Putin: “Əgər Ermənistan Qarabağ üzrə razılaşmadan imtina edərsə, bu, intihar olar”
“Dağlıq Qarabağın statusu gələcəyin işidir”; “Əgər Ermənistan Qarabağ üzrə razılaşmalardan imtina edərsə, bu intihar olar”; “Dağlıq Qarabağ Respublikasının tanınmaması mühüm amil idi”; “Münaqişəni müharibəsiz həll etək mümkün idi”; Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi harada yerləşəcək – Rusiya prezidenti Vladimir Putinin “Rossiya-24” telekanalına müsahibəsindən şərhlər.
Status haqda
Putin bəyan edib ki, Dağlıq Qarabağın statusu gələcəkdə müəyyən ediləcək, hələlik isə status-kvo saxlanılır:
- “Çox pis nəticə ilə faciə arasında seçim etməli olduq” – Qarabağda müharibənin gedişatı haqda
- “Heç bir status haqda söhbət gedə bilməz” – İlham Əliyev
“Bəli, belə problem var, Qarabağın yekun statusu nizamlanmayıb, biz bugün mövcud olan status-kvonun saxlanılması ilə bağlı razılığa gəlmişik – bunu gələcəkdə həll etməli olacaqlar, gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları”.
Dağlıq Qarabağın tanınması haqda
“Qarabağın müstəqil dövlət kimi tanınması – tanınmamasına gəlincə, burada bunu müxtəlif cür qiymətləndirmək olar, amma bu, heç bir şübhəsiz mühüm amil idi, o cümlədən də hazırda emid edirəm ki, bitmiş qanlı münaqişənin gedişatında. Çünki Qarabağın tanınmaması faktının özü, o cümlədən də Ermənistan tərəfindən, hadisələrin gedişatına və onun qəbul olunmasına əhəmiyyətli dərəcədə təsir göstərirdi”.
Döyüşlər zamanı həlak olanlar və yaralananlar haqda
“Edə bildiyimiz əsas şey qanın dayandırılmasıdır”, – Putin deyib. O qeyd edib ki, Qarabağ müharibəsi zamanı rəsmi məlumata əsasən 4 mindən çox insan həlak olub. “Əslində, düşünürəm ki, daha çoxdur”, – Putin deyib və əlavə edib ki, on minlərlə insan yaralanıb.
Üçtərəfli bəyanatın imzalanması haqda
Atəşin dayandırılması haqda birgə bəyanatla bağlı danışıqların necə getdiyi haqda suala cavabında Rusiya lideri qeyd edib ki, vasitəçi rolunu üzərinə götürməli olub – hər iki liderlə danışıb, onların tələblərini və hazırlanan mətnlə bağlı iradlarını dinləyib, düzəlişlər edilib:
“Amma haqlarını vermək lazımdır: bu şəraitdə də hər iki tərəfdən (Ermənistan və Azərbaycan) hər sözə, hər maddəyə, demək olar ki, hər vergülə görə mübarizə gedirdi”.
Razılaşmadan imtina haqda
Ermənistanın Qarabağda nizamlama üzrə razılaşmalardan imtinası “intihar” və böyük yanlış olardı – Putin əmindir.
“Bu intihar olardı. Bu hər bir tərəfin öz işidir – əldə edilmiş razılaşmalara əməl etmək və ya etməmək, amma bu, böyük yanlış olardı. Ümid edirəm ki, bu baş verməyəcək”.
Ermənistanda daxili siyasi vəziyyət haqda
Putin vurğulayıb ki, Ermənistanda razılaşma imzalanandan sonra yaranan daxili siyasi vəziyyət Rusiyanın məsələsi deyil.
“Ermənistan müstəqil, suveren dövlətdir, öz daxili işlərini lazım bildiyi kimi həll etmək haqqı var”.
Türkiyə ilə birgə Monitorinq Mərkəzi haqda
Birgə Monitorinq Mərkəzinin suveren ərazisinin konkret harasında yerləşəcəyini Azərbaycan özü müəyyən edəcək – Rusiya prezidenti bildirib:
“Aydındır ki, bu, Azərbaycanın suveren ərazisində olacaq və Azərbaycanın müstəqil qərar vermək hüququ var”.
Oktyabrda müharibəni dayandırmaq imkanı haqda
Putin danışıb ki, oktyabrda Azərbaycan və Ermənistan rəhbərləri ilə bir sıra telefon danışıqları aparıb, “ümumilikdə belə görünürdü ki, biz demək olar hərbi əməliyyatların dayandırılması haqda razılaşma əldə etmişik”.
“Amma alınmadı, baş tutmadı, təəssüf ki. Və vəziyyət elə cərəyan etməyə başladı ki, göslənilən şeylər baş verdi – Azərbaycanın silahlı qüvvələri Şuşanı nəzarət altına götürdü”, – o əlavə edib.
KTMT-nin iştirakı haqda
RF prezidenti bəyan edib ki, Yerevan KTMT-nı (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edə bilməzdi, çünki bu region Ermənistanın ərazisi deyil, amma respublika “atılıb, unudulmamışdı”.
O, xatırladıb ki, Ermənistan Qarabağın müstəqilliyini tanımayıb, yəni beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər Azərbaycana aid olub və aiddir.
“Kollektiv təhlükəsizlik haqda müqavilə ölkə ərazisi təcavüzə məruz qaldığı zaman qarşılıqlı kömək nəzərdə tutur. Ermənistanın ərazisinə heç kim təcavüz etməyib və bu, gedən hərbi əməliyyatlarda birbaşa iştirak etməyə heç bir haqq vermirdi”.