Onilliyin simasını müəyyən edən” 50 nəfər – “Financial Times”ın versiyası
Britaniyanın Financial Times işgüzar qəzeti “onilliyin simasını müəyyən edən” 50 nəfərin siyahısını tərtib edib.
Ümumilikdə siyahıya 19 nəfər siyasətçi, 22 biznesmen, bir də mədəniyyət, elm, şou-biznes və idmana aidiyyatı olan 9 nəfər daxildir.
Siyasət
Nəşrin versiyasına görə, dünyada hadisələrin gedişatına təsir edən 19 nəfərin sırasında ABŞ-ın keçmiş və indiki prezidentləri Barak Obama və Donald Tramp; Fransa lideri Emmanuel Makron; AFR kansleri Angela Merkel; Hindistanın baş naziri Narendra Modi var.
Qəzet həmçinin siyahıya Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin lideri Si Tszinpin və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman Əl Saud daxil edib.
Biznes
Siyahıya daxil edilən 22 nəfər biznesmen arasında “Tesla” banisi İlon Mask, “Apple” rəhbəri Tim Kuk, “Amazon” yaradıcısı Cef Bezos, “Netflix” başçısı Rid Hastinqs, “Uber” həmtəsisçisi Trevis Kalanik, Çinin “Alibaba” şirkətinin banisi Cek Ma var.
____________________________________________________________________________________________
• 2018-ci il dünyada nə ilə yadda qalacaq?
• Putin Avstriya XIN başçısının toyuna kazak xoru ilə necə gəlib
_____________________________________________________________________________________________
Siyasətçi, ya da biznesmen deyillər, amma dünyanı dəyişiblər
FT siyahısının bu hissəsinə genlərin redaktəsi texnologiyasını hazırlayan amerikalı bioloq Cenifer Dudna; #MeToo hərəkatını başladan və qadınlara qarşı mübarizəni bəşəriyyətin aparıcı mövzusuna çevirən aktrisa Rouz Makqouen daxil edilib.
İki məşhur futbolçu – Lionel Messi və Kristiano Ronaldo da həmin siyahıdadır, çünki FT-nin fikrincə, “onların möhtəşəm oyunu futbolu dünya iqtisadiyyatının inkişafı üçün stimul olub”.
FT-nin rəyincə, son onillikdə hadisələrin gedişatını dəyişən insanların siyahısına daxil edilməyə həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden; qızlar üçün təhsil məsələsini bəşəriyyətin gündəminə gətirmiş Nobel mükafatı laureatı Malala Yusufzay; Honkonqda kütləvi etirazların lideri Coşua Bonq da layiq görülüb.
Az əvvələ qədər kimsənin tanımadığı Moskva Dopinq Əleyhinə Laboratoriyasının keçmiş direktoru Qriqori Rodçenkov da siyahıda yer alıb.
O, 2016-cı ildə ABŞ-a mühacirət edib, daha sonra isə WADA (Dünya Dopinq Əleyhinə Agentlik) informatoru olub. Rusiyada o qiyabi mühakimə olunub və haqqında beynəlxalq axtarış elan olunub.
Bir də bu siyahıya Tunis sakini, 2011-ci ildə intihar edən və bununla da “ərəb baharının” başlanmasına səbəb olan meyvə satan Məhəmməd Buazizi də daxil edilib.