Osetiyanın kəndləri müdafiə qurub – canavarlara qarşı
Evə gedərkən yolda Znauri rayonunun Dzaqina kənd sakinini canavar sürüsü əhatəyə aldı. O ancaq hər ehtimala qarşı özüylə ov tüfəngini götürdüyü üçün xilas ola bildi.
Dzaqina heç də düşünüldüyü kimi tərk edilmiş və unudulmuş bir kənd deyil, burada yüzə yaxın adam yaşayır. Hər ailənin də öz təsərrüfatı var: mal-qara, qoyun, donuz, toyuq.
Hətta bu cür canlı kənddə mal-qaraya hücum adi hala çevrilib – bu tez-tez baş verir, xüsusən də qışda.
Son illərdə canavarların sayı nəzərə çarpacaq dərəcədə artıb.
Geologiya, Ekologiya və Təbii Sərvətlər Komitəsinin şöbə müdiri Yuri Qazzayev təxmin edir ki, bu gün respublikada 200-dən çox canavar və iki dəfə artıq çaqqal var.
“Yırtıcıların sayının artması əsasən hibridləşmə deyilən proseslə bağlıdır. Yəni indi canavarla itin cütləşməsi tez-tez baş verir. Müharibədən sonra evsiz, sahibsiz itlərin sayı çoxaldı, onlar da vəhşiləşdilər və canavarlarla cütləşməyə başladılar.
Buna görə də dişi canavar adətən olduğu kimi, ildə bir yox, iki dəfə balalayır. Son zamanlar canavarların sayı xüsusiyə Znauri rayonunda çoxalıb. Znauridə canavarların həyatı üçün ən rahat şərait var – burada həm ev heyvanları çoxdur, həm də landşaft daha sadədir – canavara düzənlikdə cüyürün arxasınca qaçmaq, dağlarda dağ keçisini ovmaqdan daha asandır.
Kəndlərə hücum daha çox bərk qar yağıntısı ilə bağlıdır, bu, canavarları şikar tapmaq üçün qarlı meşələrdən çıxmağa məcbur etdi.
Yuri Qazzayev də bir dəfə az qala şikar olmuşdu:
“Yayda Znauri rayonunun Malda kəndi tərəfdə mən canavar sürüsünü izləyirdim. Canavarlar orada yerli təsərrüfata hücum edirdilər. Güclə canımı qurtara bildim, sürü özü məni yemək istədi. Amma mən yenə də onlardan üçünü öldürməyə imkan tapdım.
Cənubi Osetiya təcili surətdə yırtıcı heyvanların məhv edilməsi ilə bağlı xüsusi proqram hazırladı – adi vaxtda brakonyerlik sayıla bilən indi təqdir edilir: dişi canavarın vurulmasına görə ovçu 2000, canavarın – 1500 rubl alacaq, canavar balası, çaqqal və digər daha xırda yırtıcılara görə 1000 rubl düşür. Son aylarda onlarla yırtıcı heyvan məhv edilib, amma kəndlərə hücumlar hələ ki, davam edir.
Kornis kəndinin sakini Batradz Xasiyev çətinliklə öz mal-qarasını yırtıcılardan xilas edə bildi.
“Gecə yarı itlər hürüməyə başladı, mən evdən çıxana qədər çaqqallar buzovlara hücüm çəkdi. Mən ilk dəfə idi ki, bu cür böyük çaqqal görürdüm, – Xasiyev danışır.
Yırtıcı heyvanın dişləməsindən sonra heyvanın ətini artıq yemək olmaq – quduzluğa yoluxmaq olar.
Cənubi Osetiyada hesab edirlər ki, həddən artıq çoxalan yırtıcı heyvanların bir hissəsini məhv etmək həm də ekologiya nöqteyi-nəzərindən də vacibdir. Çünku yıtıcı heyvanların həddən ziyadə böyük sayı qaçılmaz olaraq ekoloji disbalansa gətirib çıxarır.
“Dovşan Cənubi Osetiyada nadir heyvan olub, – Yuri Qazzayev danışır, – canavarlar cüyür və maralları məhv edir. Mən 50 illik stajı olan ovçuyam və ovlamağa nəzarət etməyi oyrəşmişəm. Onu hazırda bizdə olan proqram əsasında aparsaq, yəqin ki, artıq müəyyən müddətdən sonra dovşan, cüyür və maralların sayındakı disbalans aradan qalxacaq.