“Putin Beslanın cəlladıdır”
Şimali Osetiyanın Beslan şəhər məktəbində qətlə yetirilən 186 uşağın faciəsi yenə də Rusiya mediasının baş səhifələrindədir. İndi də Beslanda həmin uşaqların analarını həbs edir və döyürlər.
Vəziyyət bu ilin sentyabrın 1-də, “Beslanın səsi təşkilatının sədri Ella Kesayevanın başçılığı altında beş qadın münaqişəli Qafqazda 2004-cü ildə ən dəhşətli hadisələrdən birinin baş verdiyi həmin o idman zalına girəndən sonra gərginləşdi.
O vaxt bir qrup terrorçu sentyabrın 1-də bu və ya digər statusda 1,128 nəfərin iştirak etdiyi bayram tədbiri vaxtı məktəbə soxuldu. Sonra onların demək olar ki, hamısı üç gün ərzində yeməksiz və susuz məktəb binasında saxlanılır, bundan sonra Rusiya xüsusi xidmət orqanları hücuma keçir. Nəticədə 334 nəfər, o cümlədən 186 uşaq həlak olur. 783 nəfər yaralanır.
“Putin Beslanın qatilidir
Ella Kesayevanın qızı Zarina 2004-cü ildə həmin məktəbdən sağ çıxır. “Meduza portalının müəllifi İlya Azar yazır – “Ola bilsin, məhz buna görə Kesayevanın “Beslanın səsi ictimai təşkilatına başçılıq etməyə gücü və enerjisi çatır.
Bu ilin sentyabrın 1-də o və daha dörd qadın bu gün keçirilən ənənəvi matəm tədbiri zamanı zala girir və gödəkcələrini əyinlərindən çıxarırlar, altında isə üzərində “Putin Beslanın cəlladıdır sözləri yazılan ağ köynəklər vardı.
Qadınları tutdular, birinin belindən vurulan güclü zərbə nəticəsində isə qadın qaytarır. Elə həmin gün, daha doğrusu sentyabrın 1-dən 2-nə keçən gecə beşi də cəzalandırılır – ictimai iş və 20 min rubl [təxminən $300] həcmində cərimə.
Buradaca moskvalı jurnalistləri – “Novaya qazetanın müxbiri Yelena Kostyuçenkonu və “Takiye dela saytının işçisi Diana Xaçatryanı saxlayırlar. Bir müddət sonra onları buraxırlar. İki gün sonra isə “Antiterror maykalı adamlar onlara hücum edir, Kostyuçenkonun üstünə yaşıl maye tökürlər.
“Kavkazski uzelin videosu
Bütün saxlanılanlar evlərinə qayıtdı, amma indicə bu hadisənin davamı da gəldi.
“Kavkaszki uzelin yazdığına görə, sentyabrın 14-də Ella Kesayevanın evinin yanında üç maşın dayanır, içindən polis formasında və mülki geyimli 15 kişi düşür.
Onlar özlərini təqdim etmədilər, niyə gəldiklərini də demədilər, amma qətiyyətlə Kesayevanın onların qarşısına çıxmağını tələb etdilər. Bu zaman onlardan biri video-çəkiliş aparırdı.
Kesayevanın qohumu onun evdə olmadığını deyərək, qapını gələnlərin üzünə bağlayır.
“Beslanın səsi təşkilatının lideri Ella Kesayeva indi Şimali Osetiya üzrə DİN rəhbərliyinə şikayət etmək niyyətindədir.
Ölən və zərər çəkən uşaqların anaları nə istəyir
“Biz Beslan mövzusunu ona görə qaldırmaq istəyirdik ki, o unudulmağa başlayır, – “Meduzaya müsahibəsində 1 sentyabr aksiyasının mənasını onun iştirakçılarından biri olan Svetlana Marqiyeva izah edir. 2004-cü ilin sentyabr ayında onu qızı ilə birlikdə həmin idman zalında terrorçular saxlamışdı.
“Putin öz hakimiyyətini bizim övladlarımızın qanı bahasına möhkəmləndirdi. Qızım əllərimdə öldü, sağ olduğu vaxt isə məndən soruşurdu: “Putin bizə kömək edəcək, ana? O biri uşaqlar da belə deyirdilər. Biz Putinə ümid edirdik, o isə uşaqlarımızı xilas etmək üçün barmağının ucunu da tərpətmədi, – Marqiyeva deyir.
“Biz bilirik ki, həm də ali baş komandan olan prezident günahkardır. Ərizələrimizə baxmayaraq, onu bir dəfə də olsun dindirmədilər. Beslan məsələsində o qanundan kənardadır, – Ella Kesayeva əlavə edir.
