İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?
Azərbaycanda qadınlara qarşı zorakılıq problemi artıq uzun illərdir ki, aktual olaraq qalır, baxmayaraq ki, 2020-ci ildə koronavirus və Qarabağ müharibəsi bu problemi gündəmdən sıxışdırıb çıxarıb.
Azərbaycan World Economic Forum təşkilatının 2020-ci il hesabatına əsasən, gender bərabərsizliyinə görə dünyanın 153 ölkəsi arasında 94-cü yerdədi. Hakimiyyət bildirir ki, zorakılıq hallarının və femisidin qarşısını almaq üçün əlindən gələni gedir, amma yerli fəallaın fikrincə, dövlət bu problemlə mübarizədə yeganə təsiredici vasitə olan İstanbul konvensiyasını imzalamalı və ratifikasiya etməlidir.
İstanbul konvensiyası Azərbaycan qadınlarına necə kömək edə bilər və niyə sənəd indiyə qədər ratifikasiya edilməyib?
Azərbaycanda qadınları nədən müdafiə etmək lazımdır?
“Ya mənimsən, ya qara torpağın”, – Aytac Babayeva onu sevmədiyini və başqasına ərə gedəcəyini etiraf edəndə İzzət Hüseynov belə demişdi. İzzət təhdidini həyata keçirib, 8 bıçaq zərbəsi ilə onu qətlə yetirib. Bu, 2015-ci il aprelin 299-da baş verib.
2019-cu il 7 oktyabr, Bakı. Üç uşaq anası Leyla Abdullayevanın ərindən iyirmi bıçaq yarası alıb.
Oktyabrın 9-da Bakıda 36 yaşlı Cəvahir Əkbərovanı əri qantellə başına vuraraq öldürüb.
2018-ci ildə Azərbaycanda məişət zəminində 42 qadın öldürülüb və 873 ölümlə nəticələnməyən məişət zorakılığı halı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin 2019-cu ilə dair məlumatına əsasən, Azərbaycanda qadınlara qarşı 1038 ailədaxili zorakılıq törədilib, onlardan 37-i qətillə nəticələnib. Maraqlıdır ki, yalnız iki qadın partnyoru tərəfindən ölüm təhdidi və yasağlamlığına ağır ziyan vurulması ilə bağlı polisə müraciət edib, baxmayaraq ki, bir qayda olaraq bu cür müraciətlərin sayı artıq törədilmiş zorakılıq faktlarının sayını üstələməlidir.
Amma hətta bu rəqəmlər də sual doğurur, çünki Azərbaycan mentalitetinə görə qadın “evin zibilini çölə çıxara” bilməz. Bəzi hallarda polis əməkdaşları da məsələyə eyni məntiqlə yanaşır, buna görə də qurbana yardım etmirlər.
Azərbaycanda məşət zorakılığı çox vaxt “təbii hal” kimi qəbul edilir. “Namus cinayəti” adlanan anlayış yayılıb – “ədəbsiz davranışına və ailəni biabır etdiyinə” görə cəza. Qadınlar nişanlıları, ərləri, ataları, qardaşları, qayınataları və ya qayınanaları tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalırlar. Məhkəmə və xəbər resurslarına daha çox qadınların amansız qətli haqda məlumat gedib çatır. Məişət zorakılığı haqda xəbərlərdə motiv olaraq adətən “ailə münaqişəsi” göstərilir.
İstanbul konvensiyası nədir və necə işləyir?
İstanbul konvensiyası Avropa Şurasının qadınlara münasibətdə zorakılığa və ailədaxili zorakılığa qarşı razılaşmasıdır. Sənəd 2011-ci il mayın 11-dən imzalanmaq üçün açıqdır. Konvensiyada qadınlarla kişilər arasında bərabərliyi təmin etmək, qadınları və qızları zorakılığın bütün formalarından müdafiə etmək üçün dövlətin görməli olduğu tədbirlər qeyd olunub.
Konvensiyanın müddəaları yalnız qadının yox, bütün məişət zorakılığı qurbanlarının müdafiəsinə yönəlib. Amma rəsmi statistikaya əsasən Azərbaycanda 2018-ci ildə məişət zorakılığı qurbanlarının 74 faizinin qadın olduğunu nəzərə alsaq, Konvensiyanın qəbulu ilk növbədə onlara kömək olacaq.
