Onun otağını təmir edəcəklər?
Abxaziyada çörək bahalaşıb. Guya ki, o qədər də yox – təxminən 20 rubl [30 sentə yaxın]. Amma Abxaziyada bir çoxları üçün bu pul heç də pul kisəsindəki xırda deyil.
Valentina Matyuxa onun üçün çörəyin bahalaşmasının nə demək olduğunu çox yaxşı başa salır. “İndi mən seçim qarşısında qalmışan: çörək alım, yoxsa başqa bir şey, – təqaüdçü Valentina Matyuxa deyir.
Valentina Matyuxanın 84 yaşı var və o “imkanlı təqaüdçülərdəndir – onun ikili vətəndaşlığı var, Rusiya və Abxaziya və o iki təqaüd alır. İkisini də toplasan ayda 11,500 rubl [170 dollara yaxın] alınır.
Həm də Valentina Matyuxa yeniyetməlik yaşlarında İkinci Dünya Müharibəsi zamanı Leninqradda mühasirə şəraitində yaşayıb. “Qışda biz evdən çıxıb, şalbanın üstündə oturardıq, sonra hava qızdı, qar əridi və məlum oldu ki, bu şalban deyilmiş, insan cəsədləriydi.
Onun bu keçmişi ona Rusiya hökumətindən əlavə aylıq 500 rubl [$7] müavinət verir. Yeri gəlmişkən, bu müavinətdən gəlir vergisi tutulur.
Vergi şəklində tutulan bu pulun miqdarı təxminən bahalaşan çörəyə çatmayan pul qədərdir. Yəni obyektiv olaraq, bəlkə də o qədər də çox deyil, amma kasıb adam üçün çoxdur.
Photo
Abxaziyada əsasında sosial standartların hesablamalarının aparıldığı “istehlakçı səbəti o qədər kiçikdir ki, faktiki olaraq insanların ölməməsinə hesablanıb. Ona əsasən, kartof, kələm, lobya, yarmalar, xüsusən də mamalıqanın hazırlandığı qarğıdalı yarması daxil edilib.
“Mən ən vacib olan şeylər: un, çörək, makaron, kartof alıram. Bəzən də toyuq alıram, ondan da toyuq kotleti hazırlayıram, – Valentina Georgiyevna deyir.
Bir qədər vəsait elektrik enerjisinin ödənilməsinə gedir. Amma Valentina Matyuxa əsasən bütün pulu dərman və ərzağa xərcləyir, onun başqa tələbatı yoxdur. O evdən çıxmır, ərzağı ona tanışları və qonşuları alır. Buna görə də təqaüdü ancaq çatır.
Abxaziyada təqaüdçülər üçün bəzi imtiyazlar nəzərdə tutulub. İşığa görə təqaüdçülər məbləğin yarısını ödəyirlər, evə görə vergi də nəzərdə tutulan 1,200 rublun [17 dollara yaxın] yarısını edir.
Həm də təqaüdçülər üçün bir güzəştli aptek var, burada onlara bəzi dərmanlar pulsuz, bəziləri isə aşağı qiymətlərlə verilir.
Bundan başqa, yaxşıca cəhd göstərsən, yerli hakimiyyət orqanlarının bir qədər pul ayırıb, misal üçün təqaüdçünün köhnə deşilmiş pəncərələrini yeniləriylə əvəz etməsinə nail olmaq olar. Valentina Georgiyevnaya onları ötən il şəhər administrasiyası dəyişdirib. “Otaqda təmiri də bitirməyə söz veriblər, mənzil idarəsinin rəhbəri özü gəlib, baxmışdı ki, nə lazımdır. Dayanın, indi ona zəng vururam.
Doğrudan da zəng vurdu:
– Salam, Sergey Vladimiroviç. Bilirsiz, indi evimdə jurnalist xanım qonaqdır, həyat şəraitimlə maraqlanır. Dedim ki, siz mənə otaqda təmir aparmağa kömək edirsiz. Ona dedim ki, siz çox gözəl insansız, – və Valentina Georgiyevna dəstəyi mənə ötürdü.
– Bilirsiz, – dəstək kişi səsiylə dedi, – bizim təəssüf ki, bu il təmiri bitirmək üçün vəsaitimiz yoxdur. Amma onu gələn il başa çatdırmağa çalışacağıq.
Valentina Georgiyevna ümidlə mənə baxırdı.
– Nə dedi? Təmirimi edəcəklər?
Olduğu kimi deməli oldum.
- Abxaziyada bu gün 50 minə yaxın adam Abxaziya ilə birlikdə Rusiyadan da təqaüd alırlar.
- Orta Rusiya təqaüdü 5-6 min rubl [80 dollardan az] təşkil edir.
- 30 minə yaxın adam ancaq Abxaziyadan 500 rubl [7 dollara yaxın] təqaüd alır.