NDI-nin araşdırması. Gürcüstan əhalisi ölkənin daxili və xarici siyasəti haqqında nə düşünür. Qısaca olaraq məğzi haqqında
Gürcüstan əhalisi üçün işsizlik ən böyük daxili problem olaraq qalır, xarici siyasətin əsas məqsədi isə Avropa İttifaqına və NATO-ya üzv olmaqdır.
Bununla belə, ölkə əhalisinin əksəriyyəti ölkənin doğru yöndə inkişaf etmədiyini düşünür.
ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) keçən ilin sonlarında həyata keçirdiyi sosioloji araşdırmanın yekunları üzrə bu və başqa maraqlı məlumatlar açıqlayıb.
Xarici kurs necə olmalıdır
[heading size=”18″ margin=”50″]Əsas: Gürcüstanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması tərəfdarlarının sayı artıb [/heading]
NDI-ın araşdırmasına əsasən, Gürcüstan əhalisinin böyük hissəsi üçün (72%) hakimiyyət tərəfindən elan olunmuş Aİ-yə üzv olmaq məqsədi tam məqbuldur. Bu ideyanı cəmi 21% dəstəkləmir.
Daha az sayda insan Gürcüstanın NATO-ya qəbul olmaq ideyasını dəstəkləyir (64%). Əhalinin 26%-i isə bu ideyanı yolverilməz hesab edir. 2016-cı illə müqayisədə NATO-ya daxil olmaq tərəfdarlarının sayı artıb. 2016-cı ilin dekabrında Şimali Atlantika Alyansına üzv olmağın tərəfdarları sorğuda iştirak edənlərin 61%-ni təşkil edirdi.
NATO-ya qəbul olma tərəfdarlarının sayı əsasən Tbilisidə çoxdur, minimal dəstək isə bölgələrdə milli azlıqların kompakt yaşadığı ərazilərdədir (36%)
Gürcüstan əhalisinin 29% faizi Gürcüstanın AİB-ə üzv olmağının tərəfdarıdır. Bu göstərici artıb. Keçən ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə görə, AİB-ə üzv olmağın tərəfdarları cəmi 22% idi.
NDI-nın sorğusunda Rusiya və ABŞ-ın hərbi qüdrəti haqqında sual da yer almışdı. Sorğuda iştirak edənlərin 41%-i bu sahədə Rusiyanın ABŞ-dan üstün olduğunu hesab edir, 36% isə üstünlüyü ABŞ-da “saxlayır”.
Hökumət necə işləyir
[heading size=”18″ margin=”50″]Əsas: əhalinin əksəriyyəti ölkənin doğru olmayan istiqamətdə hərəkət etdiyini hesab edir. .[/heading]
Sorğuda iştirak edənlərin cəmi 13%-i Gürcüstan hökumətinin işini müsbət qiymətləndirib. 32% əks fikirdədir. 53% hökumətin işinə “orta” qiymət verir.
Qeyd etmək lazımdır ki, “orta” qiymət aparılan araşdırmanın bir çox suallarının cavabında üstünlük təşkil edir.
Sorğuda iştirak edənlərin cəmi 26%-i müvafiq suala cavab olaraq Gürcüstanın doğru yolda inkişaf etdiyini bildirib. 39% səmtin düzgün seçilmədiyini hesab edir, 32% isə Gürcüstanın heç cür dəyişmədiyindən əmindir.
Promlemlərin TOP beşliyi
[heading size=”18″ margin=”50″]Əsas: ərazi bütövlüyü problemi bu “beşlik”dən çıxıb.[/heading]
İşə düzəlmə məsələsi Gürcüstan əhalisi üçün ən ağrılı yer olaraq qalır (54%).
Sual bu cür qoyulmuşdu: Hansı problem sizin və ailənizin üzvlərinizin ən böyük narahatlığına səbəb olur?