Konvensiya qüvvəyə minsin deyə ölkənin qanunvericilik orqanı tərəfindən ratifikasiya edilməsi lazımdır. Konvensiya 46 ölkə və Avropa İttifaqı tərəfindən imzalanıb və 34 ölkə tərəfindən ratifikasiya edilib, amma Azərbaycan indiyə qədər sənədi imzalamayıb.
Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət zorakılığının qarşısının alınması haqda qanun mövcuddur. Amma bu qanun reallıqda tətbiq edilmir, çünki dövlət orqanları çox vaxt məişət zorakılığını “ailədaxili məsələ” kimi qəbul edirlər.
İstanbul konvensiyasının qəbul edilməsi halında isə iş “kağız üzərində” ayrıca qanun hazırlanması ilə kifayətləmnməyəcək.
Konkret tədbirlər planı təsdiqlənəcək və dövlət qanunvericiliyə “psixoloji zorakılıq”, “məcburi evlilik” (Azərbaycanda bu hal təbii sayılır) və ya “məcburi abortlar” kimi anlayışlar daxil etməli olacaq. Bu o deməkdir ki, qanun qadınları əvvəl norma sayılan bütün hallarda müdafiə etməli olacaq.
Həmçinin gender cinayətlərinin rəsmi statistikasını aparmaq lazım gələcək. Sənədi ratifikasiya edən ölkələr müvafiq siyasəti həyata keçirmək, o cümlədən də qaynar xətt və qurbanlar üçün sığınacaqlar yaratmaq məqsədilə maliyyə və insan resursları ayırmalı olur.
Üstəlik gender məsələsi üzrə dövlətin vaxtaşırı qəbul etdiyi, amma nəzarət etmədiyi milli planlardan fərqli olaraq İstanbul konvensiyası ratifikasiya edildiyi zaman Azərbaycan beynəlxalq səviyyətə hesabat verməli və görülmüş işə nəzarət edəcək müstəqil ekspert qrupu ilə əməkdaşlıq etməli olacaq.
Cəmiyyətin və dövlətin İstanbul konvensiyasına münasibəti necədir?
Azərbaycan cəmiyyəti İstanbul konvensiyası haqda az şey bilir, çünki dövlət onun təbliğində maraqlı deyil və bu mövzu ənənəvi KİV-də praktiki olaraq müzakirə edilmir.
Məlumatlı ictimaiyyətin əsas iradı Azərbaycanda LGBT birliyinin hüquqları ilə bağlı müddəlara yönəlib. Azərbaycanda qadın haqları uğrunda mübarizə aparanların heç də hamısı LGBT haqlarına diqqət yetirmir.
Mühafizəkar opponentlər hesab edirlər ki, konvensiya cəmiyyətin adət-ənənələrinin məhv edilməsinə yönəlib və xaricdən sırınan bir şeydir. Bu cür mövqe hökumətin rəsmi kursu ilə üst-üstə düşür – hətta prezident İlham Əliyev öz çıxışlarından birində bildirib ki, “qadının kişidən seçilmədiyi” Avropaya inteqrasiya Azərbaycana lazım deyil.
Məişət zorakılığı ilə bağlı problemlərə gəlincə, rəsmi şəxslər adətən bildirirlər ki, bu problemlərin həlli üçün dövlət strukturlarının fəaliyyəti yetərlidir və hər şey nəzarət altındadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin rəhbəri Taliyə İbrahimova deyib ki, iqtisadi müstəqillik olmadan gender bərabərliyi ilə bağlı problem həmişə aktual olacaq və buna görə də dövlət qadınlar arasında orta və xırda biznesi dəstəkləyir.
Azərbaycanın AŞPA-da nümayəndəsi Səməd Seyidov İstanbul konvensiyası haqda danışarkən bildirib ki, Azərbaycan razılaşmanın bütün aspektlərini yerli qanunvericiliklə uyumunu düşünmədən beynəlxalq sənədləri imzalamır. İstanbul konvensiyasına gəlincə, Azərbaycan həmişə gender bərabərliyi prinsipinə sadiq olub.
