Növbəti koronavirus dalğası: Ermənistanda yoluxanların sayı yenidən artır
Ermənistanda növbəti koronavirus dalğası başlayıb, həkimlər həyəcan təbili çalır – xəstəxanalar yenə çox yüklənib. Martın 10-da 4285 testin 748-də nəticə pozitiv çıxıb.
İnfeksionistlər Ermənistanda epidemioloji vəziyyətin gərgin olduğu haqda xəbərdarlıq edirlər və əgər tədbir görülməzsə, bir həftə sonra gündəlik yoluxma halları beş dəfə arta bilər.
2020-ci il martın 16-dan sentyabrın 11-ə qədər ölkədə fövqəladə vəziyyət hökm sürüb. Daha sonra 11 iyuluna qədər davam etməli olan karantinlə əvəzlənib.
Formal olaraq respublikada “maska rejimi” hələ də davam edir, amma reallıqda hamı bu qaydaya əməl etmir.
Ermənistanda martın 10-a qədər ümumilikdə 176 286 koronavirusa yoluxma halı qeydə alınıb. Son sutka ərzində iki, ümumilikdə 3 239 xəstənin həyatını xilas etmək mümkün olmayıb. 165 441 nəfər sağalıb. Pandemiya başlayandan ümumilikdə 761945 test edilib.
- Dünyada hər milyon nəfərə yoluxma sayına görə, Gürcüstan 15-ci, Ermənistan 30-cu, Azərbaycan 80-cidir
- UNICEF-in Ermənistan bürosunun rəhbəri casusdur? Ölkədə yeni qalmaqal
Həkimlər qaydalara əməl etməyi məsləhət görür
Səhiyyə naziri Anait Avanestan hesab edir ki, əgər epidemiyaya qarşı qaydalara əməl olunarsa, yoluxanların sayı günbəgün artmaz.
O, bir daha Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi profilaktiktədbirlərə əməl etməyin vacibliyini xatırladıb. Bu əllərin dezinfeksiyası, sosial məsafənin saxlanması və maska taxmaqdır?
“Xəstələrin sayının artmaması və buna görəağır xəstələrin evdə qalmağa məcur olmaması üçün hər şey etmək lazımdır”, – nazir bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxanlar doqquz xəstəxanada müalicə alırlar və hazırda cəmi yüzə yaxın boy yer qalıb.
Baş nazir Nikol Paşinyan da “yeni məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac olmaması üçün” virus olduğu dövrdə yeni həyatqaydalarına əməl etməyin vacibliyi haqda danışıb.
Həkimlər vəziyyəti “çox gərgin” hesab edirlər
Son iki həftədə testlərin nəticələrini əvvəlki 14 günün nəticələri ilə müqayisə etsək, 91 faizdən çox yüksəlişi görmək mümkündür. Bu haqda Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Epidemiologiya Şöbəsinin rəhbəri Romella Abovyan bildirib:
“Hazırda epidemioloji vəziyyətiçox gərgin kimi dəyərləndirmək olar. […] Üstəlik Ermənistanda infeksiyanın reproduktiv göstəricisi artıq 1-dən yüksək 1,3 səviyyəsindədir. Bu o deməkdir ki, növbəti 7 gün ərzində heç bir tədbir görülməzsə, biz təhlükəsizlik qaydalarına əməl olunması sarıdan sayıqlığı artırmasaq, bizdə 3700 yeni yoluxma ola bilər”.
İnfeksionistin sözlərinəgörə, yoluxmaların kəskin artımı hazırda uşaq və yeniyetmələrdə də müşahidə olunur:
- 3-5 yaşlılar arasında 1,17 dəfə,
- 6-17 yaşlılar arasında 1,42 dəfə,
- 6-8 yaşlılar arasında 3,3 dəfə.
6772 nəfər xəstə hazırda aktiv müalicədədir, onlardan 901 nəfəri xəstəxanadadır.
Hələlik ancaq həkimlər vaksinasiya olunur
Ermənistanda kütləvi vaksinasiya hələ başlamayıb. Hələlik ancaq koronavirus xəstələrinin müalicəsilə məşğul olan klinikalarda işləyən həkimlərə peyvənd vurulur.
İlin əvvəlində Rusiya Ermənistanın Səhiyyə Nazirliyinə 1000 nəfərin vaksinasiyası üçün 2000 doza (peyvənd iki dəfə vurulur) “Sputnik V” hədiyyə edib.
Ermənistanlı infeksionistlər əmin edirlər ki, hələlik vaksinasiyadan sonra heç bir fəsad müşahidə olunmayıb.
Səhiyyə nazirinin əmri ilə birinci növbədə vaksinasiyadan keçiriləcək risk qrupları müəyyən edilib. Əsasən, bunlar qocalar evlərinin sakinləri və əməkdaşları, 65 yaş üstü insanlar, o cümlədən də 16 yaşdan 64 yaşa qədər xroniki xəstələrdir.