Qafqazın ekologiyası üçün təhlükəli olan Vladiqafqazdakı kanserogen zavodunu bağlamaq mümkün olacaqmı?
Oktyabrın 21-də baş verən böyük yanğından sonra məşhurlaşan Vladiqafqazdakı “Elektrosink” zavodu ətrafında aparılan istintaq zamanı yeni-yeni dəhşətli faktlar üzə çıxır.
Uzun illər boyu kiçik ekoloq və fəallar qrupu Şimali Osetiyada təhlükəli istehsalata qarşı etiraz edib. İndi isə etiraz kütləvi xarakter alıb, ona ilk dəfə yerli parlament deputatları və yerli hakimiyyət də qoşulub. O cümlədən, Şimali Osetiya parlamentinin 58 deputatı yekdilliklə zavodun fəaliyyətinin dayandırılmasının lehinə səs veriblər.
Amma zavodun sahibləri — Rusiyanın iri “Ural dağ-metallurgiya şirkəti” — geri çəkilmək niyyətində deyil.
•Vladiqafqazda “Elektrosink” kanserogen zavodu necə yanıb
•Ermənistanda qaz və elektrik enerjisiz keçinməyi öyrəniblər
•Tbilisidə nə ilə nəfəs alırlar — ekoloqlar deyir ki, şəhəri xilas etmək lazımdır
Cinayətə bənzər ekoloji pozuntular
Şimali Osetiya Prokurorluğu noyabrın 4-də RF Dövlət Dumasına göndərdiyi rəsmi məktubda şoka salan faktlar barədə məlumat verib.
“Müəssisənin fəaliyyəti qurğuşun tullantılarının müəyyən edilmiş normativlərdən 2,2 dəfə, sink üzrə 2,7, kalsi oksidi üzrə 2,2 dəfə artıq olması ilə həyata keçirilib”, — məktubda deyilir.
Məlum olub ki:
• Zavod heç kimə son bir neçə ildə sulfat turşusu sexində 11 dəfə qəzalı dayanmanın olduğu barədə məlumat verməyib. Hər bir dayanma da zəhərli maddələrin normadan yuxarı tullantıları ilə müşayiət olunub.
• Sink istehsalının zəhərli tullantılarını da heç bir lisenziya olmadan sadəcə torpağa basırıblar.
• Bu torpağın üstü də yağış, qar və küləkdən qorunmayıb.
• Kanserogen istehsalat çirkab suları da təmizlənmədən Sobaçya balka çayına tökülüb.
• Zavodda ümumiyyətlə kanserogen istehsalının sanitar-gigiyena nəzarəti pasportu mövcud deyil.
“Elektrosink” nədir
Rusiyanın aparıcı əlvan metallurgiya müəssisələrindən biri olan “Elektrosink” Ural Dağ-Metallurgiya Şirkətinin tərkib hissəsidir. Bu, Şimali Osetiyada ən böyük müəssisədir. Yanğına qədər burada 1,806 nəfər işləyib və yaxşı maaş alıblar – orta hesabla 41,155 rubl [$ 600-dan bir az çox].
İndi, yəni yanğına görə zavodun fəaliyyəti dayandırılandan sonra onların hamısı işsiz qalıb ki, bu da vəziyyəti bir az da qəlizləşdirir.
“Elektrosink” böyük miqdarda sink, kadmium, kükürd turşusu və ərintilər istehsal edib. 2017-ci ildə 73 min ton sink, 123 min ton kükürd turşusu və 307 ton kadmium istehsal olunub. Bütün bu kimyəvi maddələr öz toksikliyi ilə məşhurdur, amma bir qayda olaraq, bilavasitə insanlar tərəfindən hiss olunmur.
İstehsalat Vladiqafqazda yaşayış zonasında, 70,2 hektarlıq böyük sahədə yerləşir.
Zavodun əsas problemi sulfat turşusu sexinin köhnə avadanlığındadır. O, ötən əsr 1980-ci illərin əvvəllərində tikilib. İnşaat zamanı 20 il istismar müddəti müəyyən edilib. 40 ilə yaxın vaxt keçib, amma nə avadanlıq, nə də texnoloji proseslər demək olar ki, təzələnməyib.
Oktyabrın 21-də nə baş verib
Yanğın oktyabrn 21-də gecə saat üçdə başlayıb. Onu 12 saat ərzində söndürüblər.
