Qədim Azərbaycan bayramı
“Müqəddəs Valentin gününü “JW Marriott Absheron Baku otelində “Razzmatazz Cocktail Bar & Loungeda qeyd edin, burada sizi “Cupid Bash axşamı gözləyir. Qiyməti: 30 AZN – ayaq üstü yerlər salamlayan bayram kokteyli ilə, 350 AZN – iki nəfər üçün dekorasiyalı masa (şokoladlı trüfel və şampan şüşəsi daxil).
Müqəddəs Valentin günü qədim Azərbaycan bayramıdır
Lap qədim olmasa da, mütləq şəkildə qeyd olunmalı bayramdır. O hətta Hellouindən də daha milli olan Azərbaycan bayramıdır.
Bunun da çox sadə bir izahı var – bu, hədiyyə və açıqcaların gözəl bayramı restoran və otel biznesi üçün çox əhəmiyyətlidir. Bizneslə isə mübahisə etməyə dəyməz, xüsusən də onun öz xidmətlərini elit təbəqəyə təklif edən hissəsi ilə. Yəni azsaylı olsa da, qüdrətli, böhrandan zərər çəkməyən, alıcılıq qabiliyyətini itirməyən və hələ də omar, suşi və mərmər ətin həvəsində olan “elektorata söykənən.
Cəmi 200 dollara başa gələn “dekorasiyalı masa məhz onlar üçündür.
Kimin gül dəstəsi daha böyükdür?
Hellouini “pislik bayramı, qəddar vampirlər və əcinnələr günü kimi sıxışdırmaq mümkün olsa da, burada hər şey xoş və aydındır – sevgi, hədiyyələr, açıqcalar, yəni ədəbsiz bir şey yoxdur. Valentin özünün iti caynaqlarını qızların qəlbinə sanca bildi və onlar sevgilisini sevindirmək imkanını iqnor edən boyfrendlərini bağışlamayacaqlar.
Bax buna görə də Valentin günü heç də elitanın deyil, əsl “xalq bayramıdır, hamıya aydın olan bayram: Azərbaycan gözəli ilk dəfə 14 fevralda yumşaq ayı oyuncağını alan kimi qadın rəqabəti mexanizmi işə düşdü. Böyüklərin bu bayramın onlar üçün yad olması ilə bağlı heç bir mühakiməsi qızın hansısa formal bir səbəbdən deyil, məhz sevgi təcəssümü olaraq aldığı boyük qızık gül dəstəsi ilə bağlı arzularına kölgə sala bilməz.
Bizim cavab
Məlum olanda ki, Valentin çox rahatlıqla yerli torpaqda uyğunlaşa bildi, bu, milli ənənənə müdafiəçilərini əməlli-başlı əndişəyə saldı. Buna görə də 2004-cü ildən etibarən Azərbaycanın özünün, deyək ki alternativ sevgililər günü var. Düzdür, bu bayram nə bayram günləri təqviminə, nə də heç bir rəsmi siyahıya daxil edilməyib: məmurlardan birinə aid olan bir təşəbbüs hökumət tərəfindən dəstək almasa da bir çox vətənpərvərlərin ürəyincə oldu.
Bu, 30 iyun, İlham və Fərizə Allavverdiyevlərin toy günüdür. Hər ikisi toylarından bir qədər sonra, 1990-cı il yanvar hadisələri, sovet qoşunları tərəfindən dinc əhalinin güllələnməsi zamanı faciəvi şəkildə dünyalarını dəyişiblər. Onların baş daşlarının üstündə eyni ölüm tarixi yazılsa da, əslində Fərizə İlhamın ölümündən bir qədər sonra özünə qəsd edib.
Kütlə isə bu ideyanı dəstəkləmədi. Bu faciəvi sevgi hekayəsini ibrətamiz və ilhamlandırıcı deyil, daha çox dəhşətli bir hadisə kimi qəbul etdilər – bu münasibətlə bayram şənliyi keçirmək kimin ağlına gələr? Buna görə də 30 iyun tarixi olsa-olsa fevralın 14-də amansızcasına yaxınlaşan gül və vanil dolu bu “əxlaqsızlığa qarşı nəsə qoymaq istəyəndə yada düşür.