Peppidən Silviya Plata qədər
Bədii ədəbiyyat nümunələrinin reytinqini tərtib etmək boş işdir – kitab oxumaq fərdi prosesdir və hər bir oxucu özü sevdiyi kitabların siyahısını müəyyən edir.
Aşağıda tanış olduqlarınız sadəcə məsləhətlərdir. Sosial şəbəkə vasitəsilə biz Gürcüstan qadınlarına onlara ən böyük təsir gəstərən və yeni ideya və ilham mənbəyinə çevrilən kitabların adını çəkmək xahişilə müraciət etdik.
“Şüşə qalpaq altında (The Bell Jar)
Müəllif: Silviya Plat, (Sylvia Plath)
Amerika şairəsi Silviya Platın ən məşhur nəzm əsəri olan “Şüşə qalpaq altında onun özünə qəsd etməsindən bir ay əvvəl dərc olunub. Bu avtobioqrafik əsərdə Amerika şairi Con Hyuzun xanımı, iki uşaq anası özünün ağır depressiya, ruhi tənhalıq, özünə qəsd üsulları, sonra da reallığa qayıdışdan bəhs edir.
“Qızıl dəftər (The Golden Notebook)
Müəllif: Doris Lessinq (Doris Lessing)
“Qızıl dəftər 1962-ci ildə nəşr edilib və feministlərin masaüstü kitabına çevrilib. 2007-ci ildə Lessinq Nobel mükafatı laureatı olub. Nobel Komitəsi mükafatı ona “skepsisizm, ehtiras və qadın təcrübəsinin dərkində uzaqgörən qabiliyyətinə görə verdiyini bildirib. Lessinq qeyri-adi bir qadın idi. O, İranda anadan olub, Cənubi Rodeziyada böyüyüb, gənclikdə kommunistlərə rəğbət bəsləyib, onun analıq taleyi çətin olub… Bütün bu təcrübə onun ədəbiyyatını unikal və dərin edir. “Qızıl dəftərdə o, “azad qadınların həyatı, qadınlar və kişilər arasında münasibətlərdən səmimi və inandırıcı şəkildə danışır. Bu da kitabdan bir sitat: “İş orasındadır ki, qadında kişidən əsl kişi düzəltməyə dərin və instinktiv tələbat var… Fikrimcə, bu onunla bağlıdır ki, əsl kişilər get-gedə azalır, biz də onları yaratmaq üçün səy göstəririk.
“Öz otağım (A Room of One’s Own)
Müəllif: Virciniya Vulf (Virginia Woolf)
“Yazmağa hazırlaşan hər bir qadının maliyyə vəsaiti və öz otağı olmalıdır, – Virciniya Vulfun bu sözləri iyirminci əsrin əvvəllərində əsl inqilab oldu və həmin dövrün feministləri üçün ilham mənbəyinə çevrildi. Təəssüf ki, iyirmi birinci əsrdə də Virciniya Vulfun qadının maliyyə və yaradıcılıq müstəqilliyi haqqında bu sözləri hələ də aktualdır.
“Qürur və qərəz (Pride & Prejudice)
Müəllif: Ceyn Ostin
Kasıblamış Bennetlər ailəsində beş qız var və valideynlərin onların uğurlu ailə quracaqlarına ümidləri yoxdur. Bu zaman qonşuluğa varlı subay kişi köçür… Darsi və Lizzi Bennet indiyə qədər də ingilis ədəbiyyatının ən romantik cütlüyü sayılır. BBC-nin reytinqinə görə, Ceyn Ostinin bu romanı “Dünyanın 200 ən yaxşı kitabı siyahısında ikinci yeri tutur.
“Kor qatil ( Blind Assassin)
Müəllif: Marqaret Etvud
Bu Kanada yazıçısının yaradıcılığı ilə hələ tanış olmayanları böyük həzz gözləyir. “Kor qatilin müəllifi Bukerov mükafatı alan iyirminci əsrin ilk əsəridir. Bu ailə saqası bütün iyirmi əsri əhatə edir. İki bacı Ayris və Lora Çeyzin sevgi və nifrətinin qeyri-adi tarixçəsi elə orijinal yazılıb ki, əsas kəşflər oxucunu kitabın ikinci hissəsində gözləyir.
“İkinci cins ( The Second Sex )
Müəllif: Simona de Bovuar (Simone de Beauvoir)
Simona de Bovuarın bu iki cildli əsəri indiyə qədər qadın problemlərinin vacib fəlsəfi və tarixi tədqiqatı sayılır. Niyə elə alındı ki, dünyada qadınların həyatı və vəziyyəti kişilərin həyatı və vəziyyətindən fərqlənir? Qadın müstəqil ola bilər? De Bovuar öz əsərində qadınların asılı vəziyyətini izah etməyə çalışıb. Onun əsəri elə ziddiyyətli fikirlər yaratdı ki, Vatikan onu “Qadağa olunmuş kitablar siyahısına daxil etdi.
“Əziz həyat (Dear Life)
Müəllif: Elis Munro (Alice Munro)
Artıq otuz ildir ki, Elis Munro dünyada ən yaxşı qısa əsərlər müəllifi sayılır. Amma gürcü oxucusu onunla bu yaxınlarda, bu Kanada yazıçısı Nobel mükafatına layiq görüləndən sonra tanış oldu. Onu tez-tez Çexovla müqayisə edirlər və bu müqayisə əsassız deyil – Munronun qəhrəmanları həyatdan olan adamlardı, onlar bizim yanımızda yaşayır, biz onları tanıyırıq.
“Böyük şəhərdə seks (Sex and The City)
Müəllif: Kendes Buşnell (Candace Bushnell)
Kitab Kendes Buşnellin 1994-cü ildə “The New York Observer üçün yazdığı məqalələr toplusudur. Baş redaktor jurnalda Buşnellə köşə ayıraraq – nə istəyirsən, o haqda da yaz – dedi. Səmimiyyəti və özünü tənqid bacarığı bütün dünya qadınlarında şok yaradan dörd azad Nyu-York sakini personajları da bu cür yarandı. Kerri, Samanta, Miranda və Cessikanı bir çoxları eyni adlı seriala görə tanısalar da, onların qəhrəmanlarının formalaşmasında əsas rolu məhz ssenari oynadı.
“Paula («Paula»)
Müəllif: İsabel Alyende (Isabel Allende)
“Qulaq as, Paula. Sənə elə bir hekayə danışacam ki, oyananda özünü pərişan hiss etməyəcən, – məşhur Çili yazıçısı İsabel Alyendenin “Paula kitabı bu sözlərlə başlayır. Bu, komada yatan qızı Paulaya ünvanlanmış məktublardır. Əsərdə Alyende siyasət və din barədə yazır, keçmiş sevgisini və anasını xatırlayır.
“Uzun corab Peppi (Pippi Longstocking)
Müəllif: Astrid Lindqren (Astrid Lindgren)
O, maliyyə cəhətdən azaddır, çünki qızıl külçə ilə dolu torbası var, o tapançadan atəş açmağı, çiyinlərində atı qaldırmağı və doqquz dənizi üzüb keçməyi bacarır. Pepilotta biz, balaca qızları, əmin etdi ki, biz güclüyük; Astrid isə biz, qızların kişilərdən daha yaxşı kitab yaza bildiyimizi göstərdi. Peppi həm də bizi öyrətdi ki, qızlar istənilən yaşda balaca qız olaraq qalırlar.
29.04.2016