Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana, daha sonra Türkiyəyə yerüstü nəqliyyat dəhlizi barədə maddə var. Azərbaycanlılar əvvəllər Türkiyəyə Gürcüstandan keçib gedirdilər. İndi onlar hansı yolu seçəcəklər?
JAMnews bakılıların gələcək planları haqda öyrənmək məqsədilə onların arasında sorğu keçirib. Onlar Türkiyəyə hansı yerüstü yolla – əvvəllər olduğu kimi, Gürcüstandan, yoxsa artıq Ermənistan ərazisindəki nəqliyyat dəhlizindən keçməklə getməyə üstünlük verirlər?