Osetin dilində kitabları onlayn oxumaq olacaq
Osetin dilində olan kitabların “Bærzæfcæg” elektron kitabxanası populyar rus dilli “V kontakte” sosial şəbəkəsində yaradılıb.
Yaradıcılardan biri olan Aslan Kudzayev JAMnews-a danışıb ki, artıq mindən çox kitab rəqəmsallaşdırılıb, tezliklə də siyahıya uşaq ədəbiyyatı da daxil olacaq.
“Biz özümüz üçün işləyirik, qeyri-kommersiya əsasda, bizim üçün bu, daha çox hobbidir, buna görə də abunəçilərimizdən minnətdarlıq sözləri alırıq”, – Kudzayev deyir.
«Бæрзæфцæг» “Xaç aşırımı” deməkdir (Hərbi Gürcüstan yolunda, Vladiqafqaz-Tbilisi trasında yüksək dağ aşırımı). Əvvəlcə Aslan Kudzayev Kosta Demeyev və Batraz Sidamonovla birlikdə elektron kitabxana üzərində işləyib. Sonradan onlara kitabların elektron versiyasının hazırlanmasında oxuculardan biri kömək etməyə başlayıb, o, özü həm kitabları skan edir, həm də hazır məhsulu yükləmək üçün portala göndərir.
“Təəssüf ki, adının açıqlanmasını istəmir. Ona göstərdiyi böyük köməyə görə minnətdarlığımı bildirmək istəyirəm”, – Aslan Kudzayev deyib.
Onlayn kitabxanada bu gün artıq bütün məşhur etnoqraf və osetinşünasların kitabları, osetin lüğətləri, o cümlədən Abayevin etimoloji lüğəti və Millerin üç cildli osetin-rus-alman dilləri lüğəti var.
Bir neçə bədii əsərin də elektron variantı yaradılıb, məsələn, Daniel Defonun “Robinzon Kruzo” kitabı və Anton Çexovun hələ 1930-cu illərdə İlas Arniqon təxəllüsü altında işləyən osetin şairi və yazıçısı tərəfindən tərcümə olunan bir neçə povesti.
Kitabxananın abunəçiləri arasında Şimali və Cənubi Osetiyadan kənarda yaşayanlar da çoxdur.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır