Qafqazda qadınların karyera qurmasını yubadan 10 maneə
1. Ayrıseçkilik
İxtisaslar qadınlar üçün və kişilər üçün olana ayrılır. Müəllimlik, mağazada satıcılıq, müğənnilik, rəqqasəlik kimi peşələri qadınlara aid eləmək olar. Proqramçı, tədqiqatçı, siyasətçi, riyaziyyatçı kimi peşələrə isə qadınlar yiyələnməsə yaxşıdı. Qafqazlı xanımlar artıq kiçik yaşlarından bu yazılmamış qanunlarları bilirlər.
2. Axı sən anasan
Erkən analıq qadınları təhsildən yayındıran əsas səbəblərdən biridir. Lakin, bir çox hallarda məktəbi elə nigaha girdikdən sonra atırlar. Qafqazda hələ də 18, 17 hətta 16 yaşında nigahlar aktual mövzulardan biridir.
3. Axı sən qızsan
Bizim dövrümüzdə hələ də bir çox kişilər inanırlar ki, qadın ərə getdikdən sonra öz lazımsız işlərindən- hətta o kosmosun kəşfi ilə məşğul olsa belə-əl çəkib daha vacib məsələlərlə məşğul olmalıdır. Corab yumaq kimi, məsələn.
4. İkili standartlar
Yeri gəlmişkən, corab yumaq hələ də aktualdır. Hətta sən olduqca çağdaş, öz sahənin peşəkarı olan xanım belə olsan da ev işlərinin çoxu sənin üzərinə düşəcək. Qafqaz ölkələrində ev işlərinin ən az 80%-I qadınların üzərinə düşür. Və təəsüf ki, qadınların böyük əksəriyyəti bu vəziyyətlə razılaşır.
5. İnsanlar nə deyər
Əgər sən kariyeranı qurmağa çalışan qafqazlı xanımsansa , yaxşı olar ki, sənin müdurün qadın olsun. Belə olduqda, müdiriyyətlə birlikdə ezamiyyətə getdikdə və ya işdə çox qaldıqda atan qardaşın , ərin səni az sorğu –sual edəcək. Lakin, təəsüf ki, müdur qadınların sayı olduqca azdır.
6. Sataşma
Ərinin və ya atanın paranoyak olmağı elə də vacib deyil: işdə seksual xarakterli sataşmalar adi, gündəlik, başa düşüləndir. Əgər bilavasitə seksual tərbiyəsizlik yox yersiz təriflər və ədəbsiz baxışlarla qarşılaşırsınızsa bu cəmiyyət üçün yenilik deyil.
7. Pul
Bir çox hallarda çəkilən zəhmətə dəymir. Statistika göstərir ki, regionun qadınları onlarla eyni işi görən kişilərdən 25-30 faiz az qazanırlar. Gənc mütəxəssis qadının aldığı əmək haqqı yalnız tutacağı dayənin xərclərini ödəyə bilər.
8. Uşaq baxçaları
Yalnız böyük şəhərlərdə yaşayan insanlar uşaqlarını bağçaya qoya bilər. Əyalətlərdə isə uşaq baxçaları olmaya bilər.
9. İşə götürən
Əgər dayə və onun xərclərini qarşılaya biləcək iş tapmısınızsa bilin ki, əmək məcəlləsi sizin tərəfinizdə olmaya bilər.
Bir çox hallarda əmək məcəlləsi elə tərtib olunub ki analıq məzuniyyətinin nə qədər çəkəcəyi və bu müddətdə alacağınız əmək haqqı işə götürənin insafına qalıb. Bir çox hallarda isə işəgötürənlər özünüzün və ya ailə üzvlərinizin xəstəliyi səbəbi ilə işə çıxmadığınız günlərin pulunu əmək haqqınızdan çıxır.
10. Nəhayət
Bir sıra hallarda isə bütün əngəlləri aşıb kariyeranızı qurduqdan sonra fəxr etmək əvəzinə sanki utanırsınız : əziz həmvətənlərim, bağışlayın, özüm istəmirdim, təsadüfən oldu.