Qələbə ilə yaşamaq: Azərbaycanda bir birləşdirici ideya digərilə əvəzlənib
Otuz ilə yaxın Qarabağ itkisi və revanş arzusu Azərbaycan xalqı üçün birləşdirici ideya olub. İtirilmiş rayonlar məktəb gündəliklərinin ilk səhifələrində sadalanırdı, yol nişanları da həmin rayonlara istiqamət göstərirdi, hər səhər xəbərlərdə isə bizi ənənəvi “düşmən filan dəfə atəşkəs rejimini pozub” sözləri qarşılayırdı. Bütün bunlar məişətimizin ayrılmaz hissəsi idi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda nə dəyişib?
Müharibə yeni reallıq yaratdı. Əvvəl həlak olmuş mülki vətəndaşlara və itirilmiş torpaqlara görə kədər olduğu yerdə vakuum yarandı və onu qısa zamanda başqa ideya doldurdu – qələbə və baş tutmuş revanş.
Otuz ilə yaxın Qarabağ itkisi və revanş arzusu Azərbaycan xalqı üçün birləşdirici ideya olub. İtirilmiş rayonlar məktəb gündəliklərinin ilk səhifələrində sadalanırdı, yol nişanları da həmin rayonlara istiqamət göstərirdi, hər səhər xəbərlərdə isə bizi ənənəvi “düşmən filan dəfə atəşkəs rejimini pozub” sözləri qarşılayırdı. Bütün bunlar məişətimizin ayrılmaz hissəsi idi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda nə dəyişib?
Müharibə yeni reallıq yaratdı. Əvvəl həlak olmuş mülki vətəndaşlara və itirilmiş torpaqlara görə kədər olduğu yerdə vakuum yarandı və onu qısa zamanda başqa ideya doldurdu – qələbə və baş tutmuş revanş.
Hakimiyyətdən gələn və cəmiyyət tərəfindən həvəslə qəbul olunan mesajın gücünə və emosional zənglinliyinə görə bu yeni ideya əvvəlkinə bərabər dəyərdə düşünülüb və eyni funksiyanı yerinə yetirməli – sakit zamanda kifayət qədər dağınıq olan milləti birləşdirməlidir.
Hələ ki məktəb gündəliklərində məğlubiyyətlər səhifəsi qələbə səhifəsi ilə dəyişməyib (bu isə sadəcə zaman məsələsidir), Azərbaycanda bu müharibənin nəticələrinin necə ölümsüzləşdirildiyinə dair bəzi nümunələri nəzərdən keçirək.
Qələbə məğlubiyyətə nisbətən daha çox kommersiyalaşdırılan olur. Əvvəllər xırda biznes sadəcə toponimlərdən ad kimi istifadə edə bilirdi. İndi onlar mövzudan daha azad şəkildə yararlana bilərlər.
Məsələn, “KhanCandy” mağazası. Bu ad azərbaycanlıların Xankəndi, ermənilərin Stepanakert adlandırdığı Qarabağın əsas şəhərinə eyhamdır.
Daha bir kafe “KhanCandy” olub, həm də məcburi rebrendik nəticəsində. “AnderSon” kafe şəbəkəsinin direktoru Rusiya vətəndaşıdır və sosial şəbəkələrdə Ermənistanı dəstəkləyib. “AnderSon”un Bakı filialı dərhal franşizadan imtina edib və artıq “KhanCandy” adlanır, bununla belə, (2021-ci ilin mayına olan duruma görə) nə interyerdə, nə də menüdə heç bir dəyişiklik olmayıb.
Bu fotodakı isə “qələbə ləzzətli” yerli istehsal enerji içkisidir.
Müharibə başa çatandan bəri artıq altı ay keçib, amma avtobusların displeylərində hələ də “Qarabağ Azərbaycandır!” yazılmış hərəkətli sətir işıqlanır. Hərçənd bu kontekstdə avtobus marşrutunun təsviri daha faydalı olardı.
Siyasi ideya qurbandan qalibə dəyişib və vurğu həlak olan dinc sakinlərdən həlak olan əsgərlərə keçib. Vaxtaşırı bu, hətta müharibə ilə bağlı olmaya da bilir. Məsələn, söhbət feministlərdən gedəndə onlara müharibəyə qarşı olduqları xatırladılır – hətta onların gündəmindəki məsələ müharibə mövzusu ilə qətiyyən bağlı olmasa da.
Əvvəllər bir nəfərin üstünə bir neçə nəfərin düşdüyü “nadürüst” davaları cəmiyyətin böyük hissəsi qınayırdı. Amma indi cəhbədə həlak olan əsgər haqda zarafat edən şəxsin “cəzalandırılması” ilə bağlı xəbər rəğbətlə qarşılanıb.
Bunlar müvəqqəti nəsnələrdir. Daimi olanlardan yeni adlardır.
Yeni metro stansiyası “8 noyabr” adlandırılıb. Bu tarix Azərbaycanda Vətən Müharibəsi adlandırılan ikinci Qarabağ müharibəsində rəsmən Zəfər Günü kimi qəbul edilib.
Stansiyanın özü çoxdan inşa edilib, amma adını indi veriblər.
“Nobel” prospektinin də adı dəyişdirilərək “8 noyabr” adlandırılıb.
Şuşada tikiləcək məscid layihəsində də həmin tarixin şərəfinə binanın 8, minarələrinin isə 11 rəqəmi formasında olması nəzərdə tutulub.
Qələbənin ən xarakterik abidəsi artıq məşhurlaşmış “Hərbi Qənimətlər Parkı”dır. Orada Azərbaycan ordusunun hərbi gücü nümayiş olunmayıb, müharibənin dəhşətləri ilə bağlı bütün işarələr isə erməni əsgərlərinin karikaturavari fiqurları və üzərində “Nə oldu, Paşinyan?”, yaxud “İti qovan kimi qovduq” qəbildən “dəbli” sitatların yazıldığı köynəklərlə əvəz edilib. Bunlar müharibə günlərində İlham Əliyevin çıxışlarında səslənən ifadələrdir. Görünür ki, bu park sadəcə qələbə mənzərəsini düşmənin zəif və qorxaq obrazı ilə tamamlayır.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.