İnsanlar təşviş içində Vladiqafqazı tərk edirdilər, şəhərin girişində tıxac yarandı.
“Şəhərdən çıxmadım, düşündüm ki, evdə oturmuşam, heç nə olmayacaq. Sonra da gündüz çölə çıxdım, anamın ad gününə gül almalıydım və şəhərin üzərində qorxunc bulud gördüm. Geri evə qaçıb, tibbi maska taxdım”, — şəhər sakini Sabina Qataqova xatırlayır.
“Yoldaşımla uşaqlara görə qorxduq, onları bu qəzadan uzağa, dağlara apardıq. Amma növbəti gün qayıtmalı olduq, çünki işə çıxmaq lazımıydı”, – Alana Qabuyeva danışır.
Cəmiyyətlə hakimiyyəti birləşdirən etiraz
Bu böyük etiraz aksiyası Vladiqafqazda yanğından bir gün sonra, oktyabrın 22-də baş tutub. Yüzlərlə insan Şimali Osetiya hökumətinin binası qarşısında toplaşaraq, respublika rəhbəri Vyaçeslav Bitarova xitabən “Çıx!” deyə qışqırırdılar.
Nəticədə o, insanların qarşısına çıxdı:
“Sizə söz verirəm ki, RF prezidenti ilə danışıb, “Elektrosink” zavodunun bağlanması haqda məsələni qaldıracam”, – Vyaçeslav Bitarov deyib.
Zavodun fəaliyyətini dayandırmaq tələbi ilə bir çox yerli siyasətçilər, o cümlədən, Şimali Osetiya parlamentinin sədri Cambolat Tedeyev, senator Arsen Facayev, həm də Vladiqafqaz rəhbəri Maxarbek Xadarsev çıxış edib.
Həmin vaxtdan sonra küçələrdə etirazlar olmasa da sosial şəbəkələrdə güclənməkdədir.
Professor Tamerlan Kambolov change.org saytında Rusiya prezidenti Vladimir Putinə ünvanladığı petisiyanı yerləşdirib. Bu məqalə dərc olunan vaxt petisiyanın altında təxminən 26,500 imza varıydı. Petisiyanın məqsədi azı 35 min imza toplamaqdır.
“Bütün Qafqaz üzrə həyəcan təbili çalmaq lazımdır – toksiki buludlar sərhəd tanımır”, — petisiyanın altında imza atanlardan biri şərhlərdə yazıb.
Osetiyalı vəkil Ruslan Kaloyev BMT və “Green Peace”ə sorğular göndərib. O, Şimali Osetiyada “Elektrosink” səbəbindən yarandığı güman edilən ekoloji prolemləri sadalayıb.
O, həm də Rusiyanın İstintaq Komitəsinə “Elektrosink”in baş direktoru İsgəndər Mahmudov və “Elektrosink” zavodunun direktoru İqor Xadıkoya qarşı cinayət işinin açılması tələbi ilə müraciət edib. Kaloyev həm də zavodun məxsus olduğu Ural Dağ-Metallurgiya Şirkətinin rəhbərliyini cinayət məsuliyyətinə cəlb etməyi tələb edir.
“İqor Xadıko qəsdən, davamlı şəkildə və soyuqqanlıqla… bizim sağlamlığımıza qarşısı alınmaz, düzəlməz zərər yetirir”, – vəkil bildirir.
Öz müraciətində Kaloyev Vladiqafqazın torpağında ağır metalların mümkün konsentrasiyasının son həddə olmasını müəyyən edən ekspertizanın nəticələrinə istinad edir və Rusiya Konstitusiyasına müraciət edir, orada yazılıb ki, ölkənin hər bir sakininin əlverişli ətraf mühitdə yaşamaq hüququ var.
Artist Vadim Çeldiyev özünün İnstagram səhifəsində “Elektrosink”ə qarşı kampaniya aparır.
Zavod sahibləri onu başğlamaq niyyətində deyil
Amma zavod sahibləri də məğlub olmaq niyyətində deyil.
“Elektrosink”in baş direktoru İqor Xadıko jurnalistlərə bildirib ki, zavodun bağlanması məsələsi durmur.
“Elektrosink” zavodunun gələcək taleyi barədə – biz növbəti sexi bərpa edəcəyik. Bunun üçün sürətlə işləyəcəyik və hər şeyi ən qısa müddətə edəcəyik. Minimal olaraq 6-8 ay ərzində”, – Xodıko deyib.