Plastilin insanlar Gürcüstanda karantindən çıxır
Jurnalist Eka Çitanava pandemiya dövründə özünütəcrid rejimində ikən əyləncə axtarışında plastilindən miniatür fiqurlar düzəltməyə başlayıb. Yeni hobbisi haqda danışdıqları.
________________
Uşaqlığım yadıma düşdü və plastilin adamlar düzəltməyə başladım. Və onlar boşalmış Tbilisidə insanların yerini tutdular: italyansayağı həyətdə qatıq satır, çayda qayıq sürür, bağlı paltar mağazasının vitrininə boylanır, solyaridə qaralır, yellənçəklərdə yellənirlər.
Hər birinin real prototipi var. Onlar özləri realdırlar. Başqa, təcrid olunmuş məkanda onların mənası itərdi.
Fransa antropoloqu Klod Levi Stross deyir ki, miniatür insanın obyekti dərk etməsini dəyişə bilər. Biz çox vaxt böyük obyektləri tam qəbul edirik, detalların fərqinə varmırıq, onların mini modellərini hazırlayarkən isə onlara həyat verməyə çalışırıq.
Plastilindən fiqurlar hazırlamaq maraqlı əyləncədir, ətraf dünyanı müşahidənin bəhrəsi və dünyanı bir qədər dəyişmək cəhdidir.
Tsitso xala hər səhər Lisi kəndindən Tbilisiyə gəlir və qatıq satır. Onun qatığı təbii süddəndir.
Pandemiya dövründə süpürgəçilər – boş şəhəri zibilləyən yoxdur, hamı evdə oturub.
Bu, Nino nənədir, o, karantin dövründə də çörək bişirirdi, buna görə də bütün ailə üzvləri kökəlib.
Amma bu qız çörəyi rasionundan çıxarıb – bədəninin gözəlliyini qoruyur. Karantində o, necə qaralmaq arzusunda idisə, soyuducu gözünə solyari kimi görünürdü.
Bu da iki yaşlı qayda pozucusudur. Hamıya evdə oturmaq tapşırıldığı zaman onların içində romantika baş qaldırmışdı – tez-tez evdən çıxıb, bomboş küçələrdə uzun-uzadı qol-boyun gəzirdilər.
Onları hətta skuterdə də görüblər.
Bu isə tənbəl Şakodur. O, yaxınlıqdakı çörək mağazasına da mütləq maşınla getməlidir.
Yaz vaxtı elə yağış yağırdı ki, qayıqla üzən adama da rast gəlmək olardı (hə, təəssüf ki, yollar tamam korlanıb).
Bəziləri üçün lokdaun bitməyib – Tbilisidə məhdud imkanlı insanlar üçün hərəkət imkanları çox məhduddur.
Bu foto Tbilisidə paltar mağazaları bağlı olan zaman çəkilib – geyinməyə heç nə olmayanda, manekeni də soymaq mümkündür.
Amma şəhər yavaş-yavaş oyanır. Küçə musiqiçiləri artıq öz yerlərinə qayıdıblar.
İnkasatorlar da.
Əlvan əlbisəli bu gözəl qızlar da.