Niyə Rusiya sərhədlərin 1920-ci illərin xəritələrinə əsasən müəyyən edilməsində israr edir – Bakıdan şərh
Rusiya Azərbaycan və Etmənistan arasında sərhədlərin ötən əsrin 20-ci illərinə aid xəritələri əsasında müəyyən edilməsinə israr edir. Bununla Kreml Qafqaz ölkələrinə heç bir aidiyyatı olmayan uzaq gedən planlar güdür – azərbaycanlı politoloq Natiq Cəfərli bildirir.
- “Ermənistan və Azərbaycan həll etmir – söz Rusiyanındır” – Yerevandan şərh
- Yerevan və Bakı yeni sənədlər imzalayacaqlar? Şayiələr, bəyanatlar və təkziblər
- Ermənistan-Azərbaycan danışıqları: Ermənistanın keçmiş XİN rəhbərindən yeni detallar
Hələlik qeyri-rəsmi informasiyaya görə noyabrın 9-da Soçidə Rusiya pr3ezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşıinyanın üçtərəfli görüşıü baş tutacaq. Sammit müddətində tərəflər arasında ikinci Qarabağ müharibəsindən sonra açıq qalan bir neçə məsələnin eyni zamanda razılaşdırılması gözlənilir.
“Putin “Valday” Forumunda çıxış edərkən bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi 1920-ci illərin hərbi xəritələri əsasında olacaq. Bu məsələsə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib, Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bildirir.
“Hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış bir qrup isə hər şeyi qara rəngdə göstərməyə çalışır, amma həmişə olduğu kimi, həqiqət, hardasa, ortadadır”, – o deyir.
Tərəflər nəyə can atır?
“Azərbaycan hərbi qələbə qazanmış tərəf kimi sülh sazişində israrlıdır və bir müqavilə ilə bütün məsələləri həll etməyi düşünür – sərhədlər dəqiqləşdirilir, kommunikasiyalar açılır, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə ölkəmizdə yaşayan erməni əsilli azərbaycanlıların gələcək birgə yaşayışını Azərbaycan qanunları ilə tənzimləyəcəyinə, onların təhlükəsizliyinə zəmanət verir.
Ermənistan tərəfi isə 3 məsələni ayrı-ayrı müzakirə etməyə, razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: Sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütövlüyü məsələsini sonraya saxlayıb Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların statusunu ayrıca müzakirə etməyi düşünür.
Rusiya nə istəyir? Kreml kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolunun Gürcüstan ərazisindən keçdiyini nəzərə alaraq rəsmi Tbilisidən bu məsələdə asılılığını azaltmağı düşünür.
Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki Azərbaycan-Ermənistan sərhəddini Moskva qoruma altına alacaq, regionda öz hərbi mövcudluğunu artıracaq, gücləndirəcək.
Amma rəsmi Kreml də Azərbaycanda yaşayan erməni əslilli azərbaycanlılarla bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu “kartdan” istifadə edib, hər iki ölkəyə olan təsir rıçaqlarını əlində saxlaya bilsin. Hərtərəfli sülh sazişi olarsa, Rusiyanın “sülməramlı” adlanan qüvvələrinin Xankəndi [ermənilər bu şəhəri Stpanakert adlandırır — JAMnews] və ərtafında qalması mənasızlaşacaq.
Kreml həmişə bir variantı düşünür: Sabah Azərbaycan və Ermənistan bütün məsələlərdə anlaşa bilsə, Qarabağdakı mövcudluğunu bu gün de-fakto tanıdığı qondarma rejimi sabah de-yure tanıyaraq, məhz onların tələb və xahişi ilə orada qalmağı düşünür”, – politoloq əlavə edib.
Rusiya niyə 1920-ci il xəritələrində maraqlıdır?
Cəfərlinin sözlərinə görə, Rusiya həm də ona görə 1920-ci illərə aid SSRİ xəritələri məsələsini ortalağı atıb ki, özü üçün yeni president yaratsın.
“Rusiyanın bir sıra əraziləri, o cümlədən də Krım, Ukraynanın, Belarusun, Qazaxstanın hazırkı bəzi bölgələri 1922-ci ildə SSRİ-nin təsisindən sonra müttəfiq respublikalara verilib.
İndi Azərbaycan və Ermənistan arasında 1920-ci illərin xəritəsinə əsaslanaraq sərhədlərin müəyyənləşdirilməsi, sabah Kremlə Ukrayna, Belarus, Qazaxstanla oxşar yanaşma üçün əsas yaradacaq”.
Azərbaycan nə etməlidir?
“Azərbaycana nə sərf edir? Bizə 1920-ci il xəritələri çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıların gələcəyi ilə bağlı məsələlərin ertələnməsi maraqlarımıza heç uyğun deyil.
Yəni, orbazlı desək, bu raundu 2:1 hesabı ilə uda bilərik, amma sonrakı raundlara hazırlaşmaq üçün artıq indiki bəsit, “təkadam” sistemindən imtina etməli, daha mürəkkəb, amma effektiv idarəetmə modeli qurmalı, yeni Konstitusiya qəbul etməklə həm hərbi qələbəni möhkəmləndirməli, həm də gələcəkdə artacaq təzyiqləri amortizasiya etmək üçün yeni, işlək institutlar yaratmalıyıq”, – politoloq Facebook səhifəsində yazıb.