Azərbaycanda siyasətlə maraqlanan bir çox sosial şəbəkə istifadəçiləri Ermənistanın ən azı bir internet resursuna abunədir. Adətən bu, azərbaycanlılar üçün dil baxımdan əlçatan olan rusdilli mənbədir. Qonşu və qeyri-dost ölkənin KİV-nə bu marağın səbəbi nədir? Suala ekspertlər və istifadəçilərin özləri cavab veriblər.
Türkiyə və Rusiyadan sonra Azərbaycan informasiya məkanında üçüncü təsirli oyunçu Ermənistandır – azərbaycanlı politoloq Şahin cəfərli hesab edir.
“Erməni mediasının xəbərləri, Ermənistan rəsmi şəxslərinin və müxalifətçilərinin açıqlamaları olmasa, Qarabağda, sərhəddə nə baş verdiyindən xəbərsiz qalacağıq. Qismən də Rusiya mediası və rəsmi dairələri bu məlumatlandırmada rol oynayır”, – o vurğulayır.
Cəfərli azərbaycan hakimiyyətinin informasiya siyasətini bu kazusun əsas səbəbi hesab edir.
“Azərbaycan hakimiyyətinin media siyasəti heç vaxt məlumatındırma məqsədi daşımayıb, təməl istiqamət ölkənin informasiya məkanını və informasiya axınlarını daxili (müxalif) müdaxilələrdən qorumaq, burada “steril” mühit yaratmaq olub. Ənənəvi medianın hegemon olduğu dövrdə formalaşan bu siyasət indi də davam edir”.
Politoloq əlavə edib ki, hakimiyyətin bu siyasəti siyasi baxımdan məqsədəuyğun olmayan və zərərli hesab edilən informasiyaları və beləliklə, hakimiyyət əleyhinə ictimai rəy formalaşmasını əngəlləmək məqsədi güdür.
Politoloqun statusu sosial şəbəkədə qızın müzakirələrə səbəb olub. Bir çox istifadəçilər ümumilikdə Cəfərli ilə razılaşıblar və öz şərhləri ilə mənzərəni tamamlayıblar.
“Əsas da müharibədən sonra. Bu dəqiqə mən özüm həm Twitter-də, həm Facebook-da xeyli erməni səhifəsi izləyirəm münaqişə ilə bağlı məlumat əldə etmək üçün. Translate ilə də olsa, başa düşmək olur”, – Tural Rzalı yazır.
“Həmişə belə olub. Devalvasiya boyda şeyin xəbərini “Financial Times”dan almışıq”, – Şəhla Əliquliyeva əlavə edib.
“Tam doğru. İqtidarın informasiyası yox, təbliğatı var”, – keçmiş siyasi məhbus Tofiq Yaqublu vurğulayıb.