Ən məşhur beş cavab aşağıdakılardır:
İşə düzəlmə — 54 %
Qiymət artımı/inflyasiya – 35 %
Yoxsulluq – 30 %
Pensiyalar – 25 %
Əlçatan tibbi xidmət – 23 %
İlk dəfədir ki, problemlərin TOP beşliyində ərazi bütövlüyü problemi əks olunmayıb. O, altıncı yerdə qərarlaşıb. Sorğuda iştirak edənlərin sadəcə 23%-i onu prioritetlər sırasında görür.
Araşdırma nəticəsində məlum olub ki, ölkə əhalisinin 60%-i özünü işlə təmin olunmuş saymır, 40% isə özlərini işləyən hesab edir. Ailənin aylıq gəliri ilə bağlı suala sorğu iştirakçılarının yarısı bildirib ki, maaşları 500 laridən azdır.
Sorğu iştirakçılarını hər şeydən az həbsxanalarda vəziyyət, azlıqların hüquqları və KİV azadlığı narahat edir.
NDI-da iddia edirlər ki, Gürcüstanda ən aktual məsələlərin siyahısı artıq 9 ildir ki, dəyişmir. 2009-cu ildə keçirilən sorğunun nəticələrində ən vacib məsələlər elə bu gün vacib sayılan məsələlərdir, sadəcə yerləri dəyişib. Məsələn, ərazi bütövlüyünün bərpası bu gün altıncı yerdə qərarlaşıb, halbuki 2009-cu ildə işlə təmin olunmadan sonra ikinci yerdə gəlirdi. 2009-cu ildə qiymət artımı problemi o qədər də kəskin durmurdu və altıncı yerdəydi, 2018-ci ilin məlumatlarına görə isə bu problem ikinci yerdədir. İş məsələsi isə ildən ilə Gürcüstan əhalisi üçün ən vacib problemə çevrilir.
Gürcüstanda məlumat almaq mənbələri
[heading size=”18″ margin=”50″]Əsas: internet vasitəsi ilə məlumat əldə edənlərin sayı artıb [/heading]
NDI-ın apardığı araşdırmaya əsasən. televiziya 72% əhalinin əsas informasiya mənbəyi olaraq qalır. İkinci yerdə Facebook və internetdir -21%.
Sorğunun nəticələrinə əsasən, 2014-cü ilin avqustunda informasiyanı sadəcə 8% əhali alırdısa, 2017-ci ilin iyununda onlar 19% olub.
Rusiya təbliğatı mövcuddurmu
[heading size=”18″ margin=”50″]Sorğuda iştirak edənlərin əksəriyyəti Gürcüstanda Rusiya təbliğatının olmadığını hesab edir. [/heading]
NDI-ın araşdırmasına əsasən, sorğuda iştirak edənlərin 30%-i Gürcüstanda Rusiya təbliğatının olduğunu hesab edir, 53% isə bununla razı deyil. 30% Rusiya təbliğatının olduğundan əmin olanların 53%-i hesab edir ki, təbliğatla gürcüdilli televiziya kanalları məşğul olur, 32% isə hesab edir ki, təbliğatla siyasi partiyalar məşğuldur. 28% bunun günahını sosial şəbəkələr və internetdə, 12% vətəndaş cəmiyyətində, 11% isə qeyri-gürcü kanallarında görür.
Araşdırmanın nəticələrinə görə, 29% hesab edir ki, Gürcüstanda Aİ təbliğatı mövcuddur, 45% bununla razı deyil, 26% isə bu suala cavab verə bilməyib.
Sorğuda iştirak edənlərin 28%-in fikrincə Gürcüstanda Amerika təbliğatı işləyir. Bununla 44% razı deyil, 28% isə ABŞ təbliğatı ilə bağlı suala cavab verə bilməyib.
Milli Demokratiya İnstitutunun (NDI) araşdırması 29 noyabrdan 19 dekabr 2017-ci il tarixinə qədər bütün Gürcüstan ərazisində (işğal olunmuş ərazilər xaric) aparılıb, sorğu 2,298 nəfərlə təkbətək müsahibə yolu ilə aparılıb və ona uyğun nəticələr elan olunub. NDI araşdırmaları “UK aid” Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Sorğuları CRRC-Gürcüstan keçirir. Sorğu nəticələrində xətalar +/- 1.9% arasında dəyişir.