“Pobeda” – Tbilisidən 30 kilometr aralıda yerləşən Qardabaninin qəsəbəsi bu cür adlanır.
Sovet illərində bura ancaq xüsusi buraxılışla girə bildiyin qapalı zona olub. Burada iki məxfi hərbi obyekt yerləşirdi. Onlardan biri kəşfiyyat idarəsinin (GKİ), ikincisi dövlət təhlükəsizliyi komitəsinin (DTK) tabeliliyində olub.
Kommunist hakimiyyəti dövründə burada təxminən 600 nəfər yaşayıb: rusiyalı hərbçilər, xüsusi xidmət orqanları əməkdaşları, onların ailələri, hamısı bu məxfi obyektlərdə işləyib.
Ruslar bu yerləri Sovet İttifaqı dağılan kimi tərk edib.
“Qohumlarımız bizə qonaq gəlmək istəyəndə də əvvəlcədən xüsusi icazə vərəqəsi almalıydılar. Gələndə də qibtə edirdilər – təminat baxımından burada hər şey o qədər yaxşıydı”, – “Pobeda”nın köhnə sakinlərindən biri, xəstə həyat yoldaşı ilə burada qalan Natela Çxeidze ötən günləri belə xatırlayır.
Yoldaşı hərbçi olub, sonradan mühəndisliyi öyrənib, “Pobeda”da qalır.
Natela Çxeidze xatırlayır ki, sovet illərində qəsəbə çox cəlbedici görünüb – təmir olunmuş evlər, baxımlı həyətlər. “Qələbə”də öz mağazaları və klubu fəaliyyət göstərib.
Bu gün o qədər də kiçik olmayan ərazidə, yarıboş evlərdə iyirmiyə yaxın ailə yaşayır. Qardabaniyə getmək üçün nəqliyyat yoxdur, bütün yol da dağılıb.
Bir neçə ikimərtəbəli binadan ibarət qəsəbə bu gün qorxulu filmin “dekorasiyalarını” xatırlayır: köhnə divarlar, şüşəsi sınmış pəncərələr, əyilmiş qapılar…
Ən təəəccüblüsü isə uşaqların olmamasıdır, sanki burada onların haqqında heç eşitməyiblər də. Bunun heç bir izi yoxdur. Nə qurudulmağa asılmış uşaq paltarı, nə də sındırılmış, atılmış lazımsız oyuncaqlar yoxdur. Yerlilər deyir ki, azacıq imkanı olan hər kəs buradan köçüb. “Pobeda”da heç kim qalmaq istəmir.