənclərdir.
-
Rusiya XİN “əcnəbi terrorçu və muzdluları” dərhal münaqişə zonasından çıxarmağa çağırıb
Rusiya XİN-in bəyanatında deyilir ki, Dağlıq Qarabağ münaqişə zonasına “əsasən Suriya və Liviyadan bilavasitə hərbi əməliyyatlarda iştirak etmələri məqsədilə qanunsuz silahlı dəstələrin” döyüşçülərinin gətirildiyi haqda məlumatlar daxil olur. Bu da bütün region ölkələri üçün təhlükə yaradır. “Maraqlı dövlətlərin rəhbərliyini əcnəbi terrorçuların və muzdluların münaqişədə istifadə olunmasına yol verməmək və onların dərhal regiondan çıxarılması üçün əməli tədbirlər görməyə çağırırıq”, – məlumatda yazılıb.
Daha əvvəl Ermənistan Azərbaycan tərəfindən Suriya və Liviyadan muzdluların döyüşdüyü haqda bildirmişdi.
-
Ermənistan hərbi hissələri Azərbaycan SQ-nin mövqeyini ələ keçirib – Ermənistan Müdafiə Nazirliyi bildirib
Ermənistanın Müdafiə Nazirliyinin Qarabağdan yaydığı yeni videoda gərgin döyüşlərin davam etdiyi əks olunub.
Qarabağda Azərbaycan SQ-nin döyüş mövqeyi ələ keçirilib – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
-
Ermənistan poçtu hərbçilər üçün bağlamaları pulsuz göndərəcək
İstənilən ölçüdə və çəkidə bağlamalar pulsuz göndəriləcək.
“Bağlama göndərmək istəyən hər kəs istənilən poçt şöbəsində Artsaxi, 61 ünvanını qeyd etməklə bağlama göndərə bilər”, – məlumatda deyilir.
Poçt xidməti həmçinin lazım olan malların siyahısını da təqdim edib. Bu mallar sırasında şəxsi gigiyena vasitələri: diş pastası və fırçası, sabun, üz qırxmaq üçün ülgüc, tualet kağızı, steril tənzif, yuxu kisələri, corab və alt partarı var.
-
Fransa prezidenti: “Biz Qarabağın geri alınmasını qəbul etməyəcəyik”
“Fransa hələ də Türkiyənin Azərbaycanın Dağlıq Qarabağı geri alması ilə bağlı çağırışlarından narahatdır. Biz buna imkan verməyəcəyik”, – Riqada Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa prezidenti Ermənistana və ermənilərə müraciət edərək bildirib ki, “Fransa öz rolunu oynayacaq”.
“Vəziyyəti Avropa Şurasına təqdim etməzdən əvvəl rusiyalı və amerikalı həmkarlarım Vladimir Putin və Donald Trampla bunu müzakirə edəcəyik”, – Markon vurğulayıb. -
“Biz Türkiyə deyilik” – Rusiya XİN rəsmisi ölkəsinin münaqişənin nizamlanmasında iştirakı haqda
“Biz Türkiyə deyilik, Rusiyayıq. Bunu sözün həqiqi mənasında anlamaq lazımdır”, – Rusiya XİN rəsmisi Mariya Zaxarova bəyan edib.
Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı ilə bağlı suala cavab olaraq o bildirib:
“Bu, bizim tariximizdir, münaqişənin nizamlanmasında bizim metodlarımızın da öz tarixi var. Türkiyə və ya digər ölkələrin metodologiyasını qətiyyən müzakirə etmək niyyətində deyiləm. Bizim ritorikamız müxtəlifdir və bəyanatlarımız da fərqlənir”.
Türkiyə ilə müqayisələr İlham Əliyevin məhz Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğuna dair son bəyanatı ilə əlaqədardır.
-
Azərbaycan tərəfindən bombalanan Qarabağın Martakert şəhərində üç nəfər dinc sakin həlak olub
“Düşmən Martakert şəhərini hədəfə alıb və dinc yaşayış məntəqələrinə atəş açır. Təəssüf ki, üç nəfər həlak olub, yaralananlar da var”, – Qarabağ prezidentinin mətbuat katibi Vahram Poqosyan deyib.
Həlak olanlar haqda məlumatlar dəqiqləşdirilir.
-
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindən yeni video yayımlayıb
Azərbaycan Müdafiə Nazirliyi yeni video yayımlayıb.
“Qarşı tərəfin mövqelərinə artilleriya atəşi altındadır”, – hərbi qurum kadrları belə şərh edib.
-
Hərbi ekspert təmas xəttində vəziyyət haqqında
Dağlıq Qarabağ münaqişəsi zonasında gecə döyüşləri əvvəlki günlərə nisbətən o qədər də intensiv olmayıb. Bu barədə hərbi ekspert Artsrun Hovannisyan xəbər verib.
“Döyüşlər indi də gedir. Bölmələrimiz qəhrəmancasına öz mövqelərini müdafiı edirlər”.
Həlak olanlar barədə məlumat əlavə olaraq veriləcək. Hovannisyanın sözlərinə görə, qarşı tərəfdə də itkilər var.
