“Nexta” telegram kanalı faktiki olaraq Belarusdakı etirazlara rəhbərlik edir. Onun komandasında kimlər var və bu, necə işləyir
Bu əhvalat 2020-ci ilin avqust ayının 9-da Belarusda keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasına qarşı irimiqyaslı etirazların elə ilk günündə Belarus sakinləri və ölkənin hüdudlarından kənarda bir çoxları üçün əsas məlumat mənbəyinə çevrilməyi bacarmış unikal Nexta Live telegram kanalı haqqındadır.
Avqustun 14-də kanalın qurucusu, 22 yaşlı Stepan Svetlov “Putilo” barəsində cinayət işinə başlanılıb.
Onu “etirazların təşkili və hökumətin devrilməsinə çağırışlara görə” 15 ilə qədər həbs cəzası gözləyir.
• Belarus: etiraz edənlərin qorxunc işgəncə və döyülmə şahidlikləri, ümumi tətil başladı
• Svetlana Tixanovskaya — Belarus prezidentliyinə ən qeyri-adi namizəd
Kanal hər gün yüzlərlə məlumat dərc edir, bunlar əsas etibarilə ölkənin müxtəlif yerlərindən qısa videolar və yerlərdə baş verən hadisələrin qısa məzmunudur.
Həmin videoların müəllifləri sadə yerli sakinlərdir və getdikcə daha çox bu cür müəlliflər kanalın işinə cəlb edilirlər.
“Nexta”nın auditoriyası 2020-ci ilin avqust ayının əvvəllərində təxminən 300 min nəfər təşkil edirdisə, bu məqalənin dərc olunduğu ana 2 milyon nəfəri keçib. 10 milyon əhalisi olan Belarus üçün bu, inanılmaz əhatə dairəsidir.
Telegram kanalı zaman keçdikcə həmçinin aksiyaları koordinasiya etməyə başladı və xüsusi təyinatlıların harada toplandığını, etiraz aksiyalarının iştirakçılarının hansı tərəfə getməli olduqlarını xəbər verirdi.
Belarusun daxilindəki və xaricdə yaşayan jurnalistlər xatırladırlar ki, “Nexta” ərc etdiyi məlumatların heç bir yoxlamasını həyata keçirmir və beləliklə, irimiqyaslı dezinformasiya mənbəyinə çevrilə bilər.
“Nexta Live”ın komandasında neçə nəfər var? Onlar məlumatları haradan alır? Onları kim maliyyələşdirir? Suallara cavablar.
“Sadəcə iki 22 yaşlı 0d063cgənc” – “Nexta”nın arxasında kim durur?
“Nexta” sözü azərbaycanca “nexta” kimi tələffüz olunur və Belarus dilində “kimsə” mənasını verir.
Əvvəlcə bu, “YouTube” kanalı idi və onu 2015-ci ildə 17 yaşlı məktəbli Stepan Svetlov yaratmışdı, sonradan o, daha çox Putilo adı ilə tanınmağa başladı.
“Lukaşenko Belarusunda baş verən bütün sərt hadisələri bir yerə toplamaq istəyi yarandı”, – o deyir.
Həftəlik xəbər icmallarını özü bacardığı kimi montaj edib. Kanala tələbat yaranıb, videoçarxlar əvvəlcə on minlərlə, sonradan isə milyonlarla baxış yığmağa başlayıb.
Xüsusi xidmət orqanlarında Stepan Putiloya qarşı maraq yaranıb və o, oxumaq üçün Polşaya, Katovitseyə yollanıb.
Bir dəfə ailəsini yoluxmaq üçün gəlməyə qərar verib. Bu, 2018-ci ilin fevralında olub və onun mnzilinə dərhal axtarış aparmaq üçün gəliblər. Bundan sonra o, Belarusa gəlməyib və bir də çətin ki. gəlsin.
Kanal necə işləyir
Abunəçilərinin sayına görə “Nexta” qlobal “top”a daxil olub. Putilonun güman etdiyi kimi, abunəçilərinin təxminən 70 %-i Belarusdan olsa belə, deməli, ölkə vətəndaşlarının 15 faizi kanalı oxuyur.
Kanalda az qala canlı yayımda baş verənləri izləmək mümkündür: qaçan etirazçıları necə izləyirlər, güc strukturlarının əməkdaşları necə gizlənir, eyvanlardan necə fit çalırlar və milisə oradan nə gəldi atırlar.