Bu təşkilatın üzvləri olan qadınlar əmindilər ki, Rusiyanın güc qurumları nəinki 1 sentyabr 2004-cü ildə baş verən terror hadisəsinin qarşısını almaq üçün heç nə etmədilər, uşaqların ölümündə məhz onlar günahkardırlar.
Onların əminliyi də şahidlərin şəxsi təcrübəsindən başqa, bəzi müstəqil istintaqların nəticələrinə əsaslanır. Həlak olan uşaqların anaları rəsmi, dövlət istintaqının aparılmasına elə də nail ola bilmədilər: cinayət işi rəsmi olaraq bağlanmasa da, hansısa işin görüldüyünü də deməyə bir əsas yoxdur. Artıq 12 ildir.
“Beslanın səsi terror aktından zərər çəkənlərin və onların qohumlarının yeganə və hətta ən çoxsaylı ictimai təşkilatı deyil. “Beslanın anaları da var, aralarındakı münasibətlər gərgindir.
“Beslanın səsinin fəalları 2004-cü ildə uşaqların qətlə yetirilməsində şəxsən Vladimir Putini və Rusiya rəhbərliyini ittiham edirlər. “Beslanın anaları isə hesab edir ki, hakimiyyət əsasən girovların götürülməsinə yol verməkdə günahkardır.
“Biz artıq 12 ildir ki, obyektiv istintaqın aparılmasını tələb edirik. Bunu qanuni metodlarla edirik, qurum rəhbərləri, deputatlarla görüşürük. Yavaş-yavaş irəliləyirik, axı dama-dama göl olur. Biz gözləyirik ki, prezident və deputat korpusu baş verənlərdən nəticə çıxarmağın və səhvlərin üzərində işləməyin vacibliyini anlasınlar, – “Beslanın anaları komitəsinin sədri Susanna Dudiyeva “Meduzaya bildirib.
“Beslanın anaları “Beslanın səsinin üzvlərinin indiki aksiyasını pisləyir və ümumiyyətlə Kesayevanın qrupunun siyasi motivlərinin olmasında şübhələnirlər.
“Bura hüzn yeridir, burada fəryad və acını qışqırıqla boğmaq alçaqlıqdır, – Dudiyeva “Meduzaya deyib. – İstənilən fikri bu binanın aurasını pozmadan, ondan kənarda da bildirmək olar.
“… Bu, Rusiyadakı və xarici müxalifətçi qüvvələrə sərf edən metodlardır. Hardasa Moskvada, Amerikada, Avropada buna sevinənlər oldu. Çoxları sevincək: “Aha! Yaxşı oldu ona!, dedilər, – Dudiyeva hesab edir.
Aksiya iştirakçıları isə öz növbəsində siyasi motivləri, o cümlədən də aksiyanın qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirilməsini qəti şəkildə rədd edirlər.
Dudiyevanın qrupunun mövqeyini isə onlar aşağıdakı kimi izah edir: “Beslanın analarının itirəcəkləri var, çünki hamısı nazirliklərin nəzdində işləyirlər. (“Meduza)
Beslan sakinləri baş verənlər barədə nə düşünür?
“Meduzanın müxbiri Beslanda bir neçə məmura suallar verib və yazır ki, onların demək olar ki, hamısı “Putin Beslanın cəlladıdır yazılı maykalarla keçirilən aksiya haqqında “yersiz təxribat sözlərini işlədiblər. Ölən uşaqların analarının Rusiya hakimiyyəti ünvanına səsləndirdiyi ittihamlarla da razı deyillər.
“Meduzanın sorğusu göstərdi ki, şəhərin bir çox sakini də təxminən bu cür düşünür, yəni burada siyasi motivlər var və aksiya hansısa müxalifətçilər tərəfindən maliyyələşdirilib.
Ella Kesayeva “Meduzaya bildirib ki, insanlar birincisi, açıq danışmağa qorxduqları, ikincisi də, təbliğatın təsiri altında olduqları üçün belə deyirlər.
“Məktəbdə uşaqların beyinlərini doldururlar ki, xüsusi təyinatlılar qəhrəmandır, – o “Meduzaya danışdı. – … Amma bizdə adi kişilər bir köynəkdə uşaqları xilas ediblər, onlara fikir verənsə olmadı.
“Beslanın səsinın qadınları əmindirlər ki, şəhərdə çoxları onlarla həmrəy olsalar da hələ ki, açıq çıxış etməkdən qorxurlar.
Aksiya iştirakçılarından biri olan Svetlana Marqiyeva “Meduzaya bildirdiyi kimi: “Sentyabrın 1-də çoxları bizi müdafiə etmək istədi, amma onları bizim yanımıza buraxmırdılar. Amma biz insanların “Onları buraxın! Siz polissiz yoxsa terrorçu? qışqırdıqlarını eşidirdik.
Dərc olunub: 17.09.2016