-
Azərbaycanın Müdafiə Nazirliyi könüllülərə müraciət edib
Azərbaycanın Müdafiə Nazirliyi cəbhə xəttində Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda iştirak etmək istəyən könüllülərə müraciət edib.
Müdafiə Nazirliyi vətəndaşlara hərbçilərə göstərdikləri mənəvi dəstəyə görə minnətdarlığını bildirib, həmçinin xatırladıb ki, bu məqsədlə hərbi hissələrə yox, yaşayış yeri üzrə hərbi komissarlıqlara müraciət etmək lazımdır.
-
Ermənistan Qarabağa sülhməramlıların yerləşdirilməsi ehtimalını rədd edib
Bu haqda Ermənistanın baş naziri rusiyalı jurnalistlərlə görüşündə bildirib. Amma Almaniya kansleri, Rusiya və Fransa prezidentləri ilə telefon danışığı zamanı onların diqqətini “Türkiyənin davranışına” və münaqişədə iştirakına cəlb edib.
“Ankara faktiki olaraq Yaxın Şərq, Şərqi Aralıq dənizi regionuna qeyri-stabillik ixrac edir, indi isə Cənubi Qafqazda vəziyyəti sarsıtmaq üçün cəhdlər edir. Əminəm ki, bu, beynəlxalq ictimaiyyəti narahat etməyə bilməz”, – Ermənistanın baş naziri bildirib.
Nikol Paşinyan deyib ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir, onun potensialından istifadə olunmalıdır.
“Hazırkı vəziyyət belədirmi? Aydındır ki, deyil. Amma elə vəziyyət yarana bilər ki, bazanın potensialından istifadə etmək lazım gəlsin”, – Paşinyan deyib.
O, həmçinin Ermənistanın “İskəndər” əməliyyat-taktiki raket komplekslərindən və Su-30SM qırıcı təyyarələrindən istifadəsinin mümkünlüyü ilə bağlı suala da cavab verib:
“Bizim üçün vətəndaşlarımızın və ölkəmizin təhlükəsizliyinin təmin edilməsi məsələsi prioritetdir. Eyni zamanda bizim vəziyyəti daha da pisləşdirməmək vəzifəmiz var”.
Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi məlumat vermişdi ki, uzaqməsafəli zərbə sistemlərini tətbiq etməyə məcburdur, çünki Azərbaycan artıq reaktiv sistemlərin və odsaçan vasitələrin böyük arsenalından istifadə edib.
-
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan və Ermənistanı əhalinin vətəndaş hüquqlarını pozmamağa çağırıb
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı ilkin qərar qəbul edib.
Sentyabrın 27-də Ermənistan hökuməti bu tələblə AİHM-ə müraciət edib. Bu, Qarabağ ətrafında təmas xətti boyu və Ermənistanın Vardanis rayonu istiqamətində genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə əlaqədar idi. Ermənistan Azərbaycanı hərbi hücum əməliyyatlarını, həmçinin insanların, mülki obyektlərin və yaşayış məntəqələrinin atəşə tutmasını dayandırmağa məcbur etməyi tələb etmişdi.
Bununla belə AİHM-in qərarında hər iki münaqişə tərəfinə, yəni həm Azərbaycan, həm də Ermənistana “mülki əhalinin konvensiya hüquqlarının pozulmasına səbəb ola biləcək, o cümlədən də onların həyat və sağlamlığını təhlükə altına qoyacaq istənilən tədbirlərdən, xüsusən də hərbi əməliyyatlardan çəkinmək” çağırışı da yer alıb.
AİHM-in 7 hakiminin qəbul etdiyi qərara əsasən, hər iki tərəf qısa müddətdə məhkəməyə öz öhdəliklərini yerinə yetirdiklərinə dair informasiya təqdim etməlidir.
-
Erməsistan silahlı qüvvələri Tərtər şəhərini atəşə tutub – Azərbaycan Müdafiə Nazirliyi
Sentyabrın 30-u səhər saat 8-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər şəhərini atəşə tutub – Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yaralananlar var.
-
BMT Təhlükəsizlik Şurası atəşi dayandırmağa çağırıb, tərəflərin nümayəndələri ilə görüş təşkil oluna bilər
Sentyabrın 29-da BMT Təhlükəsilik Şurasının Qarabağda sentyabrın 27-də səhər saat 6-da başlayan hərbi əməliyyatlarla bağlı qapalı məsləhətləşmələr baş tutub. Təhlükəsizlik Şurasının sədri Abdu Abarri deyib ki, “qarşılıqlı anlayışın əldə edilməsinə kömək etmək üçün” Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş təşkil oluna bilər.
“Təhlükəsizlik Şurası ölkələri insanların ölümünə səbəb olan güc tətbiqini qınayır”, – Abarri deyib.
-
2020-ci il sentyabrın 29-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video
Sentyabrın 27-də səhər saat 7-da Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Həm hərbçilər, həm də dinc əhali arasında onlarla həlak olanlar və yüzlərlə yaralananlar haqda məlumat verilir.