Niyə İstanbul konvensiyası qəbul edilmir və qəbul ediləcəyinnə ümid varmı?
Azərbaycanda İstanbul konvensiyasının qəbulunu təbliiğ edənlər əsasən feminist hərəkatının üzvləridir. Hərəkat təxminən iki il əvvəl qadın haqları ilə vəziyyətin pisləşməsinə cavab olaraq yaranıb. Öz növbəsində çox vaxt məhz feministlərin səyləri nəticəsində cəmiyyətin diqqəti bu problemə cəlb edilir.
2018-ci ildən 2020-ci ilə qədər iki il ərzində onlar üç aksiya keçiriblər. Aksiyalardan ikisi ənənəvi 8 Mart yürüşü olub. Üçüncü aksiya isə ötən il oktyabrın 20-də, həmin ayın ilk həftəsi ərzində qadınlara qarşı dördü ölümlə bitən 12 zorakılıq halı qeydə alınandan sonra kortəbii olaraq baş verib.
Aksiyadan sonra BMT Azərbaycanı dərhal İstanbul konvensiyasını imzalamağa çağırıb. Səhəri gün isə Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın İstanbul konvensiyasına qoşulmağa hazırlaşdığı haqda məlumat yayıb.
Amma feminist hərəkatının üzvləri dövlət orqanlarının bəyanlarına şübhə ilə yanaşırlar.
“Azərbaycan hökuməti heç vaxt xalqın xeyrinə nəsə etməyə çalışmayıb və söhbət təkcə İstanbul konvensiyasından getmir”, – feminist Gülnarə Mehdiyeva hesab edir. – “İnsanlar nə qədər pis yaşayırsa, nir o qədər az siyasətlə maraqlanır və ancaq öz problemləri ilə məşğul olurlar. Özünü ərindən, qardaşından qoruya bilməyən qadın dövlətlə münaqişəyə girməyəcək. Unutmayaq ki, qadınlar ölkə əhalisinin yarısından çoxunu təşkil edir. Hazırkı hökumətə isə onların hər hansı azadlıq əldə etməsinə imkan vermək sərf eləmir. Mənim ümidim yoxdur ki, bu qanun nə vaxtsa qəbul edilsin. Ancaq əgər Avtopa tərəfindən təzyiq olarsa”.
Məişət zorakılığı haqda məlumatlar yerli mediada daha çox yer almağa başlayıb. Bəziləri bunu problemin artmasından xəbər verən həyəcan siqnalı hesab edir, digərləri isə düşünür ki, bu, ölü nöqtədət tərpəndiyimizə işarə edən müsbət tendensiyadır və artıq ailədaxili zorakılıq cəmiyyətin gözləri qarşısına çıxır..
Hüquq müdafiəçisi Rövşanə Rəhiçli hesab edir ki, İstanbul konvensiyası ailədaxili zorakılıqla mübarizə üçün əla müxanizmdir və əgər Azərbaycan bununla keyfiyyətli şəkildə mübarizə aparmaq istəyirsə, əlbəttə ki, sənədi qəbul etməlidir:
“Konvensiya qanunvericiliyi gücləndirir, qanundakı boşluqları doldurur, münasibəti dəyişir və formalaşdırır. Dövlətin əsas vəzifələrindən biri stereotiplərlə mübarizədir”.
Rəhimli etiraf edir ki, uzun müddətli müzakirərlərə baxmayaraq, bu istiqamətdə real addımlar atılmayıb, amma nikbinlik üçün yenə də səbəb var:
“Mən güman edirəm ki, minimum 2021-ci ilin sonuna qədər Azərbaycan İstanbul konvensiyasını imzalayacaq. 2018-ci ildə Komitənin qadınlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması üzrə tövsiyələri İstanbul konvensiyasına qatılmaqla bağlı olub və Azərbaycan bu tövsiyələri qəbul edib. Bundan başqa, məndə olan məlumata əsasən, Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondunun dəstəyi ilə Milli Tədbirlər Planı layihəsini hazırlayıb, layihə yaxın zamanda başa çatmalıdır”, – o hesab edir.