«Hər gün mənə müxtəlif sahələrdən və ixtisaslardan olan onlarla insan yazır – sərhədçilərdən tutmuş, mağaza satıcılarına qədər», — Stepan Putilo Belarusun Tut.by nəşrinə müsahibəsində deyir.
Ona və potensial informatorlara hərəkət azadlığını Putilonun Belarusun hüdudlarından kənarda yaşaması verir.
Putilo deyir ki, ümumilikdə bu, artıq kiçik bir korporasiyadır – “Nexta Live” kanalı, YouTube kanalı və Telegram-da daha bir neçə kanal. Bütün bunlarla dörd nəfər məşğul olur.
“Nexta”nın bütün layihələrinin 25 yaşlı baş redaktoru Roman Protaseviç. Putilo kimi Polşada yaşayır. O, “Nexta”ya 2020-ci ilin əvvəllərində qoşulub, o zaman Putilo “redaksiyası olan tam dəyərli media” yaratmağı qərara almışdı.
“Seçkilərin başlamasına qədər adi günlərdə bizdə gün ərzində təxminən minə yaxın məlumat olurdu, indi isə dəqiqədə 180-250 məlumat olur. Etirazların pik anlarında saatda 10 minə yaxın məlumat daxil olur”, – Protaseviç deyir.
Belarus prezidentinin seçkiləri günü və etirazların ilk günlərində ölkədə, demək olar ki, internet işləmirdi. Yerli sakinlərin yalnız iki variantı qalırdı: dövlət televiziyası və Telegram – ölkə hakimiyyəti buna girişi bağlaya bilməmişdi.
Messencer “anti-senzura mexanizmləri” sayəsində işləməkdə davam edirdi, bunların qoşulması barədə Telegram-ın sahibi Pavel Durov məlumat vermişdi.
Etirazlara rəhbərlik? “Biz olmasaq, bəs kim?”
“Nexta Live” tez bir zamanda məlumat mənbəyindən koordinatora çevrildi.
Real vaxt rejimində xüsusi təyinatlılardan hansı bina girişlərində gizlənməyin mümkün olduğunu, güc strukturlarının əməkdaşlarının hansı tərəfdən gəldiyini xəbər verirdi.
Şəhərlərin rayoinları səviyyəsində koordinasiya üçün onlarla çat yaratdı.
Burada tətilə çaırış olan hazır vərəqələr dərc edilirdi ki, bunları yalnız çap etmək lazım idi. Atəşdən necə qorunmaq və xüsusi təyinatlılara necə müqavimət göstərmək haqqında təlimatlar verilirdi.
“Biz olmasaq, bunu heç kim etməyəcək”, – bu cür transformasiyanı Putilonun həmkarı Roman Protaseviç belə izah edib.
Pulsuz “Nexta” telegram kanalını maddi cəhətdən kim dəstəkləyir?
Kanalın maliyyələşdirilməsi məsələsi o qədər də aydın deyil.
Protaseviç “The Bell” nəşrinə bildirib ki, “Nexta” “heç vaxt nə qrant, nə də üçüncü təşkilatlardan və ölkələrdən təkliflər almayıb”.
Putilo özü deyir ki, bütün xərcləri reklam gəlirləri ödəyir – halbuki, “Nexta Live”da reklam çox azdır. Bundan əlavə, o bildirib ki, universitetdən stipendiya alır.
Dezinformasiya təhlükəsi
Bəzi peşəkar jurnalistlər ehtiyat edirlər ki, “Nexta” kimi resurslar yoxlanılmamış məlumatın yayılması üçün istifadə edilə bilər.
Məsələn, müxalif Tut.by saytının əməkdaşı Anna Kaltıgina hesab edir ki, istənilən informasiya yoxlanılmalıdır, lakin “Nexta” bununla məşğul olmur.
Eyni zamanda, o deyir ki, media “inqilabların təşkili ilə məşğul ola bilməz, bu tamamilə başqa işdir”.
“Nexta”nın baş redaktoru Roman Protaseviç etiraf edir ki, onun resursunun işində səhvlər olur.
O, peşəkar jurnalistdir, lakin hesab edir ki, Belarus cəmiyyətinin düşdüyü kritik şəraitdə ən əsası azad məlumatın yayılmasıdır.