Paraçempionlar
Rioda keçirilən Paralimpiya oyunlarından gürcü cüdoçusu Zviad Qoqoçuri qızıl medalla qayıtdı. Zviad gözdən əlildir, o cüdo üzrə dünya və Avropa çempionudur.
Zviad bu sahədə yeganə belə adam deyil. Gürcüstanda başqa para-çempionlar və para-idmançılar var. Bu, yazı məhz onlar haqqındadır.
Gürcüstan sakinlərinin üç faizinin məhdud imkanlı şəxs statusu var (118 651 nəfər https://idfi.ge/ge/statistics-of-persons-with-disabilities).
Əksəriyyəti paytaxt sakinləridir. Hər ay onlar 70-100 lari həcmində dövlət təqaüdü alırlar. 120 min nəfərdən 30-u para-idmançıdır. Onlardan 8-i Avropa çempionudur.
Bu rəqəmlərin arxasında böyük iradəsi, nizam-intizamı və enerjisi olan insanlar durur.
Bu əhvalatlar qeyri-adi səylər hesabına müstəsna uğurlar qazanan para-idmançılar haqqındadır. Müxtəlif maneələrə baxmayaraq, öz məqsədlərinə çatan və bununla da başqalarını da həyata keçirilməsi mümkün olmayan arzuların olmadığını öyrədən insanlar haqqındadır. Bu, gürcü çempionları haqqında hekayədir.
Beso Lekiaşvili / para-restler
Beso Lekiaşvili keçmiş güləşçidir. 1989-cu ildə ayağını zədələyir, bununla da idman həyatına son qoyulur. Həkimlər, ailə üzvləri, dostları belə düşünürdülər. Hamı, Besonun özündən başqa. Ondan sakit pasient alınmadı. Yataq rejiminə riayət etmək əvəzinə yataqdaca məşq edir və tezliklə həkimlərin bütün bədbin proqnozlarını təkzib edir. Ayağa durub, idmana qayıdır. Amma daha güləşlə məşğul ola bilmədiyi üçün restlinqi seçir.
“Gürcüstanda 1990-cı illərdə idmançı olmaq asan deyildi. Nə zal, nə trenajor varıydı, buna görə də misal üçün, ağacda çəkilməli olurduq. Sonra da dostlarım kömək etdi və mən həyətdə məşq üçün dəmir idman alətləri quraşdıra bildim, – Beso xatırlayır.
Beso para-restlinq üzrə dünya çempionudur. İlk mükafatı olan “Qızıl ayını o hələ yarışların ayrılmış rejimdə keçirilmədiyi, yəni para-idmançıların öz yarışları olmadığı vaxtlarda alıb.
Nika Tvauri / para-üzgüçü
Nika Tvauri Gürcüstanda ilk para-üzgüçüdür. O, məşq etmək üçün hovuza gələndə ondan, hovuzda boğulduğu halda özü və məşqçisinin bütün məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı iltizam yazsın. Tələbə əməl olundu, məşqçi də öz imzasını qoydu, amma bununla bütün maneələr arxada qalmadı. O, üzərkən kiminləsə toqquşanda və ya hovuzdan çıxarkən kiməsə dəyəndə tez-tez öz ünvanına iradlar eşitməli olurdu: “Görmədiyimə inanmırdılar. Kor adamın necə üzə bildiyini anlaya bilmirdilər.
Uşaq vaxtı əlində partlayıcı qurğu işə düşüb. Məhz onda da Nika görmə qabiliyyətini və biləkdən aşağı əlini itirir. Dəfələrlə əməliyyat olunub, 3-4 il sürən əməliyyat dövrü bitəndən sonra isə bütün günü evdə oturmaq əvəzinə nəyləsə məşğul olmaq qərarına gəlir. Peşəkar üzgüçü olana qədər özünü bir neçə başqa sahədə sınayır.
Dato Kobaliya / para-atlet
Dato Kobaliya kardiocərrahdır, əllərində insan ürəklərini tutub, müalicə etməyə çalışır. Həkim və xəstəxanalara Dato çoxdan alışıb. Uşaqlıqda poliomielit diaqnozu ilə xəstəxanaya düşür. Həkimlər uşağın yaxınlarına ümidverici heç nə demədilər, amma gələcəyin cərrahı və idmançısı çox güclü çıxdı. Hazırda o kardioloq və para-atletdir.
2013-cü ildə Dato ilk dəfə beynəlxalq yarışlarda iştirak edir. O hesab edir ki, o vaxt çox böyük təcrübə aldı və yeni başlayan idmançı üçün kifayət qədər yaxşı nailiyyət qazandı. Arzusu turnirdə qalib gəlib, Gürcüstan bayrağı ilə pyedestala çıxmaqdır. Məqsədinə çatmaq üçün hər gün məşq edir və nəticələrini daha da yaxşılaşdırmağa çalışır.
Temo Arabidze / para-rəqqas
Temo Arabidze para-rəqqasdır. Yol qəzası nəticəsində komaya düşən Temonun sağ qalmaq şansı çox azıydı. Temo sağ qaldı, bir neçə cərrahiyyə əməliyyatından sonra isə adi həyatına da qayıtdı. Bir fərqlə – Temo özündə yeni bir istedad, rəqs etmək bacarığı kəşf etdi.
İlk dəfə əlil arabasında rəqs edib. Bundan sonra rəqs həyatının mənasına çevrilir. Hazırda o növbəti Paraolimpiadaya hazırlaşmaq, məşq etmək üçün yeni partnyor axtarışı ilə məşğuldur.